Mil düzündə alov büsatı
Məşəl Beyləqan və
Xocavənddə alovlandı
Aprel ayının 26-da Azərbaycanın dövlət başçısı, Olimpiya Komitəsinin prezidenti
İlham Əliyevin paytaxt Bakıda əsrlərdən bəri şölələnən qədim “Atəşgah” məbədində yandırdığı Birinci Avropa Oyunlarının məşəli ölkəni oba-oba dolaşmaqdadır.
Ellərimiz hər yerdə odu toy-bayramla, çal-çağırla qarşılayır. Qədim Naxçıvanı dolaşan, Talış dağlarını aşan, zümrüd libaslı Muğanda səfərdə olan I Avropa Oyunlarının məşəli bərəkətli Mil düzünə təşrif buyurdu. Yeni ünvan Beyləqandır.
Beyləqan Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Torpağı münbit, adamları əməksevər olan bu rayonda əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Dövlətin qayğısı sayəsində respublikanın digər bölgələri kimi Beyləqan da sürətlə inkişaf etmiş, rayon mərkəzi, kəndlər görkəmini dəyişib daha da gözəlləşmiş, əhalinin həyat şəraiti müqayisəedilməz dərəcədə yaxşılaşmışdır.
Mayın 9-da beyləqanlılar Birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasiminə yüksək əhval-ruhiyyə ilə toplaşmışlar. Sanki el-oba əziz bir el bayramını qeyd edir. Beyləqan şəhərinin qərb tərəfdən girişində böyük qələbəlikdir. Məşəlin Füzuli rayonu tərəfdən gələcəyi gözlənilir. Hər kəs bayram ovqatındadır. Fərəhli gözlər, təbəssümlü çöhrələr arasında istər-istəməz xoş duyğular, pozitiv anlar yaşayırsan. Hələ məşəlin gələcəyi ana xeyli vaxt var. Zamanın verdiyi imkandan istifadə edib mərasim iştirakçılarının təəssüratlarını öyrənmək istəyirik.
İlk müsahibimiz məşəlçi, SSRİ idman ustası, respublikanın əməkdar məşqçisi Əli Sarıyevdir.
- Həyatımda mötəbər idman yarışlarında çox
iştirak etmişəm. Sevincli anlarım
da az
olmayıb. Amma heç bir
zaman indiki qədər həyəcan
keçirməmişəm. Mən idmançıyam. Dünyada idmana
necə böyük əhəmiyyət verildiyinin
canlı şahidiyəm.
Bu gün azərbaycanlı
olaraq qürur hissi keçirirəm ki, ilk dəfə həyata vəsiqə alan Birinci
Avropa Oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Bu, tarixi bir uğurdur. Mən deyərdim ki,
Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz iradəsi, müdrik siyasəti ilə bu mötəbər
idman yarışının
bizim ölkəmizdə
reallaşması dövlət
başçısının Azərbaycana olan sonsuz məhəbbətindən,
onun böyük vətənpərvərliyindən qaynaqlanır. Əlbəttə, bu yarışların ölkəmizdə keçirilməsində
əsas məqsəd Azərbaycanı dünyaya
tanıtmaqdır. Bu, alqışa layiqdir.
Bu gün mən
bu hissləri keçirərək qürur
duyuram. İndi həyəcanla məşəli
gözləyirəm. Tarixdə ilk dəfə keçirilən
Birinci Avropa Oyunlarının məşəlinin
doğma Beyləqana gətirilməsi, onun daşınmasının dostlarımla
bərabər mənə
də etibar edilməsi həyatımın
ən unudulmaz, ən fərəhli anı olacaq.
Beyləqan gerçək bir bayram sevinci yaşayır. İstehsal etdiyi bol kənd təsərrüfatı
məhsulları ilə
ölkənin ərzaq
təhlükəsizliyinə sanballı töhfələr
verən bu bölgə həm də cəsur idmançılar diyarıdır.
2014-cü ilin 8-9 noyabrında
İtaliyanın Milan şəhərində
keçirilən hərtərəfli
döyüş növü
üzrə dünya çempionatında Azərbaycanı
təmsil edən Yusif Sadıqov 55 kiloqram çəki dərəcəsində bütün
rəqiblərinə qalib
gələrək dünya
çempionu olmuşdur.
Keçən ilin sentyabrında
Bakıda keçirilən
sərbəst güləş
üzrə respublika turnirində Beyləqanın
yetirməsi Nurlan Ağazadə birinci yeri tutmuşdur.
2014-cü il fevral ayında Bakı şəhərində
keçirilən cüdo
idman növü üzrə Azərbaycan birinciliyində Beyləqan
təmsilçisi Leyla
Quluzadə ikinci yerə sahib çıxmışdır.
Keçən il olimpiya çempionu H.Qureviçin
xatirəsinə həsr
olunmuş gənclər
arasında XX Beynəlxalq
güləş turnirində
beyləqanlı Nicat Abdullayev üçüncülük
qazanmışdır. Haqqında söhbət
açdığımız nailiyyətlər Beyləqanın
son bir ildə idman həyatında qazanılan uğurların
bir hissəsidir.
Uzaqdan məşəli
gətirən karvanın
görünməsi izdihamı
canlandırır. Məşəl yaxınlaşdıqca sanki adamların həyəcanı da artır. Nəhayət,
bu da gözlənilən
an... Respublikanın əməkdar məşqçisi,
idman ustası Əli Sarıyev məşəli qəbul edib başı üzərinə qaldırır,
müəyyən edilmiş
marşrut üzrə
hərəkətə başlayır.
Beləcə, Birinci Avropa
Oyunlarının məşəli
Mil düzünə qədəm
qoyur. Rayonun idman həyatında özünəməxsus xidmətləri
olan məşəlçilər
Elxan Gəraylı, İlkanə Qəhrəmanlı,
Türkanə Mehdiyeva,
Gülşən Cahidli,
Günel Bəndəliyeva,
İlham Quliyev, Sahib Nəsibov, Bəxtiyar İsrafilli estafeti bir-birinə ötürərək
alovu mənzil başına çatdırırlar.
Məşəlçi Nofəl Hüseynov
isə alqış sədaları altında Heydər Əliyev parkındakı Gənclər
Mərkəzinin qarşısında
qurulmuş səhnəyə
qalxır. Əlində gətirdiyi məşəllə
alov piyaləsini alışdırır.
Növbəti müsahibimiz isə Beyləqan Rayon Gənclər
və İdman İdarəsinin rəisi Sənan Quliyevdir. O, sevincini
bizimlə bölüşür:
- Bu gün bütün ölkəmizdə olduğu
kimi, Beyləqanda da bayram əhval-ruhiyyəsi
yaşanır. Birinci Avropa
Oyunlarının Azərbaycanda
keçirilməsi ölkəmizin
hər bir vətəndaşına qürur
verir. Həmişə arzulamışıq ki, doğma Azərbaycanın adı dünya dövlətləri
sırasında hörmət
və ehtiramla çəkilsin. Artıq bu
arzu gerçəkləşir.
Biz gənclər respublika Prezidenti İlham Əliyevə minnətdarıq ki, Azərbaycanı dünyaya
tanıtdırmaq yolunda
böyük qətiyyət,
yenilməz iradə nümayiş etdirir, dünyanı heyran qoyan uğurlara imza atır.
Bizi sevindirən, həyəcanlandıran
bir məqam da odur kİ,
Birinci Avropa Oyunlarında Azərbaycanı
təmsil edəcək
idmançılar arasında
Beyləqanın yetirməsi
də var. Rayonun Yeni Mil qəsəbəsində
doğulub boya-başa
çatan Aytən Səmədli karate üzrə
dünya çempionudur.
Aytən
Birinci Avropa Oyunlarına ciddi hazırlaşıb. İnanırıq ki, həmyerlilərini yenə də sevindirəcəkdir. Aytənlə bərabər, bu mötəbər yarışlara
qatılacaq bütün
Azərbaycan idmançılarına
qələbə arzulayıram.
Beyləqanda Birinci Avropa Oyunlarının məşəlinin
yaratdığı coşqu
davam edir. Bu əlamətdar hadisədən,
məşəlin Mil düzünə
gətirilməsindən qürur
duyan mərasim iştirakçıları bir-birini
təbrik edir, gözaydınlığı verirlər.
Beyləqanda od alan
məşəl isə yarışlar başa
çatanadək şölələnəcəkdir.
Azərbaycan.-2015.- 13 may.- S. 8.