Seminarda muzeylərdə maddi mədəniyyət nümunələrinin qorunması ilə bağlı məruzələr dinlənilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Müasir muzeylərdə bərpa və konservasiya metodikası” mövzusunda seminar keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, Türkiyənin Qazi Universitetinin müəllimlərinin də iştirak etdikləri seminarda muzeylərdə maddi mədəniyyət nümunələrinin qorunması, bərpası ilə bağlı məruzələr dinlənilib.

Sonra müxtəlif növ materiallardan düzəldilmiş sənət əsərlərinin mühafizəsinə dair müzakirələr aparılıb.

Tədbirdə Qazi Universitetinin müəllimləri nəzəri-praktiki təcrübələrinə əsaslanaraq bərpa üsullarının yeni metodikası ilə bağlı tövsiyələrini veriblər.

 

Azərbaycan.-2015.- 14 may.- S. 12.