Azərbaycan multikulturalizmi ölkəmizin simasının
əsas cizgilərindən
biridir
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzində Azərbaycan
Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayev “Azərbaycan multikulturalizmi”
fənninin xarici ölkə universitetlərində
tədrisinin monitorinqini
aparan tanınmış
ziyalı və ictimai xadimlərin, multikulturalizm mövzusunda araşdırmaçı alimlərin
və yazar-jurnalistlərin
iştirakı ilə
görüş keçirib.
Multikulturalizm Mərkəzinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkəmizdə
multikulturalizm siyasətinin
növbəti əhəmiyyətli
addımı kimi mayın 15-də yaradılmasının
bir illiyi tamam olan BBMM-in fəaliyyəti, həyata
keçirdiyi layihələr
ətrafında geniş
müzakirə aparılıb. Dövlət
müşaviri Kamal Abdullayev deyib: “Multikulturalizm Mərkəzinin
əsas istiqamətlərindən
biri “Azərbaycan multikulturalizmi” anlayışını
dünya ictimaiyyətinə
çatdırmaqdır. Bunun bir
çox yolları
var. Seçdiyimiz yol Azərbaycan multikulturalizmini
xarici ölkələrdə,
xüsusilə gənclər
arasında yaymaqdır.
Bunun üçün
həmin ölkələrin
ali məktəblərində
“Azərbaycan multikulturalizmi”
fənninin tədrisinə
başlanılıb. Bu gün dünyanın 7 ölkəsində, Azərbaycanın
8 universitetində “Azərbaycan
multikulturalizmi” fənni
tədris edilir. Artıq həmin fənnin tədrisi bu semestr başa çatmaqdadır. Nəticələr çox müsbətdir.
Tələbələr fənnə böyük
diqqət göstərdiklərini
bildirirlər. Hətta bu
fənni öyrənmək
istəyənlərin sayı
artmaqdadır.”
Dövlət müşaviri Kamal
Abdullayev “Azərbaycan
multikulturalizmi” fənninin
tədrisi bizə nə verir” sualı ətrafında fikirlərini belə açıqlayıb: “Onun
siyasi əhəmiyyəti
barədə geniş
danışmağa ehtiyac
yoxdur. Bu, böyük
ideoloji, elmi, mədəni, maarifçilik
sıçrayışıdır. Azərbaycan tarixini, ədəbiyyatını,
mədəniyyətini, azərbaycançılıq
məfkurəsini, tolerantlığı
bir yerə toplayıb sistemləşdirmək
və dünyaya nümayiş etdirmək ən mühüm vəzifəmizdir. Bununla dünyada
başqa obrazımızı
yaratmaq istəyənlərə
göstərmək istərdik
ki, görün bizim dostlarımız bizim haqqımızda hansı fikirdədir.
Biz bu addımımızla
ətrafımızı genişləndiririk.
Faktlar onu göstərir ki, ilk təşəbbüslər
özünü doğrultdu.
Universitetlərlə əlaqə yaratdıq,
onlara təkliflərimizi
bildirdik və bu təşəbbüsümüz
yüksək dəyərləndirildi.
Bəzi universitetlərdən gələn
təkliflərə əsasən,
bu fənnin tədrisinin gələn semestr davam etdirilməsi
arzulanır. Bütün bunlar
Azərbaycana maraqdan irəli gəlir. Son illər ölkəmizdə
görülən işlər,
Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın
beynəlxalq miqyasda artan nüfuzu və çəkisi həmkarlarımızı daha
çox maraqlandırır
və bu barədə dolğun məlumat əldə etmələrinə stimul verir. Sevindirici haldır ki, yeni yaranmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu və
Bakı Slavyan Universitetinin birgə fəaliyyəti nəticəsində
qarşıya qoyulan məqsədlərə yüksək
səviyyədə nail olmaq
üçün səylər
artırılır.” Akademik Kamal
Abdullayev qeyd edib ki, Multikulturalizm
Mərkəzi cəmiyyətdən
gələn sifarişlərə
açıqdır. İrəli sürülən
təkliflər dəyərləndirilir
və onların həyata keçirilməsinə
dəstək göstərilir.
Tanınmış ziyalılarla, media nümayəndələri
ilə əməkdaşlığa
xüsusi önəm verildiyini diqqətə çatdıran Dövlət
müşaviri bildirib
ki, birgə fəaliyyət jurnalların,
qəzetlərin, kitabların
işıq üzü
görməsi deməkdir:
“Bizimlə əməkdaşlıq
xarici konfranslara səfərlərin reallaşması
deməkdir. Əməkdaşlığımız Azərbaycanın ən müxtəlif guşələrində keçirilən
çoxşaxəli konfranslar
deməkdir. Əməkdaşlığımız, eyni zamanda,
Azərbaycanın müxtəlif
bölgələrində məskunlaşan
millətlərin mədəniyyətlərinin
qorunmasına, təbliğinə
dəstək deməkdir.”
Görüşdə bir daha qeyd
olunub ki, xarici ölkələrin universitetlərində “Azərbaycan
multikulturalizmi” fənninin
tədrisi ölkəmiz
haqqında həqiqətlərin
təbliği missiyasını
yerinə yetirən diasporumuzun təkmilləşdirilməsinə
köməkdir. Həmin universitetlərin tələbələrinin
Azərbaycanın bölgələrində
“Yay məktəbləri”ni təşkil etməklə qarşıya
qoyduğumuz məqsədə
daha yüksək səviyyədə nail ola
bilərik.
Akademik Kamal Abdullayev çıxışında
bu fikri xüsusilə vurğulayıb
ki, Azərbaycan multikulturalizmi ölkəmizin
simasının əsas
cizgilərindən birinə
çevrilib. Bu, Azərbaycan
multikulturalizminin siyasi
banisi, ümummilli lider Heydər Əliyevin ən böyük arzularından
biri idi.
Görüşdə cari ilin fevral-aprel aylarında “Multikulturalizmə
giriş” və “Azərbaycan multikulturalizmi”
proqramları əsasında
təlimi uğurla başa vuran bir qrup müəllimə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
sertifikatları təqdim
olunub.
Sonda görkəmli
ziyalıları, media nümayəndələrini
maraqlandıran suallar cavanlandırılıb, onların
təklifləri dinlənilib.
Azərbaycan.-2015.-
15 may.- S. 12.