Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası
Təhlükəsizlik
Şurası katibinin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 11-də Rusiya Federasiyası Təhlükəsizlik
Şurasının katibi
Nikolay Patruşevin başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
Azərbaycan ilə Rusiya arasında ikitərəfli
münasibətlərin bütün
sahələrdə uğurla
inkişaf etdiyini vurğulayan dövlətimizin
başçısı Rusiya
Federasiyası Təhlükəsizlik
Şurasının katibi
Nikolay Patruşevin başçılıq etdiyi
nümayəndə heyətinin
ölkəmizə səfərinin
və səfər çərçivəsində keçiriləcək görüşlərin
səmərəli olacağına
əminliyini bildirdi. Ölkələrimizin hüquq mühafizə orqanları arasında münasibətlərin uğurlu
inkişafına toxunan
Prezident İlham Əliyev müvafiq qurumların işgüzar
əlaqələrinin mövcud
olmasının, qarşılıqlı
informasiya mübadiləsi
aparılmasının və
birgə tədbirlərin
keçirilməsinin regionda
təhlükəsizliyin möhkəmləndirilməsi
baxımından önəmini
qeyd etdi. Faşizm üzərində Qələbənin
70 illiyinin Azərbaycanda
yüksək səviyyədə
keçirildiyini deyən
Prezident İlham Əliyev bu tədbirlərin Qələbənin
qeyd olunması ənənələrinin davam
etdirilməsi və tarixi ədalətin qorunub saxlanılması üçün ümumi mövqeyin formalaşdırılması
baxımından önəmini
vurğuladı.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin
başçısına çatdırdı. Nikolay Patruşev ölkəmizə
səfərinin ilk saatlarından
başlayaraq Bakıda
böyük abadlıq
və quruculuq işlərinin yüksək
keyfiyyətlə aparılmasının
şahidi olduqlarını
dedi. O, ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin bütün
sahələrdə uğurla
inkişaf etdiyini bildirdi. Nikolay Patruşev yüksək səviyyəli görüşlərin,
o cümlədən Azərbaycan
və Rusiya prezidentlərinin faşizm
üzərində Qələbənin
70 illiyi münasibətilə
Moskvadakı təmaslarının
ikitərəfli münasibətlərimizin
genişləndirilməsi və
əlaqələrimizin möhkəmləndirilməsi
baxımından önəmini
qeyd etdi. Xalqımızın ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə toxunan
rusiyalı qonaq Ulu Öndərin böyük dövlət və siyasi xadim olduğunu vurğulayaraq Azərbaycanın
bugünkü inkişaf
səviyyəsinə çatmasında
onun müstəsna xidmətlərini xüsusi
qeyd etdi. Birinci Avropa Oyunlarına toxunan Nikolay Patruşev bu tədbirin də yüksək səviyyədə
keçiriləcəyinə əminliyini ifadə etdi.
Görüşdə qarşılıqlı maraq
doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Rusiya
dövlətinin başçısına
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2015.- 13 may.- S.6.