Zülmətdən günə çıxanlar

 

Valideyn himayəsindən məhrum olan uşaqlar artıq kimsəsiz deyillər

 

Azərbaycanda tarixən uşaqlara xüsusi diqqət, qayğı göstərilib. İnsanlar həyatlarının mənasını, gələcəyini övladlarında görüblər. Odur ki, ömürlərini də yeni nəslin ayağa qalxmasına, möhkəmlənməsinə, istər fiziki, istərsə də mənəvi cəhətdən sağlam böyüməsinə, müəyyən məqsədə çatmasına, bir insan, şəxsiyyət kimi formalaşmasına sərf edirlər.

 

Kim məhəbbətlə əlini bir yetimin başına çəksə...”

 

Amma yaşadığımız həyatın bəzi qəribəlikləri də var. İllərlə övlad həsrəti ilə yaşayaraq tək bir uşaq üçün hər şeyindən keçməyə hazır olan ailələrlə bərabər, təəssüflər olsun ki, Tanrının verdiyi o gözəl varlıqdan imtina edib onun kimsəsizlər evində böyüməsinə razı olanlar da tapılır. Ailə münaqişəsi zəminində doğma uşaqlarından imtina edən ailələrin də belələrindən fərqi yoxdur.

Bir ömür isti ana qucağı, ata nəvazişindən məhrum olan və ağladıqları zaman göz yaşları elə yanaqlarında quruyan yetim uşaqların təqsiri nədir görən? Həmin uşaqlar üçün təzə paltarlar, bayramlar, gəzintilər yuxu kimi gəlir, bəzənsə əlçatmaz olur hər şey... Daim kiminsə yolunu gözləyirmiş kimi saatlarla pəncərə qarşısında dayanıb həsrət dolu baxışlarla seyr edirlər həyatı. Sanki o baxışlar nəyisə, kimisə çağırır.

Haqqında danışdığımız bu həyat heç kimin arzulamadığı, yaşamaq istəməyəcəyi  ömür payıdır. Bu həyatda birləşən talelərin məkanı isə uşaq evləridir. Valideyn himayəsindən, qayğısından məhrum olan bu evin sakinləri yetkinlik yaşına çatdıqdan sonra yaşadıqları yeri tərk etmək məcburiyyətində qalırlar. Əsl həyat mübarizəsi isə bundan sonra başlayır.

Etiraf edək ki, ölkəmizdə əvvəllər bu sahədə xoşagəlməz vəziyyət vardı. Uşaq evlərində 18 yaşına çatan yeniyetmələr müstəqil həyata buraxılarkən onların taleyi də nəzarətsiz qalırdı. Bu səbəbdən də uşaq evindən çıxan gənclər arasında narkotikə qurşananlar, ya da müxtəlif səviyyəli cinayətkar əməllərə meyillənməklə həyatın dibinə yuvarlananlar çox olurdu. Onlar hətta kimsəsiz, sahibsiz küçə uşaqları hesab edilir və təhlükəli insanlar kimi qəbul olunurdular. Ancaq Hz.Peyğəmbər (s) buyururdu ki, “Kim məhəbbətlə əlini bir yetimin başına çəksə, Allah ona qiyamət günü o yetimin başındakı tük qədər nur bagışlayacaqdır”. Həqiqətən, bu uşaqlar qorxulu deyil, sadəcə, cəmiyyətdəki baxışlar fərqli idi. Onların arasında savadlı, istedadlı gənclər də yetişirdi. Sadəcə, dəstəyə ehtiyac duyurdular.

Zaman dəyişdi və Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra insan hüquqları ilə bağlı bir sıra beynəlxalq konvensiyalar ratifikasiya edildi. Bunlardan biri 1992-ci ildə qəbul edilən Uşaq Hüquqları Konvensiyasıdır. Konvensiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədilə uşaq hüquqları ilə bağlı müxtəlif qanunlar, Prezident fərmanları və Nazirlər Kabinetinin qərarları qəbul olundu. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosialyönümlü siyasətin tərkib hissəsi olan uşaq hüquqlarının qorunması məsələsi dövlətin diqqət mərkəzindədir. Bu baxımdan, ölkəmizdə ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların sağlamlığına, təhsilinə və yaşayış şəraitinə xüsusi əhəmiyyət verilir. Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı məsələlər Ailə Məcəlləsinə əsasən tənzimlənir.

Son məlumatlara əsasən, hazırda ölkəmizdə uşaq müəssisələrində valideyn himayəsindən məhrum olmuş 10 minə yaxın uşaq var. Həmin uşaqlara dövlət tərəfindən 18 yaşınadək qayğı göstərilir. Artıq bundan sonrakı həyatları isə əvvəlki kimi qorxulu sayılmır. Çünki bu uşaqlar üçün dövlət tərəfindən mənzillər tikilirya müvəqqəti olaraq yataqxanalarda yerləşdirilirlər.

 

Mehriban Əliyeva - mərhəmət və humanizm rəmzi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Siyasəti şöbəsinin müdir müavini Fuad Hüseynov bizimlə söhbətində bildirdi ki, ölkəmizdə bu istiqamət üzrə müxtəlif proqramlar, layihələr hazırlanır və həmin kateqoriyaya aid uşaqların azad həyata qovuşmasında əngəllərin yaranmaması üçün lazımi tədbirlər görülür. İnternat evlərini tərk edən gənclər üçün “Məzunlar evi” adlı sosial layihə üzərində aparılır. Hazırda gənclərin həmin mənzillərdə yerləşdirilməsi qaydaları hazırlanır.

Qeyd edək ki, “Məzunlar eviadlanan bina Abşeron rayonunun Masazır qəsəbəsində yerləşir və ötən il dekabrın 29-da açılış mərasimi keçirilmişdi. İlkin mərhələdə 120 mənzilli, 240 nəfərlik 13 mərtəbəli yaşayış binasının və infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb. Sonrakı mərhələlərdə isə əlavə hər biri 120 mənzilli, cəmi 540 nəfərlik 13 mərtəbəli 2 yaşayış binasının tikintisi nəzərdə tutulub. Mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada fəaliyyət göstərəcək xidmət sahələrində də məzunların özləri çalışacaqlar ki, bu da 35 nəfər kimsəsizin daimi işlə təmin olunması deməkdir. Fuad Hüseynovun sözlərinə görə, bu mənzillərdə Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin balansında olan internat məktəblərinin məzunları yerləşdiriləcək. Hər mənzildə iki gəncin yaşaması nəzərdə tutulub.

Bu, dövlətin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün həyata keçirdiyi sosial layihələrin bir istiqamətidir. Digər dövlət qurumlarının balansında olan uşaq evləri, internat məktəblərindəki yeniyetmələr üçün isə başqa layihələr mövcuddur. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların mənzil və problemləri dövlət orqanlarının nəzarətindədir: “Valideyn himayəsindən məhrum olan uşaqlar dövlət müəssisələrində 18 yaşlarını tamamladıqdan sonra müvafiq icra hakimiyyəti orqanları tərəfindən yataqxanaya mənzillə təmin olunurlar. Onların işlə təmin olunması məsələsi isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən öz həllini tapır. Belə ki, Neft Şirkəti həmin insanları yerləri ilə təmin edir, onların neft sahəsində peşə təhsillərinin artırılması üçün şərait yaradır”.

Valideyn himayəsindən məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu nəcib addımı ilə Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunması istiqamətində böyük işlər görür. Heydər Əliyev Fondu yarandığı vaxtdan həyata keçirdiyi layihələr sırasında “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramına xüsusi əhəmiyyət verir. Proqram çərçivəsində respublika üzrə bir çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilibkommunal şərait yaxşılaşdırılıb.

Bu gənclər əksər yaşıdlarından fərqli olaraq ali məktəblərə daxil olmaq üçünxüsusi kurslar, nə də repetitor yanında hazırlıq keçirlər. Oxuduqları internat məktəblərində yiyələndikləri biliklər əsasında TQDK-nın keçirdiyi dövlət imtahanlarına qatılırlar. Bu gün onların sıralarında kolleclər və universitetlərin məzunları da var. Keçən il isə bu gənclərin təhsilə olan maraqlarını artırmaq üçün dövlət daha bir uğurlu addım atdı. “Təhsil haqqında” qanuna yeni 14.8-1-ci maddə əlavə edildi. Qanunun məzmununa görə valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət, bələdiyyə və özəl aliorta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Digər maraqlı məqamlardan biri isə bu gənclərin ailə həyatı qurması ilə bağlıdır. Uşaq evlərində böyüyən gənclər arasında bir-birini sevib evlənənlər də az deyil. Eyni zamanda, müstəqil həyata qovuşduqdan sonra ailə həyatı quranlar da var. Çoxlarına təəccüblü gəlsə də, bu faktdır ki, kimsəsiz bir gənc oğlanla normal ailədə böyüyən xanımın ailə qurmasına bu gün valideynlər də etiraz etmirlər. Çünki bu gənclərə göstərilən dövlət qayğısı göz önündədir. Heydər Əliyev Fondu və Dövlət Neft Şirkətinin birgə layihələri əsasında ailə quran gənclər artıq və mənzillə təmin edilirlər.

Məsələn, 2013-cü il sentyabrın 26-da Bakının Nizami rayonunda uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün inşa edilmiş yaşayış binası istifadəyə verildi. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak etdi. Bu bina Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş kimsəsiz gənclər üçün nəzərdə tutulub. Binada 68 mənzil var. Mənzillərdən 34-ü birotaqlı, 32-si ikiotaqlı, qalanları isə üçotaqlıdır. Onlar məişət avadanlıqları, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edilib.

İndi bu mənzillərdə bir vaxtlar valideynləri tərəfindən kimsəsizlər evinə atılan, günlərlə ata-anasının surətini xəyallarında canlandırıb vərəqlərə şəkil kimi həkk edən uşaqların öz övladları böyüyür, özü də atalı və analı... O məsum körpələr valideynlərindən fərqli olaraq hər gün pəncərə önündə saatlarla dayanıb xəyallara dalmırlar. Onların gözlərində həsrətli baxışlar əvəzinə sevinc-gülüş dolu xoşbəxtlik yer alıb. Təsəvvür etmək o qədər də çətin deyil: Ömründə bir dəfə də olsunatadeyib əllərini açaraq bir kimsənin üstünə yüyürməyən, bu gözəl hisslərdən uzaq olan bir gəncin indi evə gələrkən üzərinə qaçan övladlarını bağrına basması ayrı bir duyğu, ayrı bir hissdir!

Elə bizbu duyğuların canlı şahidi olmaq üçün həmin mənzillərdə yaşayan bir ailənin qonağı olmaq istədik. Öncə onu deyim ki, bu işdə bizə “Gələcəyə İnamİctimai Birliyinin sədri Tərlan Səfərov bələdçilik etdi. Yol boyu xeyli söhbətləşdik. Uşaq ikən valideyn himayəsindən məhrum olmuş uşaqlardan biri də elə T.Səfərovun özüdür. Onun acı həyat hekayətini dinləmək çox təsirli idi. Uşaq evinə verilərkən Tərlanın 6 yaşı olub. Bir bacısı, bir qardaşı da ayrı-ayrı uşaq evlərinə verilibmiş.

 

(Ardı var)

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 8 may.- S. 8.