“Bakı-2015”in biletləri böyük coşqu ilə alınır

 

280-dən artıq yarış sessiyası üçün 600 mindən çox bilet satışı nəzərdə tutulub

 

“Bilirəm ki, Azərbaycanın böyük həvəslə hazırlaşdığı Birinci Avropa Oyunlarının açılış mərasimi möhtəşəm olacaq. Ona görə də dostlarımla birgə bilet aldıq ki, həmin anların canlı şahidi olaq”.

Bakı şəhər sakini Rauf Babayevin dedikləri şübhə yoxdur ki, 29 gündən sonra tarixi həqiqətə çevriləcək. Hələ nəinki azərbaycanlılar, milyonlarla əcnəbi bu oyunlar barədə uzun müddət danışacaqlar. Çünki belə bir möhtəşəm tədbirə hazırlıq işlərini az müddətə - yeddi ilə deyil, iki il yarıma başa çatdırmaq hər dövlətə nəsib olan deyil

 

Biletləri necə əldə etmək olar?

 

Artıq “Bakı-2015” Birinci Avropa Oyunlarının keçiriləcəyi günlər məkanlar bəllidir. Aprel ayının 3-dən etibarən oyunlarda iştirak etmək üçün bilet satışlarına da start verilib. Bunun üçün şəhər mərkəzində 12 Şəhər Bilet Satışı Məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr “Park Bulvar”, “28 Mall”, “Metro Park” ticarət mərkəzlərində, Nizami küçəsi, Azadlıq Meydanı, “Azərbaycankinoteatrı Yasamal “ASAN xidməti”ndəki köşklərdə, eləcə   Heydər Əliyev Sarayının kassasında Fəvvarələr meydanında, metronunNeftçilər”, “Əhmədlistansiyalarının ətrafındakı “McDonald's” restoranlarında yerləşir. Bundan başqa, may ayının 15-dən etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda da bilet satışı həyata keçiriləcək. Bu satış məntəqələrindən əlavə, biletləri www.baku2015.com saytından da onlayn şəkildə qabaqcadan əldə etmək mümkündür.

Bilet satışlarının təşkili ilə maraqlandıq. Bunun üçün bir neçə Bilet Satışı Məntəqəsində olduq. Əvvəlcə onlayn satış barədə... “Baku-2015” Birinci Avropa Oyunlarının Təşkilat Komitəsindən aldığımız məlumata görə, bütün onlayn bilet alıcılarıŞanslı Qalibolmaq imkanı qazana Oyunların Tərəfdaşları tərəfindən qeyri-adi hədiyyələr əldə edə bilərlər. Şanslı Qaliblotereyası yalnız 16 ondan yuxarı yaşda olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Onlayn sifariş olunan biletlərin çatdırılma xidməti olmayacaq. Onları tədbirdən öncə bilet alışının təsdiqi formasını təqdim etməklə götürmək olar. Rahatlıq növbədə durmamaq üçün biletlərin tədbirdən öncə götürülməsi tövsiyə edilir. Onlayn alınmış biletləri rəsmi şəhər bilet satışı məntəqələrindən 12 iyun tarixindən etibarən yarış obyektinin bilet satışı kassalarından əldə etmək olar. Ödəniş tam şəkildə edilməlidir. Nağd ödənişlər isə kredit kartına əlavə olaraq qəbul ediləcəkdir.

Biletlərin qiymətinə gəldikdə isə bütün oyunlara görə məbləğ 2-5 manat arasında dəyişir. Yalnız Oyunların açılış bağlanış mərasimlərinin qiymətləri fərqlidir. Açılış mərasiminə bilet alışının qiyməti kateqoriyalara görə 20-200 manat arasındadır. Bağlanış mərasiminə olan biletlərin dəyəri isə 10-100 manat civarındadır. Bununla belə, 16 yaşından aşağı olan uşaqlar əksər yarış sessiyalarına pulsuz girmək hüququna malikdirlər. Bu pulsuz biletləri şəhər bilet satışı məntəqələrindən yarış obyektlərinin kassalarından doğum haqqında şəhadətnaməni, fiziki qüsurlu şəxslər üçün isə tibbi şəhadətnaməni göstərməklə əldə edə bilərlər.

 

Gənclər daha çox müraciət edirlər

 

“28 Mall” Ticarət mərkəzi izdihamlı yer olduğundan ilk müşahidəmizə elə buradakı bilet satışı məntəqəsindən başladıq. İnsanlar bir-bir, iki-iki köşkə yaxınlaşır, satışı həyata keçirən əməkdaşlara müraciət edirlər. Üç nəfər əməkdaş həm onların suallarını cavablandırır, həm bilet satırdılar. Məntəqəyə yaxınlaşdıq.

Bakı şəhər sakini Rauf Babayev yoldaşları ilə birgə Birinci Avropa Oyunlarının açılış mərasiminə bilet alırdı. Artıq pulunu da ödəmişdi. Əlində tutduğu altı ədəd biletə diqqətlə göz gəzdirirdi. Jurnalist olduğumuzu bildikdən sonra təəssüratlarını gizlətmədi: “Özüm idman həvəskarıyam, hər dəfə dünya çempionatlarının Olimpiya Oyunlarının açılış mərasimlərini televiziya vasitəsilə izləyirəm. Bu dəfə isə belə bir təntənəli mərasim Bakıda keçiriləcək. Ona görə bu fürsəti qaçırmaq istəmirəm. Bilirəm ki, Birinci Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm olacaq. O anları canlı şəkildə görməyə dəyər”.

Onun dostu da eyni fikirdə olduğunu dedi bu Oyunların ölkəmiz üçün faydalı olacağını, xüsusən milli mədəniyyətimizin, idman sahəsindəki uğurlarımızın təbliğində böyük rol oynayacağını bildirdi.

Bilet satışı məntəqəsinin əməkdaşları ilə söhbətimiz zamanı məlum oldu ki, indiyə kimi qədər bilet satıldığı bəlli olmasa da, alıcılar maraq göstərənlər kifayət qədərdir. Xüsusən gənclər daha çox müraciət edirlər.

Heydər Əliyev adına Sarayın kassasında Fəvvarələr meydanındakıMcDonald's”da da Birinci Avropa Oyunlarının bilet satışı çox uğurla həyata keçirilir. Bu məntəqələrin hər birində insanlar biletlərin qiymətləri, şəhər bilet satış məntəqələrinin sxemi, “Şanslı Qaliblotereyası s. ilə bağlı broşürlərlə tanış ola bilirlər. Həmin broşürlərdən birinə baxarkən “2015” qaynar xətti gözümüzə dəydi. Bu, Birinci Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzidir. İnsanlar heç bir yerə getmədən bu xətt vasitəsilə Oyunların keçiriləcəyi yerlər, biletlər s. ilə bağlı istədikləri məlumatı öyrənə bilərlər.

Bilet satışı ilə maraqlanan şəhər sakini Məryəm Əliyeva da Birinci Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyinə sevindiyini dedi. Onun sözlərinə görə, bu Oyunlar Azərbaycan üçün tarixi bir hadisədir: “Açılış mərasimində , oyunlarda da tamaşaçı kimi iştirak edəcəm. Xüsusən atıcılıq yarışları diqqətimi çəkir. Ona görə həmin oyunların biletləri ilə daha çox maraqlanıram”.

 

Qara bazar ciddi cəza

 

Bir məsələni qeyd edək ki, Birinci Avropa Oyunları biletlərinin rəsmi bilet satışı məntəqələrindən “Baki-2015” saytından (onlayn) başqa, digər yerlərdə satışı qadağandır. Bununla bağlı qanun pozuntularına qarşı cəzalar da sərtləşdirilib. Buraya yarış biletlərinin həm saxtalaşdırılması, həm qiymətinin süni qaldırılması daxildir. Eyni zamanda, kütləvi idman tədbirlərinin keçirilməsinə mane olanlarla, yəni idman yarışları zamanı qanunu pozanlarla bağlı qaydalar da dəyişib. Bir sözlə, ilk Avropa Oyunlarının keçirildiyi ərəfədə bu mötəbər yarışa hər hansı bir formada mane olan şəxslər ciddi şəkildə cərimə olunacaqlar.

Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında mayın 6-da imzaladığı sərəncamda deyilir: “İdman yarışının giriş biletlərini saxtalaşdıran fiziki şəxslər 500, vəzifəli şəxslər 2000, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimələnəcək”.

Sərəncamda həmçinin göstərilib ki, idman biletini müəyyən edilmiş tarifdən yüksək qiymətə satan vəzifəli şəxslər 500-2000, hüquqi şəxslər 5000-7000 manat miqdarında cərimələnəcəklər.

Yarış ərəfəsində idman obyektlərinə sərxoş halda, narkotik, psixotrop maddələrin təsiri altında gələnlər, eyni zamanda idman arenalarına icazəsi olmayan şəxslərin buraxılmasına oyun zamanı azarkeşlərin qadağan əşyalardan istifadəsinə görə fiziki şəxslər 500, vəzifəli şəxslər 2000, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə ediləcəklər.

Qeyd edək ki, “Bakı 2015” Birinci Avropa Oyunları ilə bağlı ictimaiyyətə 280-dən çox yarış sessiyası üçün təxminən 600.000 bilet satışı nəzərdə tutulur. Düzdür, Avropa Oyunları Əməliyyat Komitəsi biletlərinqara bazar”da satılmasının qarşısını almaq üçün bir sıra addımlar atır. Amma hər hansı bir spekulyasiyaların olacağı istisna deyil. Çünki belə hadisələr bütün dünyada qeydə alınır. Ona görə hər birimiz əlimizdən gələni etməliyik ki, bu sahədə yarana biləcəkqara bazar”ın qarşısı alınsın.

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2015.- 14 may.- S.1;3.