Azərbaycanın Baş
naziri Vyetnam Prezidenti ilə görüşüb
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə mayın 14-də
ölkəmizdə rəsmi səfərdə olan Vyetnam
Sosialist Respublikasının Prezidenti Çıonq Tan
Şanqın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Baş
nazir Artur Rasizadə Azərbaycan-Vyetnam münasibətlərinin
yüksək səviyyədə olduğunu və bunun dərin
tarixi köklərə əsaslandığını
vurğulayıb. Baş nazir qeyd edib ki, Azərbaycan regional və
dünya əhəmiyyətli iri enerji layihələri həyata
keçirir. Bununla bərabər, Azərbaycan qeyri-neft
sektorunun inkişafına da böyük diqqət yetirir.
Görüşdə
Vyetnam Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi barədə də ətraflı
məlumat verilib.
Vyetnam
Prezidenti Çıonq Tan Şanq Azərbaycanın son illərdə
qazandığı iqtisadi uğurları yüksək qiymətləndirdiklərini
söyləyib. Ali qonaq ölkələrimiz arasında bir
çox sahələrdə əməkdaşlığın
inkişafı üçün böyük potensialın
olduğunu qeyd edib.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2015.- 15 may.- S.5.