Bakıda B20 Azərbaycan Regional Məsləhətləşmə Forumu keçirilib

 

İqtisadiyyat və Sənaye Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirilən forumda Türkiyə Baş nazirinin müavini Əli Babacan, aidiyyəti dövlət qurumlarının rəhbərləri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 140-dan çox şirkətin nümayəndələri və təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, bugünkü forum İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurası və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin biznes təmsilçiləri üçün mühüm müzakirə platformasıdır. Tədbir üzv ölkələrin iqtisadi əlaqələrinin genişləndirilməsi və biznes imkanlarının beynəlxalq aləmdə daha geniş təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. M.Musayev qeyd edib ki, B20-nin əsas missiyası aktual iqtisadi proseslərin, çağırışların təhlili əsasında G20-yə müvafiq tövsiyələrin hazırlanıb təqdim edilməsidir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının (BSEC) baş katibi Məmməd Zülfüqarov diqqətə çatdırıb ki, bu forum Qara dəniz və Xəzər dənizi regionu ölkələri ilə B20 ölkələri arasında ticarət, infrastruktur, kiçikorta sahibkarlıq, investisiyalar üzrə müzakirə və məsləhətləşmələri özündə birləşdirir. Bu forumun yekunu olaraq tövsiyə və təkliflər hazırlanacaq və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri hökumətlərinə təqdim ediləcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Abzal Saparbekuli çıxışında türkdilli dövlətlərdə yaşayan adamlarının bəlli inkişaf prosesi keçməsinin vacibliyini vurğulayıb. A.Saparbekuli qeyd edib ki, bunun ən yaxşı nümunəsi Türkiyədir. Türkdilli ölkələrdə adamlarının müəyyən problemlərlə qarşılaşır. Bu gün iqtisadiyyat nazirlərinin qarşısında duran vacib məsələlərdən biri - özəl sektora göstərilən dəstəyin artırılmasıdır. Bugünkü toplantı beynəlxalq münasibətlərin inkişafına böyük dəstək verəcək.

A.Saparbekuli, həmçinin özəl sektorda göstərilən ən yaxşı dəstəyin turizm sahəsi ilə bağlı olduğunu deyib: “Bununla bağlı məsələ gələn il Qazaxıstanda keçiriləcək konfransda müzakirəyə çıxarılacaq”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxışında bildirib ki, bu gün yaşadığımız qloballaşmatexnoloji irəliləyiş kimi makrotrendlər səylərimizi birləşdirməyi, mövcud əlaqələri genişləndirməyi tələb edir. İnteqrasiya zamanın başlıca çağırışıdır. Ümid edirəm ki, bu forum yeni əlaqələr yaradılması, əməkdaşlıq perspektivlərinin araşdırılması baxımından iştirakçı ölkələr üçün faydalı bir platforma olacaqdır. Türkiyə OdalarBorsalar Birliyinin (TOBB) rəhbərliyi dövründə B20 prosesi daha da inkişaf edəcək, dünyasının, qeyri-hökumət təşkilatlarının daha geniş dəstəyini qazanacaq, biznesi maraqlandıran önəmli məsələlər ətrafında ciddi fikir mübadiləsi aparılacaq, qlobal problemlərlə mübarizə istiqamətində önəmli addımlar atılacaqdır.

Sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə və TOBB-un prezidenti Rifat Hisarçıklıoğlu çıxışlarında Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişafından danışıb, bugünkü forumun hər iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyini diqqətə çatdırıblar. Qeyd olunub ki, forum hər iki ölkə sahibkarlarının qarşılıqlı əməkdaşlığının daha da genişlənməsinə öz töhfəsini verəcək.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək bildirib ki, ölkələrin sosial-iqtisadi inkişafına maneələr yaradan problemlərin araşdırılaraq G20 sammitlərinin gündəliyinə çıxarılmasında B20 formatının rolu böyükdür. Bu platforma iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının geniş müzakirəsi, ölkələrin biznes cəmiyyətləri ilə qlobal siyasəti müəyyən edən qurumları arasında əlaqələrin yaradılması üçün yaxşı fürsətdir. Qeyd olunub ki, G20-yə sədrlik edən Türkiyənin qonaq ölkə qismində Azərbaycanı dəvət etməsi və B20 forumunun Bakıda keçirilməsi qərarı ölkələrimiz arasındakı yüksək strateji əməkdaşlıq və dostluq münasibətlərini bir daha təsdiq edir.

Azərbaycan iqtisadiyyatının inkişafından danışan Şahin Mustafayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində son 10 ildə ÜDM 3 dəfə, onun adam başına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artıb. Sahibkarlığın inkişafının Azərbaycan hökuməti üçün prioritet əhəmiyyət daşıdığını qeyd edən nazir Şahin Mustafayev bu sahədə təkmil qanunvericilik bazasının yaradıldığını, dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığını, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış təşkilati-hüquqi modellərin, o cümlədən sənaye parklarının və məhəllələrin, aqroparkların, biznes inkubatorların və s. yaradılmasına başlanıldığını vurğulayıb. Bildirilib ki, dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar aparılır, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. Yaradılmış əlverişli biznesinvestisiya mühitinin nəticəsidir ki, 2004-2014-cü illərdə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73 faiz, vergi daxilolmalarında 70 faiz, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi təqribən 82 faiz təşkil edib. İndiyədək ölkə iqtisadiyyata 200 milyard dollar investisiya qoyulub.

Türkiyə Baş nazirinin müavini Əli Babacan Azərbaycanın paytaxtında olmağından məmnunluğunu və Bakıya hər səfərindən şəhərin daha da gözəlləşdiyini müşahidə etdiyini bildirib. Qeyd edilib ki, Bakı artıq beynəlxalq şəhərə çevrilib. İyunda Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Biz qardaş ölkədə baş verən bütün hadisələri yaxından izləyirik. Azərbaycan artıq dünyanın bir çox ölkələrinin iqtisadiyyatına dəstək verəcək bir mövqeyə sahibdir. Azərbaycanın G20 çərçivəsində tədbirlərə qatılmasının ölkənin inkişafına xüsusi dəstək verəcəyini düşünürük. Ə.Babacan diqqətə çatdırıb ki, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi ötən il 5 milyard dollar səviyyəsində olub. Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi layihələr mövcuddur. Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti artıq fəaliyyətdədir. TANAP və TAP layihələri də önəmli bir işbirliyinin təməli deməkdir.

Ə.Babacan deyib: “Azərbaycan Cənubi Qafqazda təbii ehtiyatlarla zəngin bir ölkədir. Azərbaycanın bu bölgədə strateji əhəmiyyəti daha da artıb. Artıq Azərbaycan bölgədə güc sahibidir. Biz hər zaman Azərbaycanın yanındayıq və hər zaman qardaş ölkəyə dəstəyimizi əsirgəməyəcəyik. Biz istəyirik ki, Azərbaycanla birlikdə hərəkət edək. Ermənistan işğalçılıq siyasəti ilə kənarda qalır. Əgər Ermənistan normal iqtisadiyyatı bərpa etmək istəyirsə, işğalçılıq siyasətindən əl çəkməlidir”.

Tədbir çərçivəsində ASK ilə Moldova Sənayeçilərin və Sahibkarların Milli Konqresi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Forum öz işini panellərlə davam etdirib. “B20 Türkiyənin ticarət, infrastruktur, investisiya enerji gündəliklərindəki mövzuların geniş müzakirəsi “B20 Türkiyənin məşğulluq, maliyyə artımı, KOM-lar Sahibkarlığın İnkişafına olan töhfəsi antikorrupsiya işçi qruplarıpanellərində müzakirələr aparılıb.

 

Azərbaycan.-2015.- 13 may.- S. 15.