Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə

 “Azərbaycan müasir dünyada” mövzusunda konfrans keçirilib

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan müasir dünyada” mövzusunda konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov konfransı açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.

Əli Əhmədov deyib ki, ümummilli lider Heydər Əliyevin doğum gününün Azərbaycanda hər il böyük sevinc hissi ilə qeyd olunması artıq xoş ənənəyə çevrilib. Bu, xalqımızın ulu öndər Heydər Əliyevin xatirəsinə dərin məhəbbətinin və ehtiramının, eyni zamanda, Azərbaycan dövlətçiliyinə böyük hörmətinin ifadəsidir.

Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyev və Azərbaycan dövləti anlayışlarını bir-birindən ayırmaq mümkün deyil. Müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyevin yaratdığı şah əsərdir.

Diqqətə çatdırılıb ki, bugünkü konfransın “Azərbaycan müasir dünyada” adlanması heç də təsadüfi deyil. Bu gün müstəqil Azərbaycan dövlətinin sürətli inkişafı, beynəlxalq miqyasda böyük nüfuza malik olması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illərdə Azərbaycan təkcə iqtisadi sahədə deyil, digər sahələrdə də böyük uğurlara imza atıb və dünya ictimaiyyəti bu uğurları yüksək qiymətləndirir. Ölkəmiz mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Gələn ay Bakıda ilk Avropa Oyunları keçiriləcək. Bu cür məsuliyyətli, eyni zamanda, şərəf gətirən bir vəzifənin Azərbaycana həvalə edilməsi ölkəmizin Avropada, bütövlükdə dünyada nə qədər hörmət və nüfuz sahibi olmasından xəbər verir.

Sonra məruzələr dinlənilib.

Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova “Azərbaycan beynəlxalq aləmdə sarsılmaz mövqenüfuz sahibidirmövzusunda məruzə ilə çıxış edərək bildirib ki, bu gün müstəqil xarici siyasət kursuna malik Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclünüfuzlu aktor kimi tanınır. Ölkəmiz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan Azərbaycan artıq bu gün regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir. Məhz bunun nəticəsidir ki, dövlətimizin xarici siyasət kursunun nəticələri beynəlxalq miqyasda təqdir olunur.

Bahar Muradova qeyd edib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regional miqyaslı və böyük strateji layihələrin reallaşdırılması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məhz həyata keçirilən praqmatik xarici siyasətin nəticələridir. Bu gün Azərbaycan qlobal xarakterli taleyüklü məsələlərin həllində fəal iştirak edir. Buna zəmin yaradan əsas siyasi-strateji amillərdən biri Azərbaycanın qlobal tribuna rolunu oynayan beynəlxalq qurumlarda uğurla təmsil olunmasıdır. Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə paralel olaraq, bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycanın regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə böyük töhfələr verməsi ölkənin nüfuzunun artması və mövqeyinin möhkəmlənməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycanla əməkdaşlıq dünya dövlətlərinin strateji prioritetləri sırasında yer alır.

Diqqətə çatdırılıb ki, səmərəli xarici siyasət kursuna malik olan, qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, qlobal əhəmiyyətli taleyüklü məsələlərin müzakirəyə çıxarılması və digər bu kimi nümunələr Bakının mədəniyyətlərarası dialoqun paytaxtına çevrilməsini göstərir. Beləliklə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam etdirilən praqmatik xarici siyasət kursu Azərbaycanın milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücününüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan Respublikasının müasir dünyadakı vəziyyəti və geosiyasi mövqeləri” mövzusunda məruzəsində ölkəmizin geosiyasi, geoiqtisadi, geostrateji əhəmiyyətini şərtləndirən amillər barədə danışıb. Əli Həsənov bildirib ki, Azərbaycan geosiyasigeoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına təkan verib. Görülən bütün işlərin başlıca məqsədi Azərbaycanın regionun tranzit mərkəzi statusunu möhkəmlətməklə yanaşı, həm də onun bölgənin nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməkdir.

Əli Həsənov qeyd edib ki, Azərbaycanın qlobalregional geosiyasi çəkisini artıran başlıca amillərdən birionun müstəqil dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi və mənəvi insan resurslarına, milli vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli strategiya, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxilixarici siyasət yürütməsidir.

Diqqətə çatdırılıb ki, Prezident Heydər Əliyevin şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində 1993-2003-cü illəri əhatə edən birinci on il ərzində bütün milli resursları vahid məqsəd uğrunda səfərbər etmək, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq və milli iradəyə əsaslanan müstəqil subyekt kimi beynəlxalq aləmə sıx inteqrasiyasını təmin etmək mümkün olub. Nəticədə dövlət həm özünün neft strategiyasını uğurla reallaşdırıb, həm də gələcək inkişafının möhkəm bazasını yaradıb. 2003-2013-cü illəri əhatə edən ikinci onillikdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində oturulmuş liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə hörmətlə yanaşılan və milli maraqlara söykənən müstəqil xarici siyasət yürüdən ölkəyə çevrilib. Bu gün Azərbaycan ciddi geosiyasi amil kimi postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın müasir geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının müəyyənləşdirilməsinə mühüm təsir göstərir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb ki, tədqiqatçılar ictimai-siyasi və sosial-mənəvi resursların milli maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cənubi Qafqaz ölkələri içərisində ən balanslı geosiyasəti və effektli siyasi idarəçilik sistemini Azərbaycana aid edirlər. Uğurlu geosiyasi idarəçiliyin nəticəsi olaraq ötən dövrdə Azərbaycanın xarici aləmlə hərtərəfli münasibətləri yaranıb, qarşılıqlı maraqlara cavab verən çoxsaylı ortaq transmilli layihələr həyata keçirilib, dünya siyasətinə təsir gücü olan böyük dövlətlərlə, beynəlxalq və regional qurumlarla tərəfdaşlıq münasibətləri qurulub.

Vurğulanıb ki, Azərbaycan regionda yürütdüyü balanslı təhlükəsizlik siyasəti ilə həm Avratlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib. Qeyd olunan bu amillər onu deməyə əsas verir ki, müstəqilliyinin 20 ili ərzində Azərbaycan, siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü müvəffəqiyyətlə başa vurub, bir dövlət olaraq tam formalaşıb, güclü regional amilə çevrilibqlobal siyasətdə öz sözü, rəyi, prinsipial mövqeyi ilə seçilən nüfuzlu ölkə kimi çıxış etməyə başlayıb. Təbii ki, əldə edilən bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi durur.

Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidirmövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Heydər Əliyevin “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu yüksək qiymətləndiririk və qoruyub saxlayacağıq” fikrini xatırladaraq Ümummilli Liderin bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdiyini vurğulayıb. Bildirib ki, Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib amil ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Ulu Öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu Öndərin dediyi kimi, həqiqətən də Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir.

Dövlət müşaviri bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan dövlətinin siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəviyə köçürülməsi işində Heydər Əliyev Fondununonun prezidenti Mehriban Əliyevanın rolu danılmazdır. Heydər Əliyev Fondu Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı möhtəşəm layihələr həyata keçirir.

Vurğulanıb ki, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu istiqamətdə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir.

Konfrans bədii hissə ilə davam edib.

 

Azərbaycan.-2015.- 8 may.- S. 3-4.