"Eurovision"dan "Baku-2015"dək

 

I Avropa Oyunlarına 30 gün qaldı

 

Son illər onlarla mötəbər beynəlxalq siyasi və iqtisadi tədbirin ünvanı olan Azərbaycan 3 il əvvəl "Eurovision" mahnı müsabiqəsinə də layiqli ev sahibliyi etməklə dünyanın diqqətini ölkəmizə cəlb etdi.

Bu mühüm musiqi hadisəsi ilə əlaqədar Bakıya gələn hər kəs Azərbaycanın inkişafına, xalqımızın qonaqpərvərliyinə, zəngin mədəniyyətinə şahidlik etdi. Çoxsaylı xalqların, müxtəlif mədəniyyətlərin bir araya gəldiyi bu musiqi yarışmasına yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə olmaqla bərabər, sivil dünyanın ayrılmaz hissəsi olan Azərbaycanın mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Xatırladaq ki, 60 illik tarixi olan populyar "Eurovision"da Azərbaycanın iştirakı 2008-ci ildən başlayır. Ölkəmizin Avropanın ən populyar mahnı müsabiqəsində iştirakının təşəbbüskarı isə Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevadır. Məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu layihədə ölkəmizin iştirakına özünün fəal töhfəsini verən əsas qurumdur. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ölkəmizin bu yarışmada uğurla təmsil olunmasında hər zaman böyük rol oynayıb. Elə bunun nəticəsidir ki, iştirakçılarımız qısa müddətdə yarışmada yüksək nailiyyətlərə imza atıblar. Belə ki, ilk yarışmada 8-ci yeri tutmaqla sonrakı 2009-cu və 2010-cu ildə ilk beşliyə düşməklə, 2011-ci ildə isə müsabiqənin qalibi olmaqla Azərbaycan bir çox ölkənin həsəd aparacağı uğuru qazandı.

Azərbaycan 2011-ci ildə birinci yeri tutmaqla müsabiqənin şərtlərinə əsasən yarışmaya ev sahibliyi etmək hüququ qazandı. Tarixi nailiyyətdən bir neçə gün sonra - may ayının 19-da  Prezident İlham Əliyev "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, 2012-ci ilin may ayında Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədilə  Təşkilat Komitəsi yaradıldı. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban  Əliyeva Təşkilat Komitəsinə rəhbər təyin olundu.

Avropanın ən populyar mədəniyyət tədbiri olanEurovision” mahnı müsabiqəsini digər nüfuzlu beynəlxalq yarışmalardan - futbol üzrə dünyaAvropa çempionatlarından, olimpiya oyunlarından fərqləndirən əsas cəhətlərdən biri ev sahibliyi edən dövlətin hazırlıq işləri üçün vaxtının az olması idi. Digər mötəbər yarışlarda ev sahibi ən azından 8-10 il əvvəldən məlum olursa, “Eurovisionda bu müddət bir ildir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində hazırlıq işləri dövlətin də lazımi dəstəyini alaraq ən yüksək səviyyədə həyata keçirildi. Qeyd edək ki, yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlandı və həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə aparıldı. Avropa Yayımları Birliyinin mütəxəssisləri də görülən işləri yüksək qiymətləndirdilər. Müsabiqənin təşkilatçıları olan beynəlxalq və Avropa qurumlarının, o cümlədən Avropa Yayımları Birliyinin rəhbərləri və mütəxəssisləri bildirirdilər ki, Bakıda “Eurovision-2012” Mahnı Müsabiqəsinə hazırlıq sahəsində indiyədək görülmüş işlər qarşıdakı şounun möhtəşəmliyi və ecazkarlığı ilə özündən əvvəlkilərdən qat-qat üstün olacağı qənaətinə gəlməyə  tam əsas verir.

 “Eurovision-2012” Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində ən yaddaqalan hadisələrdən biri də “Baku Crystal Hallun tikintisi və istifadəyə verilməsi oldu. Baku Crystal HallPrezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı sərəncama əsasən bir ildən də az müddətə inşa olundu. 2012-ci il yanvarın 15-də isə Avropa Yayım Birliyi müsabiqənin məhz “Baku Crystal Hall” sarayında keçirilməsi ilə bağlı qərar qəbul etdi. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. Bura I Avropa Oyunları yarışlarının keçiriləcəyi arenalardan biri olacaq. “Baku Crystal Hallun əhəmiyyətini artıran mühüm amillərdən birionun Dövlət Bayrağı meydanında yerləşməsidir.

Ümumiyyətlə, müsabiqə ilə bağlı həyata keçirilən bütün tədbirlərin Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılması isə tam əminliklə deməyə əsas verirdi ki, bu möhtəşəm musiqi bayramı ölkəmizə gələcək bütün qonaqların yaddaşlarında silinməz iz qoyacaq. Bu, belə də oldu. “Eurovision-2012” müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan bir daha sübut etdi ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas ünvanlardan biridir. Bu yarışmanın yüksək səviyyədə təşkil olunması və keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə növbəti töhfə və dəstək oldu. Ən əsası, ölkəmiz yüksək səviyyədə ev sabibliyi etməklə bütün Avropaya ideal təşkilatçılıq və yüksək qonaqpərvərlik örnəyi oldu. Belə ki, “Eurovision” yarışmasının keçirilməsi ilə bağlı standartlar formalaşmış olsa da, Azərbaycan yüksək təşkilatçılığı ilə yeni nümunə ortaya qoydu. Azərbaycan “Eurovision” mahnı müsabiqələrinin tarixinə tamamilə yeni və mütərəqqi ənənələrin müəllifi kimi düşdü.

2012-ci il Azərbaycanda həm İdman iliidi. Həmin ilin sonlarına doğru İtaliyanın paytaxtı Romadan gələn bir xəbərİdman ili”nə özünün möhtəşəm möhürünü vurdu. Belə ki, Azərbaycanda idmanın inkişafının, ölkəmizin beynəlxalq olimpiya hərəkatına verdiyi töhfələrin nəticəsi olaraq həmin il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildi.

AOK-un qərarı tarixi hadisə ölkəmizin böyük uğurudur. Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynayıb. Bunlar ölkəmizin artan beynəlxalq nüfuzu, Azərbaycanın idman ölkəsi kimi tanınması, sosial-iqtisadi uğurları, infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması sair bu kimi dünyanın diqqətini çəkən məsələlərdir. Ümumiyyətlə, təkcə idman yarışlarına deyil, beynəlxalq səviyyəli istənilən yarışa ev sahibliyi etmək üçün ölkələr arasında ciddi rəqabət mövcuddur. Təsadüfi deyil ki, idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib.

2013-cü il yanvarın 17-də Prezident İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqındasərəncam imzaladı. Sərəncamda deyilirdi: “2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu Oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. İdmançılarımızın olimpiya oyunlarında, dünya Avropa çempionatlarında inamlı qələbələri respublikamızda idmana olan qayğının bariz nümunəsi kimi Olimpiya hərəkatında yüksək dəyərləndirilərək ölkəmizin idman şöhrətinin artmasına xidmət etmişdir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə daim artan nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı, genişmiqyaslı müasir infrastruktur layihələri, mövcud ictimai-siyasi sabitlik həyata keçirilən islahatlara ümumxalq dəstəyi bu tarixi qərarın qəbul edilməsində öz mühüm rolunu oynamışdır”.

Sərəncama əsasən I Avropa Oyunlarının layiqincə keçirilməsini təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradıldı.

“Eurovision” Mahnı Müsabiqəsində olduğu kimi, I Avropa Oyunlarının keçirilməsinə hazırlıqla da bağlı Azərbaycanın vaxtı az idi. Cəmi iki il yarım müddətinə 20 idman növü üzrə yarışların keçirilməsini təmin edəcək infrastrukturu yaratmaq digər təşkilati işləri həyata keçirmək lazım gəlirdi. 2013-cü ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən I Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında komitənin sədri Mehriban Əliyeva demişdi: “Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında, “Evrovision-2012” Mahnı Müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq I Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

I Avropa Oyunlarına 30 gün qalır. Ötən iki il yarım ərzində görülən işlər Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyini göstərir. Ölkənin idman infrastrukturunu iki il yarıma olimpiya oyunları səviyyəsində olan bir idman yarışının keçirilməsi üçün tam hazır vəziyyətə gətirməkBakı- 2015”in Təşkilat Komitəsinin çevik fədakar fəaliyyətinin nəticəsidir. Olimpiya oyunlarında bunun üçün ev sahibi olan ölkənin azı 8 il vaxtı olur. Azərbaycanda isə iki il yarıma bütün işlər başa çatdırılıb hazırda bütün dünyanın idman ictimaiyyəti I Avropa Oyunlarının başlamasını gözləyir. I Avropa Oyunları Azərbaycanın böyük uğuru kimi tarixə düşəcək. Eyni zamanda Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirir. Gələcəkdə keçiriləcək növbəti Avropa Oyunlarında Azərbaycanın nümunəsi təcrübəsi əsas götürüləcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 13 may.- S.1;12.