Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası

 Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında"  Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1079-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 14; 2001, ¹ 11, maddə 669; 2002, ¹ 5, maddə 237; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə 1075; 2008, ¹8, maddə 701, ¹ 10, maddə 886; 2009, ¹ 4, maddə 211, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə 171; 2013, ¹ 3, maddə 230, ¹ 5, maddə 471, ¹ 11, maddələr 1297, 1310; 2014, ¹ 11, maddə 1342) ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 18-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.".

2. İkinci hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Əcnəbinin   vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin (6 saylı Əlavə) blankları müvafiq icra hakimiyyəti orqanından əldə edilir.".

3. Üçüncü-səkkizinci hissələr ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2015-ci il

Azərbaycan.-2015.- 9 may.- S. 2.