BAKI İDMAN SARAYI - köhnə ünvanın müasir modern siması

 

I Avropa Oyunlarına 27 gün qaldı

 

Azərbaycan Avropanın idman hərəkatına qızıl hərflərlə yazılacaq yeni bir tarixin astanasındadır. 27 gündən sonra dünyanın diqqət mərkəzinə çevriləcək ölkəmizdə beynəlxalq idman bayramı - I Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün yeni inşa olunan, yenidən qurulan müasir idman infrastrukturlarında görülən hazırlıq işləri yekunlaşmaq üzrədir. Demək olar ki, əksər idman obyektlərində işlər sona çatıb tamamlanma prosesi gedir. Tikilən yeni idman sarayları kompleksləri, aparılan yenidənqurma işləri onu deməyə əsas verir ki, Azərbaycan 6000 atletin iştirak edəcəyi bu beynəlxalq turnirdə öz idman potensialı ilə dünyaya səs salacaq Olimpiya ailəsinin böyük rəğbətini qazanacaq.

Son illərdə Azərbaycanın idman mənzərəsini səciyyələndirən əsas məqamlardan biri müasir infrastrukturun yaradılması ilə bağlıdır. Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Çünki ölkəmizdə yaradılan müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə keçirməyə imkan verir. Məhz bunun nəticəsidir ki, Avropanın tarixində birinci dəfə baş tutacaq möhtəşəm idman tədbiri ölkəmizə həvalə olunub. Oyunlara hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələr icra olunub, infrastruktur dəyişiklikləri edilib, müasir idman mərkəzlərinin yaradılması istiqamətində sürətlə aparılıb. Yenidən qurulan mərkəzlərdən biri Bakı İdman Sarayıdır (keçmiş Bakı Əl Oyunları Sarayı). Bu məqsədlə sözügedən idman obyektinə baş çəkib son tamamlanma işləri ilə tanış olduq.

Öncə qeyd edək ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı  qərardan sonra 2014-cü ilin yanvarından Dənizkənarı Milli Parkda yerləşən Bakı İdman Sarayında yenidənqurma işlərinə start verilmişdi. Obyektin müasir standartlara cavab verən idman kompleksi kimi fəaliyyət göstərməsi üçün təmir rekonstruksiya işlərinin yarışların başlamasına qədər tamamlanması nəzərdə tutulmuşdu.

Prezident İlham Əliyev aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün bu il 2 dəfə Bakı İdman Sarayına baş çəkib. Fevral ayının 3-də Bakı İdman Sarayında həyata keçirilən əsaslı yenidənqurma işlərinin gedişi ilə tanış olan dövlət başçısı xanımı, “Bakı 2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva aprel ayının 20-də binada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Tanışlıq zamanı bildirilib ki, binanın damı fasadı, işıqlandırma sistemi yenilənib, ətrafda geniş abadlıq-quruculuq yaşıllaşdırma işləri görülüb. Müasir tələblərə uyğun yenidən qurulan binada Olimpiya Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılıb.

Görülən yenidənqurma işləri ilə bağlı qəzetimizin əməkdaşına ətraflı məlumat verən Bakı İdman Sarayının əməliyyat meneceri Faiq Hüseynov bildirdi ki, 1974-cü ildə inşa edilən bina hazırda müasir tələblərə uyğun yenidən qurulub. Təmir işləri zamanı sarayın kontur xətlərinə toxunulmayıb. Yəni binanın sahəsi hündürlüyü olduğu kimi qalıb. Binada yeni fasad işıqlandırma sistemi quraşdırılıb. Bakı İdman Sarayında bir sıra yenidənqurma işləri aparılıb burada müəyyən yeniliklər diqqəti cəlb edir. Həmçinin binanın həm daxili, həm xariçi interyeri dəyişdirilib.

Əvvəllər zalın daxilində 2 lift var idisə, hazırda 6 müasir lift quraşdırılıb. Bununla da fiziki imkanları məhdud olan tamaşaçıların gələcəkdə paralimpiyaçı idmançıların binanın bütün sahələrindən tam istifadə edə bilmələrinə hərtərəfli imkan yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların yarışları rahat izləmələri üçün xüsusi yer ayrılıb. Bina transformator yarımstansiyası, generator qazanxana ilə tam təchiz edilib. Qaz, su, kanalizasiya, elektrik, rabitə fiberoptik internet xətləri yenilənib. Bakı İdman Sarayında idmançılar tamaşaçılar üçün tibb otaqları, kafe var. Media işçiləri üçün nəzərdə tutulmuş xüsusi konfrans otağı artıq fəaliyyətdədir. Bura  yoxlamadan keçirilib oyunlar üçün tam vəziyyətə gətirilib. Media nümayəndələri burada rahatlıqla Avropa Oyunlarında baş verənlər haqqında təmsil etdikləri qurumlara məlumat ötürə biləcəklər.

Həmsöhbətimiz deyir ki, Avropa Oyunları

 zamanı badminton stolüstü tennis yarışlarının keçiriləcəyi zalda 126 tennisçi 160 badmintonçu mübarizə aparacaq. Yarışlar 5 medal dəsti uğrunda gedəcək. Kişi qadın idmançılar əvvəlcə tək cüt olmaqla ayrılıqda, sonra isə cüt olmaqla qarışıq şəkildə yarışacaqlar. İyunun 13-dən 19-na kimi stolüstü tennis, 22-dən 28-dək isə badminton yarışları baş tutacaq. Bu oyunların keçirildiyi məkanlarda isə ən əsas şərtlərdən biri havalandırma sisteminin düzgün quraşdırılmasıdır: “Badminton tennis yarışlarının keçirildiyi məkanlarda əsasən havanın tennis şarlarının yüngüllüyünü nəzərə alaraq paralel bərabər paylanan havalandırma sistemi yaradılmalıdır. Beynəlxalq federasiyaların tələbləri nəzərə alınaraq burada xüsusi idarəetmə sistemi, hava axınını üfüqi istiqamətdə bərabər şəkildə tənzimləyən havalandırma sistemi artıq tam hazır vəziyyətdədir. Bundan başqa, burada püşkatma mətbuat zallarında, VIP otaqlarda, Avropa Oyunları Təşkilat Komitəsinin kabinetlərində digər yardımçı otaqlarda da yüksək standartlar nəzərə alınıb. Həmçinin fövqəladə hallar üçün müəyyən səs siqnalları, xüsusi göstərişlərin hamısı yoxlamadan keçirilib”.

Faiq Hüseynovun sözlərinə görə, zalda yenidənqurmadan sonra tamaşaçı tutumunun sayı da artırılıb. Belə ki, əvvəllər burada oturacaqların sayı 1100 idisə,  sonra artırılaraq 1736-ya çatdırılıb. Burada ən son texnologiyaya əsaslanan müasir tələblərə cavab verən xüsusi fasad müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılıb. Ən son təhlükəsizlik sistemi ilə təchiz olunan zalda xüsusi evakuasiya planı var. İstənilən gözlənilməz hadisə zamanı zalı tərk etmək üçün çıxışların sayı artırılıb.

Obyektdə test xarakterli yarışların keçirilməsi nəzərdə tutulub. May ayının 18-də həm badminton, həm stolüstü tennis yarışları ilə bağlı “sport test”ə start veriləcək. Mayın 19-20-də yarışlar keçiriləcək.

Sonda isə Faiq Hüseynov bildirdi ki, Bakı İdman Sarayı Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib burada keçiriləcək oyunlar üçün biletlər artıq satışdadır. Oyunlara biletləri istənilən bilet satış mərkəzlərindən əldə etmək mümkündür.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 16 may.- S. 1;6.