Azərbaycanın xarici
işlər naziri Antalyada
bir sıra görüşlər keçirib
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin
Antalya şəhərində keçirilən NATO-nun
Əfqanıstanda qətiyyətli dəstək missiyasına
töhfə verən dövlətlərin xarici işlər
nazirlərinin iclası çərçivəsində bir
sıra görüşlər keçirib.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarovun türkiyəli
həmkarı Mövlud Çavuşoğlu,
Belçikanın xarici işlər və Avropa işləri
üzrə naziri Didier Reynders, Norveçin xarici işlər
naziri Borge Brende, Bolqarıstanın xarici işlər naziri
Daniel Mitov, Slovakiyanın xarici işlər naziri Miroslav
Layçak, Xorvatiya Baş nazirinin müavini və xarici
işlər və Avropa məsələləri üzrə
naziri Vesna Pusiç ilə görüşləri olub.
Görüşlərdə
qarşılıqlı maraq doğuran məsələlər
üzrə fikir mübadiləsi aparılıb.
Bundan
başqa, ABŞ tərəfinin xahişi ilə nazir Elmar Məmmədyarov
dövlət katibinin Avropa və Avrasiya məsələləri
üzrə müavini Viktoria Nuland ilə
görüşüb.
Azərbaycan.-2015.- 14 may.- S.2.