Ali qonağın şərəfinə
Vyetnam Prezidenti Çıonq Tan
Şanqın Azərbaycana rəsmi səfəri
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın və xanımı May Thi Hanın şərəfinə rəsmi qəbul təşkil edilib.
Dövlət başçıları rəsmi qəbulda çıxış ediblər.
Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışı
- Hörmətli cənab Prezident.
Hörmətli xanım May Thi Han.
Hörmətli xanımlar və cənablar.
Əvvəlcə dəvətimi qəbul edib Azərbaycana rəsmi səfər etdiyinizə görə Sizə təşəkkür
edir və rəhbərlik etdiyiniz nümayəndə heyətini
bir daha salamlayıram.
Biz bu gün olduqca faydalı görüşlər keçirdik. Əminəm ki, qarşılıqlı
maraq doğuran məsələlər ətrafında
apardığımız fikir
mübadiləsi və
müzakirələr, əldə
olunan razılaşmalar
və imzalanan sənədlər ölkələrimiz
arasında ikitərəfli
əlaqələrin daha
da inkişaf etməsinə töhfəsini
verəcək.
Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin təməli
ötən əsrdə
Vyetnam xalqının böyük oğlu Ho Şi Minin Azərbaycana
və xalqımızın
ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərləri
ilə qoyulmuşdur. İnanıram
ki, keçən il mənim
ölkənizə dövlət
səfərim və bu gün Sizin
Azərbaycanda olmağınız
bu gözəl ənənənin davamı
kimi münasibətlərimizi
daha da möhkəmləndirəcək,
yüksək səviyyəli
təmasların intensiv
xarakter almasına güclü təkan verəcək.
Bu gün dost ölkələrimiz
arasında siyasi, hərbi, iqtisadi, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı və
digər sahələrdə
əməkdaşlığın inkişafı və uzunmüddətli tərəfdaşlıq
üçün böyük
imkanlar vardır. Biz Vyetnamla əməkdaşlığın
genişləndirilməsi istiqamətində
bütün mümkün
vasitələrdən istifadə
edilməsində olduqca
maraqlıyıq.
Sevindirici haldır ki, son dövrlər münasibətlərimizin
xarakteri keyfiyyətcə
yeni müstəviyə
keçib. Ötən il Vyetnamın
Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik
İnstitutunun nəzdində
Azərbaycan Tarixi və Mədəniyyətinin
Araşdırmaları Mərkəzinin
yaradılmasını təqdirəlayiq
hesab edirəm. Əminəm
ki, ölkəmizin adət-ənənələri, tarixi və mədəniyyəti ilə
bağlı Vyetnam ictimaiyyətinə dolğun
məlumatların çatdırılmasında
bu mərkəz mühüm rol oynayacaqdır.
Mən ötən
həftə Bakıda
keçirilən Azərbaycan-Vyetnam
Dostluq Forumunu da xüsusilə qeyd etmək istərdim. Böyük əksəriyyəti Azərbaycanın
ali təhsil
müəssisələrindən məzun olmuş vyetnamlıların iştirak
etdiyi bu tədbir xalqlarımız
arasında mövcud olan dostluğun daha da möhkəmlənməsinə
xidmət edəcəkdir.
Qürurvericidir ki, Azərbaycanda təhsil alan bu şəxslər Vyetnam Sosialist Respublikasında bir çox sahələrin, xüsusən
neft və qaz sənayesinin inkişafına əhəmiyyətli
töhfə verirlər.
Hesab edirəm
ki, bu gün
Vyetnamın nüfuzlu
şirkətlərinin iştirakı
ilə keçirilən
biznes forum ölkəmizdəki
əlverişli iqtisadi
şəraitin və turizm potensialının dəyərləndirilməsi baxımından
çox faydalı olacaqdır. Həmçinin Vyetnam şirkətlərinin
ölkəmizdə həm
neft-qaz, həm də qeyri-neft sektorundakı layihələrdə
iştirakı əməkdaşlığımızın
genişlənməsi baxımından
arzuolunandır.
Biz Vyetnamla çoxtərəfli
əməkdaşlığa da xüsusi əhəmiyyət veririk. Düşünürəm ki, BMT, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar
çərçivəsində fəaliyyətimizi əlaqələndirməklə
uğurlu nəticələr
əldə edə bilərik.
Bu gün biz, həmçinin
regional təhlükəsizlik məsələləri ətrafında
fikir mübadiləsi apardıq. Mən qeyd etdim ki, regionun ən
ağrılı problemi
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ
də həll olunmamışdır. Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan
ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal
olunmuşdur. Ermənistanın məqsədyönlü etnik
təmizləmə siyasəti
nəticəsində bir
milyondan artıq azərbaycanlı qaçqın
və məcburi köçkünə çevrilmişdir.
BMT Təhlükəsizlik Şurasının
Azərbaycanın işğal
olunmuş ərazilərindən
erməni silahlı qüvvələrinin dərhal
və qeyd-şərtsiz
çıxarılması ilə
bağlı dörd qətnaməsi, ATƏT, Avropa
Parlamenti, Avropa Şurasının Parlament
Assambleyası, İslam
Əməkdaşlıq Təşkilatı
və digər nüfuzlu beynəlxalq təşkilatların oxşar
qərar və qətnamələri vardır.
Qoşulmama Hərəkatının zirvə görüşündə
120 ölkə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident, coğrafi baxımdan ölkələrimiz arasında
böyük məsafə
olsa da, inanıram ki, qarşılıqlı səylərimiz
nəticəsində Azərbaycan
ilə Vyetnam arasında dostluq və əməkdaşlıq
münasibətləri daha
da sıx olacaqdır.
Azərbaycan.-2015.-
15 may.- S.3-4.