Olduqca məsuliyyətli və əlamətdar
hadisə
Ziyalı sözü - vətəndaş
mövqeyi
Hacı
İSMAYILOV,
xalq artisti,
Dövlət mükafatı laureatı, Prezidentin
fərdi təqaüdçüsü:
- I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün misli görünməmiş bir hadisə olacaq. Avropa və MDB ölkələri arasında məhz Azərbaycanda belə beynəlxalq yarışın keçirilməsi olduqca məsuliyyətli və əlamətdar haldır. Bu, son dərəcə çox vacib məsələdir. Düşünürəm ki, I Avropa Oyunları digər ölkələrdə keçirilən Olimpiya oyunlarından da üstün olacaq. Bu gün Bakıya gələn əcnəbi heyran qalır ki, az bir müddətdə şəhər bu qədər dəyişib. Biz burada yaşasaq da, hər şey gözümüzün qabağında baş versə də, özümüz də buna təəccüblənirik. Həqiqətən az bir müddətdə ölkəmizdə ciddi dəyişikliklər, sosial-iqtisadi inkişaf baş verdi. I Avropa Oyunlarının məşəli “Atəşgah”da yandırılanda inanın ki, insanın qəlbindən ülvi hisslər - vüqar, qürur hissləri keçir. Düşünürsən ki, bu ölkədə yaşadığımıza görə doğrudan da, sevinməyə dəyər.
Bu Oyunlardan sonra Azərbaycana gələn turistlərin sayı da artacaq. İnsanların psixologiyası belədir ki, bir yerə
gedirsə və oranı xoşlayırsa,
o, özlüyündə oraya
bir daha getmək istəyir. İnanıram ki, Azərbaycanda
keçirilən ilk Avropa
Oyunlarının turizmin
inkişafına
böyük təsiri
olacaq. Ölkəmizə
gələn əcnəbilərin
sayı get-gedə artacaq və Azərbaycan dünyada siyasi-iqtisadi inkişaf baxımından, sözün
əsl mənasında öz
sözünü demiş,
tanınmış bir
ölkə olacaq. Bütün dünyaya sübut olunacaq ki, azərbaycanlılar
çox sülhsevər,
qonaqpərvər bir xalqdır. Elə insanlar var ki, ölkəmizi görmədən onun barəsində mənfi fikir söyləyirlər.
Amma gəlib görəndən
sonra fikirlərini tamamilə dəyişirlər.
Bu baxımdan İlk Avropa Oyunları Azərbaycan üçün çox vacibdir. Ümid edirəm ki,
bu tədbirin təşkili çox uğurlu olacaq, xalqımız bununla fəxr edəcək.
Azərbaycan.-2015.-
14 may.- S.4.