“Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan
Respublikasında təhsil alması Qaydaları”nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 125
Bakı şəhəri, 1 may 2015-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil
alması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan
Respublikası vətəndaşlarının təhsil almaq
üçün xarici ölkələrə göndərilməsi
və xarici ölkə vətəndaşlarının Azərbaycanın
təhsil müəssisələrində təhsil almaları
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart
tarixli 56 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 212;
2010, ¹ 3, maddə 264, ¹ 11, maddə 1039) ləğv edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin 2015-ci il 1 may
tarixli
125 nömrəli qərarı ilə
təsdiq
edilmişdir
Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
təhsil
alması
QAYDALARI
1.
Ümumi müddəalar
1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanının 2.2-ci bəndinə əsasən
hazırlanmışdır və Azərbaycan
Respublikasının vətəndaşlarının xarici
ölkələrin təhsil müəssisələrində, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
(bundan sonra – əcnəbilər) tabeliyindən və
mülkiyyət formasından asılı olmayaraq təhsilin
bütün pillə və səviyyələri üzrə Azərbaycan
Respublikasının təhsil müəssisələrində,
həmçinin ali təhsilin doktorantura səviyyəsi
üzrə elmi tədqiqat müəssisələrində və
tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik
bazalarında (bundan sonra – təhsil müəssisələri)
təhsil almasına dair ümumi tələbləri müəyyən
edir.
1.2. Bu Qaydalar Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbilərə
şamil edilmir. Həmin şəxslər
ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları
ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.
1.3. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin
Azərbaycan Respublikasının xüsusi təyinatlı təhsil
müəssisələrində təhsil almaq hüququ yoxdur.
2. Azərbaycan
Respublikasının vətəndaşlarının
xaricdə təhsili
2.1. Azərbaycan
Respublikasının vətəndaşlarının xaricdə
təhsili aşağıdakı əsaslarla həyata
keçirilir:
2.1.1. Dövlət
proqramları çərçivəsində və beynəlxalq
müqavilələr əsasında;
2.1.2. Azərbaycan
Respublikasının hüquqi şəxslərinin, xarici
ölkələrin və onların təhsil müəssisələrinin,
qeyri-hökumət və xeyriyyə təşkilatlarının
ayırdıqları təqaüd (tələbələrin təhsil
almaları ilə əlaqədar təhsil haqqı, yataqxana,
yaşayış xərci və digər xərclərin
qarşılanması) və qrantlar əsasında;
2.1.3. təhsil müəssisələrinin xarici
ölkələrin təhsil müəssisələri ilə
bağladığı müqavilələr əsasında;
2.1.4. xarici ölkələrin
dövlət qurumlarının ayırdıqları
kvotalar əsasında;
2.1.5. Azərbaycan Respublikasının hüquqi və
fiziki şəxslərinin xarici ölkələrin təhsil
müəssisələri ilə bağladıqları
müqavilələr əsasında.
2.2. Azərbaycan
Respublikasının vətəndaşları təhsil almaq məqsədi
ilə yerləşdikləri dövlətin qanunlarında nəzərdə
tutulmuş tələblərə cavab verəntəhsil müəssisələrini,
ixtisası (ixtisaslaşmanı), təhsil pilləsini və səviyyəsini
seçməkdə sərbəstdirlər.
2.3. Təhsil
müəssisələri xarici ölkələrin təhsil
müəssisələri ilə şagird və tələbə
mübadiləsini bu Qaydalara və bağladıqları
müqavilələrə uyğun həyata keçirirlər.
2.4. Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası haqqında
Əsasnamə”nin 6.2-ci bəndinə müvafiq olaraqdövlətlərarasırazılaşmalara
əsasən Azərbaycan Respublikası vətəndaşlarının
xarici dövlətlərin ali təhsil müəssisələrinə
qəbulunun aparılması Azərbaycan Respublikasının Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasıtərəfindən
həyata keçirilir.
2.5.Növbəti
təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək
istəyən xaricdə təhsil almış Azərbaycan
Respublikası vətəndaşlarının təhsil sənədlərinin
tanınması və ekvivalentliyinin müəyyən edilməsi
(nostrifikasiyası) Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı
ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil
sahəsində ixtisaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)
Qaydaları”nauyğun həyata keçirilir.
3. Əcnəbilərin
Azərbaycan Respublikasının
təhsil
müəssisələrinə qəbulu
3.1.
Əcnəbilərin təhsil müəssisələrində
əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə
və ya əlavə təhsilin hər hansı istiqamətinə
qəbulu aşağıdakı əsaslarla həyata
keçirilir:
3.1.1. təhsil sahəsində Azərbaycan
Respublikası ilə xarici ölkələr arasında
bağlanılmış
müqavilələrə uyğun müəyyənləşdirilmiş
kvota əsasında;
3.1.2. təhsil müəssisələrinin
iştirak etdiyi beynəlxalq proqramlar əsasında;
3.1.3. təhsil müəssisələri ilə xarici
ölkələrin təhsil müəssisələri
arasında bağlanılmış müqavilələr əsasında;
3.1.4. təhsil müəssisəsinin hüquqi şəxslərlə
birbaşa bağladığı müqavilələr əsasında;
3.1.5. təhsil müəssisəsinin fiziki şəxslərlə
birbaşa bağladığı müqavilələr əsasında;
3.1.6. Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci və
6.2-ci bəndlərinə müvafiq olaraq, Azərbaycan
Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə
Azərbaycan Respublikasının Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş
qaydada keçirilən tələbə qəbulu müsabiqəsi
əsasında.
3.2.
Əcnəbilər Azərbaycan Respublikası Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
keçirdiyi mərkəzləşdirilmiş qəbul
imtahanlarında iştirak etdikləri halda, Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası haqqında Əsasnamə”nin
7.3-cü bəndinə əsasən Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının müəyyən
etdiyi sənədləri təqdim etməlidirlər.
3.3. Doktorantura
və dissertantlıq yolu ilə təhsil almaq
üçün müraciət edən əcnəbilər Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129
nömrəli qərarı ilə təsdiq edilmiş
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul
Qaydaları”nın 7.3-cü bəndində müəyyən
edilmiş sənədləri təqdim etməlidirlər.
3.4. Bu
Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd
olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq
üçün müraciət edən əcnəbilər
seçdikləri təhsil müəssisəsinə
aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.4.1. seçdikləri
ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə,
təhsil müəssisəsinin rəhbərinin adına ərizə
(ərizə elektron formada da təqdim edilə bilər);
3.4.2. əvvəlki
təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər
və həmin fənlərdən aldıqları qiymətləri
göstərən və müvafiq qaydada
leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil
haqqında sənədin (sənədlərin) və onun Azərbaycan
dilinə tərcüməsinin notariat qaydada təsdiq
edilmiş surəti (surətləri);
3.4.3. sağlamlıq, o cümlədən
QİÇS, Hepatit B və C viruslarının
daşıyıcısı olmaması haqqında
arayış;
3.4.4. etibarlı sərhədkeçmə sənədi;
3.4.5. 3x4
ölçüdə 6 ədəd fotoşəkil;
3.4.6. tədris dilindən imtahan verilməsi barədə
sertifikat (mövcud olduğu halda);
3.4.7. fəxri təltiflər, sertifikatlar, diplomlar və
digər bu kimi sənədlərin surətləri (mövcud
olduğu halda).
3.5.
Əcnəbilərin müvafiq təhsil səviyyəsi
üzrə hazırlığı və tədris dilini bilmə
səviyyəsi seçdikləri təhsil müəssisəsi
tərəfindən yoxlanılır və təhsil müəssisəsinin
müəyyən etdiyi tələblərə uyğun gəldikləri
halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir.
3.6. Tədrisin
ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil
almaq istəyən əcnəbilər ingilis dili üzrə
beynəlxalq imtahan formalarının birindən yetərli bal topladığı halda (bakalavriat səviyyəsi
üçün IELTS 5.0 bal, TOEFL 40 bal, sonrakı təhsil səviyyələri
üçün IELTS 5.5 bal, TOEFL 50 bal), dil biliklərinin
yoxlanılmasından azad olunurlar.
3.7.
Aşağıdakı kateqoriyalardan olan əcnəbilərtədris
dilini dəyişmədiyi halda,dil biliklərinin
yoxlanılmasındanazad olunurlar:
3.7.1. Azərbaycan
Respublikasının təhsil müəssisəsində təhsil
alıb növbəti təhsil pilləsində və ya səviyyəsində
təhsil almaq üçün müraciət edənlər;
3.7.2. yerləşdiyi dövlətin qanunlarında nəzərdə
tutulmuş tələblərə cavab verən təhsil
müəssisələrinin əvvəlki təhsil səviyyəsi
üzrə məzunları.
4. Əcnəbilərintəhsilinin
təşkili
4.1.
Əcnəbilərin ümumi təhsil və ilk peşə-ixtisas
təhsili pillələrində təhsili müvafiq dövlət
standartları və təhsil proqramları (kurikulumları) əsasında
həyata keçirilir.
4.2. Ali və
orta ixtisas təhsili müəssisələrində əcnəbilərin
təhsili Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq, kredit
sistemi əsasında Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təsdiq etdiyi ixtisas (ixtisaslaşma) üzrə təhsil
proqramlarına müvafiq olaraq təhsil müəssisəsinin
rəhbəri tərəfindən təsdiq olunmuş tədris
planları əsasında həyata keçirilir.
4.3. Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil alan əcnəbilər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuşhüquqlara malikdirlər. Əcnəbilər təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməlidirlər.
4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. İcbari ümumi orta təhsildə əcnəbilərin təhsili ödənişsiz əsaslarla həyata keçirilir.
4.5. Kvota əsasında təhsil alan əcnəbilərin təhsil haqqı Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun olaraq ödənilir.
4.6. Əcnəbilərlə və ya onların təhsil haqqını ödəyən hüquqi və fiziki şəxslərlə təhsil müəssisəsi arasında bu Qaydaların əlavəsindəki formaya uyğun müqavilə bağlanılır (icbari ümumi orta təhsil istisna olmaqla).
4.7. Bu Qaydaların 3.1.2-ci, 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərində qeyd olunmuş fəaliyyətlər təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyini (təsisçi funksiyalarını digər dövlət qurumu yerinə yetirdikdə,həmçinin həmin orqanı) məlumatlandırmaqla həyata keçirilir.
4.8. Təhsil müəssisəsi təhsil alan əcnəbilər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə müəyyən edilmiş forma üzrə hesabat təqdim edir.
4.9. Təhsil müəssisəsini bitirən əcnəbilərə təhsil haqqında dövlət nümunəli sənəd verilir.
4.10. Əcnəbilərin bir təhsil proqramından və ya bir təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.
4.11. Ali və orta ixtisas təhsili müəssisələrinin əcnəbi tələbələrivə məzunları haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilir.
4.12. Azərbaycan Respublikasında təhsil alan əcnəbilər təhsil müəssisələrindən xaric edildikdə, təhsil müəssisəsi 3 (üç) iş günü ərzində bu barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.
Azərbaycan.-2015.- 15 may.- S.5.