Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə və
Heydər Əliyev
Fondunun yaradılmasının 11
illiyinə həsr olunan təntənəli mərasim
keçirilib
Azərbaycan Prezidenti İlham
Əliyev mərasimdə iştirak edib
Heydər
Əliyev Mükafatının təqdimetmə mərasimi oldu.
Əvvəlcə Azərbaycanın xalq rəssamı Tahir Salahovun Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxundu.
Prezident İlham Əliyev mükafatı Tahir Salahova təqdim etdi.
Xalq rəssamı Tahir SALAHOV çıxış edərək dedi:
- Çox hörmətli Prezident, əziz İlham Heydər oğlu,
Bu gün bu yüksək mükafatı Sizin əlinizdən almaq mənim üçün böyük şərəfdir. Bu, mənim üçün, yaradıcılığım üçün böyük stimuldur. Düşünürəm ki, bu, mənə daha məsuliyyətli olmağa, respublikamızla bağlı daha çox əsərlər yaratmağa kömək edəcək.
Demək istəyirəm ki, mən Heydər Əlirza oğlu ilə moskvalı rəssamlar Viktor İvanov və Pyotr Ossovskinin sərgisinin Bakıda açıldığı vaxt tanış oldum. Onlar Kubada olmuşdular, Kuba haqqında təəssüratlarını kətana köçürmüş və həmin sərgini Bakıya gətirmişdilər. Onların əsərləri Mərkəzi İncəsənət Muzeyində nümayiş olunurdu. O vaxt Kubanın səfiri gəlmişdi, soyadı, deyəsən, Çamon idi. Bu ciddi və gözəl sərginin, - çünki rəsmləri çəkən müəlliflər qəribə adamlar idi, onlar sovet və Rusiya incəsənəti tarixinə düşüblər, - açılışından sonra ziyafət oldu. Ziyafətdə səfir, rəssamlar, Mərkəzi Komitənin katibləri iştirak edirdilər, mən də orada idim. Heydər Əlirza oğlu ziyafətdə çıxış etdi. O, rəssamlar, incəsənət haqqında mükəmməl çıxışı ilə məni heyran qoydu, mənim dostlarıma, yoldaşlarıma yüksək qiymət verdi.
Demək istəyirəm ki, Heydər Əlirza oğlu dünya siyasətinin nəhənginə, Sovet İttifaqında 19 istiqamətə başçılıq edən rəhbərə çevrildi.
O, Sovet İttifaqının mədəniyyət xadimləri üçün çox işlər görüb. Bütün istiqamətlər üzrə - istər arxitektura və teatr, istər bəstəkarlıq və rəssamlıq, istərsə də dizayn sahələrində çox iş görüb. Mən Bakıya gələndə mədəniyyət xadimləri həmişə deyirdilər: Heydər Əlirza oğluna bizim salamımızı çatdırın. Onun dünya səviyyəli nəhəngə çevrilməsi, sonralar Azərbaycanı xilas etməsi böyük xoşbəxtlikdir.
Heydər Əlirza oğlu mənə ilk Dövlət mükafatını 1972-ci ildə “Yeni dəniz” tablosuna görə verib. Bu, böyük tablodur, Siz onu yəqin ki, görmüsünüz. Açılışa gələndə o, artıq respublikanın başçısı idi. Respublikanın vəzifəli şəxslərindən biri qəflətən dedi: “Tahir, bəs nə üçün sənin fəhlələrin gülümsəmirlər?”. Məsum bir sükut çökdü. Birdən Heydər Əlirza oğlu ona dedi: “Onlar nə üçün gülümsəməlidirlər ki? Onlar işləyiblər, zəhmət çəkiblər, bu, ağır zəhmətdir”.
Demək istəyirəm ki, mən bu gün bu mükafatı 1920-ci, 30-cu, 40-cı illərdə, müharibə illərində, 50-ci, 60-cı, 70-ci illərdə xalqımızı şöhrətləndirən əsərlər yaradan bütün rəssamlara aid edirəm. Heydər Əlirza oğlu mədəniyyət xadimlərini ürəkdən sevirdi. O, həm oxuyur, həm də şəkil çəkirdi. Bu, onun üçün təbii bir duyğu idi. O vaxt doqquz mədəniyyət xadimimiz Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bu, mürəkkəb dövrdə böyük xoşbəxtlik idi.
Mən xoşbəxtəm ki, bu gün gənc rəssamlar Venesiya Biennalesində Azərbaycanın, təsviri sənətin şərəfini qoruyurlar. Bu, böyük xoşbəxtlikdir. Azərbaycan üçüncü dəfədir ki, bu biennaledə iştirak edir. Leyla xanım, Aida Mahmudova, Azərbaycan rəssamlarının bütöv bir pleyadası orada iştirak edir. Mircavad da, Abşeron istiqamətində işləyən, amma vaxtilə qəbul edilməyən bir sıra rəssamlar da orada iştirak edirlər. Bu gün isə onlar Venesiya Biennalesində Azərbaycanın şərəfini qoruyurlar. Demək istəyirəm ki, gənc nəsil gələcəyə baxır, gələcəyə istiqamətlənib. Zənnimcə, hər şey irəlidədir. Dostoyevski deyirdi: “Dünyanı gözəllik xilas edəcək”. Biz gözəllik naminə mübarizə aparacağıq. Sağ olun.
X X X
Sonra ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan videofilm nümayiş etdirildi.
X X X
Daha sonra Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildə təsis edilən “Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il üzrə qalibləri elan olundu.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə dəstəyinə və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirakına görə tanınmış incəsənət eksperti Erve Mikaelofa “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.
Mükafata layiq görüldüyü üçün minnətdarlığını bildirən Erve MİKAELOF dedi:
- Hörmətli cənab Prezident.
Xanım Əliyeva.
Xanımlar və cənablar.
Mənə verilmiş bu mükafata görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu gün axşam Sizinlə Azərbaycanın dostu qismində birgə olmaq mənim üçün böyük şərəfdir.
Dörd il əvvəl mən Sizin ölkənizə səfər etdim və Azərbaycanın zənginliyini, bugünkü inkişafını kəşf etdim. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın səyləri ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin bir çox nümunələri dünyanın müxtəlif ölkələrində təqdim olunur. Bu, məhz Fondun uğurlu fəaliyyətinin göstəricisidir. Çox sağ olun.
X X X
Mehriban Əliyeva qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Ağaxan Abdullayevə də “Qızıl çinar” beynəlxalq mükafatını təqdim etdi.
Xalq artisti Ağaxan ABDULLAYEV dedi:
- Cənab Prezident.
Hörmətli Mehriban xanım.
Çox minnətdaram. Bu gün
mənə verilən
bu mükafat muğam sənətinə,
muğam ifaçılarına
verilən mükafatdır.
Mən dəfələrlə demişəm
ki, dövlətimiz, Prezidentimiz, Heydər Əliyev Fondu tərəfindən sənətkarlara,
muğam ifaçılarına,
mədəniyyət işçilərinə
yüksək qiymət
verilir. Heç bir ölkədə
sənətkara belə
bir qiymət yoxdur. Bu, ancaq
bizim Azərbaycandadır.
Mən buna görə, cənab Prezident, Sizin qarşınızda baş
əyirəm, Sizə
“Çox sağ
olun” deyirəm.
Mən Heydər
Əliyev Fonduna, şəxsən Mehriban xanıma sonsuz minnətdarlığımı bildirirəm. Məhz Mehriban xanımın
diqqət və qayğısı sayəsində
bu gün mən burada sizin qarşınızda çıxış edirəm.
Bunu hamı bilir ki, əgər
Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın köməyi olmasa idi, mən beş il bundan əvvəl ağır xəstəlikdən
dünyamı dəyişərdim.
Məni bu bəladan məhz Siz qurtarmısınız.
Mən Almaniyada, Türkiyədə müalicə
almışam. Buna görə
minnətdarlığımı bildirir, Sizə “Çox sağ
olun” deyirəm.
Allah-Taala başda Prezidentimiz olmaqla Sizə, ailənizə muğam ömrü qədər ömür versin. Çox sağ olun,
var olun.
X X X
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə
və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə
həsr olunan təntənəli mərasim
bədii hissə ilə davam etdi.
Azərbaycan.-2015.-
13 may.- S.3.