Şəmkir aqroparkına maraq böyükdür

 

Regionlar yeni vəzifələrə köklənib. “Kənd təsərrüfatı ili” bir-birindən dəyərli layihələrin icrasına yol açıb. Şəmkir dəryaçası istifadəyə veriləndən bəri rayonda aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş aqroparkın inşası isə bütün ölkə üçün çox əlamətdar hadisədir.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Yeni baxış, yeni imkanlarbiznes forumundan sonra “Şəmkir- Aqropark” MMC ilə İtaliyanın “Unitec” və “İsolcell”, Fransanın “Maf Roda” və Türkiyənin “Beta” şirkətlərinin nümayəndələri arasında gələcək əməkdaşlığın ümumi əsaslarının müəyyən edilməsi məqsədilə anlaşma memorandumları imzalandı.

Rayonun baş memarı Ramiz Rəhimov deyir ki, Könüllü və Abbaslı kəndlərinin ərazisində aqropark üçün  543 hektar sahə ayrılıb. Sənədləşmə də demək olar, başa çatır. Həmçinin maliyyə mənbələri məlumdur. Artıq ilkin obyektlərin təməli qoyulur, bir sıra sahələrdə qızğın gedir. İnşaatçılar üçün məişət, yaşayış, istirahət yerləri düzəldilir, dağlardan gələn kanallar sahmana salınır.

İndi rayonun hər yerində aqroparkın faydasından, səmərəsindən danışırlar. Bələdiyyələr, fermerlər, ayrı-ayrı torpaq sahibkarları bu dəyərli işin mahiyyəti  ilə maraqlanır,  onun imkanlarından yararlanmağa çalışırlar. Bununla əlaqədar rayondakı 42 bələdiyyədən 18-ində MMC-lər yaradılıb. İlin sonuna kimi onların sayı 40-a çatacaq.

Bələdiyyələrin nəzdində yaranan müəssisələr aqroparkın imkanlarına arxalanaraq şəhər, qəsəbə və kəndlərin torpaq şəraitinə, coğrafi mühütə uyğun gəlirli istehsal sahələrinin inkişafı ilə məşğul olacaq. Şəmkir, Könüllü, Sabirkənd, Şiştəpə və başqa MMC-lər artıq fəaliyyətə başlamışdır.

“Şəmkir” MMC-nın direktoru, kənd təsərrüfatı elmləri namizədi İbrahim İbrahimov dedi ki, son vaxtlar  MMC tərəfindən 10 hektarda xurma  bağı və meyvə tingliyi salınmışdır: “Bir halda ki, aqropark qarşımızda belə geniş imkan açır, ilin sonuna kimi bağların sahəsini azı 100 hektara çatdırmağı qərara almışıq”.

Aqropark kompleksi üçün çox geniş bir proqram nəzərdə tutulub. Kompleksin ərazisində müasir istixana, şitillik, tinglikintensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistikaaqroservis mərkəzləri, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, hotel və müxtəlif infrastruktur müəssisələri inşa ediləcək. Aqroparkın yaradılması məhsul ixracının coğrafiyasının daha da genişlənməsinə, çeşidinin artırılmasına, milli brendlərin formalaşmasına, intensiv metodların tətbiqinə, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərin dərinləşməsinə, hər sahədə yüksək məhsul  götürülməsinə, yeni üsullarının tətbiqi və əlavə yerlərinin açılmasına səbəb olacaq. Bu məqsədlə  aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal-emal, saxlama, çeşidləmə, qablaşdırma, daşıma, daxilixarici bazarlarda satış, “yaşıl marketlər” və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi, rəqabət qabiliyyətli məhsulların istehsalına şərait yaradılması nəzərdə tutulub.

   Aqroparkın  inkişaf konsepsiyası çox genişdir. Bununla kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin vahid ixrac prosedurunun yaradılması, ixrac coğrafiyasının genişləndirilməsi və həcminin artırılmasının əsası qoyulur. Nəticədə innovativ texnologiyaların tətbiq edilməsinə, xarici bazarlara sabit və etibarlı çıxışın təmin olunmasına, məhsulun saxlanma şəraitinə görə itkilərin azaldılmasına, ölkəmizdə istehsal olunan məhsulların vaxtında alıcılara çatdırılmasına və onların xarici bazarlarda  Azərbaycan adı ilə təqdim edilməsinə əlverişli şərait yaranacaq.

Rayon icra hakimiyyətinin aqrar məsələlər üzrə baş məsləhətçisi Rasim Mustafayev deyir ki, aqroparkda tinglik təsərrüfatının, bağçılıq və istixanaların yaradılmasına xüsusi üstünlük veriləcək: Burada hər il yetişdiriləcək 850 min ədəd ting intensiv bağları yerli şəraitə uyğun keyfiyyətli ağaclarla təmin edəcək, eyni zamanda, bu mühüm sahəyə maraq göstərən fermerlərə kömək göstəriləcək. İntensiv meyvə bağları ilkin mərhələdə, yəni, 2015-ci ildə 350 hektar ərazini əhatə edəcək və bu ənənənin hər il davam etdirilməsi nəzərdə tutulur. Daxili bazarın tələbi nəzərə alınaraq xurma, alma, armud, şaftalı, üzüm, ərik və gavalı bağlarının salınmasına üstünlük veriləcək”.

Şəmkir rayonu istixanalarda faraş tərəvəz yetişdirməkdə zəngin təcrübə qazanıb. Aqroparkda bu ənənəvi təcrübəyə də üstünlük veriləcək. İlk vaxtlar 20 hektar sahəni əhatə edəcək istixanada hər il 7 min ton yüksək keyfiyyətli pomidorxiyar istehsal olunacaq. Xüsusi sahələrdə isə il ərzində 60 milyon ədəd şitil yetişdirilərək aqroparkın MMC-lərinə və rayonda mövcud olan istixanalara veriləcək.

Bunlardan əlavə, aqroparkın strukturları tam fəaliyyətə başlayandan sonra xarici şirkətlərin təcrübəsinə əsasən müxtəlif meyvələrin şirələri hazırlanacaq, habelə quru meyvələrə olan tələbatın ödənilməsi üçün xurma, ərik, üzüm, gavalı, şaftalı  alma quruları istehsal olunacaq.

Görülən işlərdən biribudur ki, aqroparkda müasir logistik mərkəzi yaradılır. Burada məhsulların uzun müddət saxlanılması üçün 20 min tonluq soyuducu anbar, çeşidləmə və qablaşdırma sexləri fəaliyyət göstərəcək. Məhsullar ölçüsünə, çəkisinə və rənginə görə çeşidlənib qablaşdırılacaq, vahid brend altında xarici bazarlara göndəriləcək. Bütün bu işlərin müasir elmin son nailiyyətlərinə uyğun həyata keçirilməsi üçün elmi-tədqiqat bölməsi və laboratoriya mərkəzi yaradılacaq.

Onu da qeyd edək ki, müxtəlif meyvə bağları salınmazdan və açıq sahədə əkin aparılmazdan     əvvəl torpaq, yarpaqsudan analiz nümunələri götürüləcək, sahənin real vəziyyəti araşdırılacaq, bitkilərin normal qidalanması üçün çatmayan makromikro elementlər müəyyən ediləcək. Tədqiqat mərkəzində yerlixarici mütəxəssislər tərəfindən seminarlar təşkil olunacaqgeniş miqyasda maariflənmə işləri həyata keçiriləcək.

Qeyd etdiyimiz kimi, rayonda aqroparka meyilmaraq çox böyükdür. Fermerlər, sahibkarlar, əkin-biçinlə məşğul olan hər kəs bu mühüm üslublu müəssisə ilə sıx əlaqə yaratmağa, əlbir işləməyə, onun imkanlarından yararlanmağa çalışır. Bir sözlə, aqropark hər cəhətdən faydalıdır. Çünki o, ilk növbədə sosial layihədir, yəni, tək-tək şəxslərə, sahibkarlara yox, ümumən geniş əhali kütləsinə, işgüzar insanlara xidmət edir.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2015.- 7 may.- S.15.