"Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanununu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1079-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2,     maddə 88; 2001, ¹ 11, maddələr 669, 676; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddələr 237, 243; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 8, maddə 756, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 701; 2009, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə 171; 2013,   ¹ 3, maddə 229, ¹ 5, maddə 470; 2014, ¹ 11, maddə 1336) 11-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

 "Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2015-ci il

Azərbaycan.-2015.- 9 may.- S. 2.