Xırdalan şəhərində məcburi
köçkün ailələri üçün inşa
edilən binanın açılışı olub
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva açılışda
iştirak edib
Mayın
10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər
Əliyev Fondunun təşəbbüsü ilə məcburi
köçkün ailələri üçün inşa edilən
binanın açılışı olub.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti
Leyla Əliyeva və Arzu Əliyeva binanın
açılışında iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, bu binada Xırdalan ət
kombinatının ərazisində məskunlaşmış Kəlbəcər,
Zəngilan və Füzuli rayonlarından məcburi
köçkün ailələri yerləşdirilib. “Kristal
Abşeron” MMC tərəfindən inşa olunan bina 9 mərtəbə
və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın
inşasına 2014-cü ilin iyununda başlanılıb.
İnşaat işləri yüksək keyfiyyətlə, zəruri
tələblər nəzərə alınmaqla
aparılıb.
Azərbaycan
dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da
qaçqın və məcburi köçkünlərin həyat
şəraitlərinin yaxşılaşdırılmasına,
onların sosial problemlərinin həllinə yüksək diqqətlə
yanaşır. Fondun prezidenti Mehriban Əliyevanın və
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
və dəstəyi ilə indiyədək bu istiqamətdə
çoxlu sayda mühüm layihələr həyata
keçirilib.
Azərbaycanın
birinci xanımı və qızları Kəlbəcər
rayonundan məcburi köçkün Niyazi Ələkbərovun
mənzilində yaradılan şəraitlə tanış
oldular.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yeni mənzillə təmin
olunmaları münasibətilə ailənin üzvlərini təbrik
etdi.
Azərbaycan
Prezidenti İlham Əliyevə və xanımı Mehriban
Əliyevaya onlar üçün yaradılan şəraitə
görə minnətdarlıq edən məcburi
köçkün Niyazi Ələkbərov yeni mənzillə
təmin olunduqları günün ulu öndər Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümü ilə
eyni vaxta təsadüf etməsini onların həyatında əlamətdar
hadisə adlandırdı.
Binada
ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki,
24-ü isə üçotaqlıdır. Binada mərkəzləşdirilmiş
istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər
quraşdırılıb. Binanın ətrafında geniş
abadlıq-quruculuq işləri görülüb,
yaşıllıqlar salınıb.
Azərbaycan.-2015.- 13 may.- S.7.