Avropa Oyunları Azərbaycanın intibahının, sivil dövlət olduğunun göstəricisidir

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor:

 

“Bakı-2015” hazırlıq tədbirləri çərçivəsində idman qanunvericiliyimiz daha da təkmilləşdirilib

 

- Beynəlxalq toplantıların, konfransların, yarışların tez-tez keçirildiyi məkana çevrilən Azərbaycan daha bir möhtəşəm idman bayramına ev sahibliyi edir. Artıq məşəli alovlanan I Avropa Oyunlarının yüksək səviyyədə təşkili, Azərbaycana gələcək qonaqların təhlükəsizliyinin təminatı ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilmişdir.

Bir idman ölkəsinə çevrilən ölkəmizdə son on il əzrində 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri keçirilmişdir. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, Azərbaycanda yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində ölkəmizə yüksək inam yaratmışdır. Ölkəmizin sosial-iqtisadi inkişafı, inşa olunan idman infrastrukturları idmana olan dövlət qayğısı onu deməyə əsas verir ki, Azərbaycan hökuməti bu inamı da doğrultmaq üçün üzərinə götürdüyü öhdəliyi ən yüksək formada reallaşdıracaq. Bütün bunlar isə Azərbaycanın uzaqgörən Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələridir. Avropa Olimpiya Komitəsinin ölkəmizlə bağlı müsbət rəyindən sonra Azərbaycanda 2 il yarım müddətində tikilən idman obyektləri, körpülər, hotellər yenilənən nəqliyyat infrastrukturları Avropa ölkələrində təəccüb doğurub. Çünki dünyanı bürüyən maliyyə-iqtisadi böhranı müddətində heç bir dövlət 2 il yarım ərzində bu qədər inkişaf edə bilməzdi. Ancaq Azərbaycan bir daha sübut etdi ki, iqtisadi böhran ölkəmizin sosial-iqtisadi inkişafına elə bir təsir göstərə bilməyib. Bu, Azərbaycanın intibahının, sivil dövlət olduğunun göstəricisidir. Bu uğurla yalnız qürrələnmək lazımdır.

Məlum olduğu kimi, Avropa Oyunları Avropanın hər yerindən gələn 6000-dən çox idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışıdır. Bu Oyunlar Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə Oyunları olacaq. Söz yox ki, bu yarışda ən önəmli məsələlərdən biri turnirdə iştirak edəcək idmançıların yarışların keçiriləcəyi obyektlərdə qonaqların təhlükəsizliyinin təminatıdır. Bu səbəbdən yarışların keçirildiyi idman komplekslərində, Olimpiya kəndində iştirakçılar tamaşaçılar üçün ayrı-ayrı təlimatlar hazırlanıb. Bunun üçün mövcud qanunvericilik təftiş olunub dünya təcrübəsi öyrənilib, bu tipli oyunların keçirilməsi ilə bağlı faktiki duruma baxış keçirilib nəhayət, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə müvafiq qanun layihəsi daxil olub. Təhlükəzilik tədbirlərinin gücləndirilməsi ilə bağlı Milli Məclis tərəfindənBədən tərbiyəsi idman haqqındaqanuna əlavə dəyişikliklər edilib. Əlavə dəyişikliklər əsasən idman yarışları zamanı təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlıdır. Qanuna yeni 40-1-ci maddə əlavə edilir. Yeni əlavə isə kütləvi idman tədbirlərinin idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin ictimai asayişin təmin edilməsi ilə bağlıdır.

Yeni maddəyə görə, Avropa Oyunlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti onu əvəz edən digər sənədi olmayan, sifətini maska ilə gizlədən, şəxsi baxışdan üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslərin girişi qadağandır. Eyni zamanda bütün növ alkoqollu içkilər, narkotik vasitələr, psixotrop maddələr, onların analoqları, toksik təsir göstərən maddələrin buraxılmasına yol verilmir. Habelə kütləvi idman tədbirlərinin keçirilməsi qaydalarının pozulmasına yönəlmiş hərəkətlərə yol verən, ictimai asayişin ictimai təhlükəsizliyin təmin edilməsinə maneçilik törədən, digər şəxsləri bu cür hərəkətlərə təhrik edən şəxslər, qrup şəklində ifrat azarkeşlik edən şəxslər kənarda qalacaqlar.

 Hesab edirəm ki, yarışlara gələn vətəndaşlar diqqətli olmalı bütün təlimatlara uyğun davranmalıdırlar. Təlimatlar bütün azarkeşlər üçün eynidir. Onu da deyim ki, kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə açıq odlu mənbələrdən istifadə etmək, siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək, sifəti maska altında gizlətmək, plakatlardan digər vasitələrdən istifadə etməklə, eləcə çıxışları fəaliyyətləri ilə zorakılığı, dini, milli, irqi ayrı-seçkiliyi müharibəni təbliğ etmək qadağandır.

Qanunun 52.10-cu maddəsinə edilən əlavədə isə qeyd olunur ki, Olimpiya, paraolimpiya, Avropa Oyunları, dünya ölkə çempionatlarının keçirilməsi zamanı giriş biletlərinin saxtalaşdırılması, müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılması İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət tələb edəcək.

Söz yox ki, Azərbaycana gələcək qonaqlar yenə xalqımızın qonaqpərvərliyinin şahidi olacaq, milli adət ənənələrimiz, mətbəximiz tarixi abidələrimizlə yaxından tanış olacaqlar. Bu isə Azərbaycanın dünyaya bir təqdimatı olacaq.  Hesab edirəm ki, Azərbaycan hökuməti bütün toplantılarda, konfranslarda, yarışlarda olduğu kimi, Avropa Oyunlarında da ictimai təhlükəsizliyin tam təmin olunması üçün bütün lazımi tədbirləri həyata keçirəcək ölkəmiz yenə öz yüksək təşkilatçılıq qabiliyyəti ilə dünya birliyi tərəfindən müsbət rəy alacaq.  Bu isə Azərbaycanın strateji tərəfdaşlarının sayının artmasına, dövlətimizin qüdrətinin daha da yüksəlməsinə öz müsbət töhfəsini verəcək bu uğurlara kölgə salmaq istəyən antiazərbaycançı şəbəkələrə sarsıdıcı zərbə vurmuş olacaq.

 

R.BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 7 may.- S.13.