Daha bir tarix yazıldı
Məşəl Göygöl və
Gəncədə alovlandı
Göygöllülərin də maraqla, səbirsizliklə gözlənilən gün gəlib çatdı. I Avropa Oyunlarının məşəli mayın 15-də gözəlliklər məskəni Göygölə qədəm qoydu. Bu münasibətlə Bayraq meydanında keçirilən təntənəli mərasimə minlərlə adam yığışmışdı.
Məşhur Hacıkənd-Göygöl qoruğu yolunun üstündə, səfalı bir guşədə 50 metr yüksəkliyə qaldırılmış dövlət bayrağı rayonun hər yerindən görünür. Bayraq kompleksində geniş əraziyə malik gəzinti zolaqları yaradılıb. “Azərbaycan dövlətinin rəmzləri muzeyi” təşkil olunub. İşıqlı, yaraşıqlı zallarında ölkəmizin müxtəlif dövrlərindəki gerbləri, o cümlədən Nuxa, Yelizavetpol (Gəncə), Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzaları və Bakı quberniyasının bayraqları nümayiş etdirilir.
Rayonun fəal gənclərindən biri olan idman müəllimi Təhminə Əliyeva alqış sədaları altında alov məşəlini qəbul edir. Məşəlçilər sıraya düzülüblər. Namiq Məmmədov, Vüqar İbrahimov, Zamir Hüseynov, Günay Şırxanova,Vüqar Rzayev, Rail Abbaszadə, Rauf Rəhimov, Zərnirə Orucova, Ruslan Məhərrəmov və Təhminə Əliyeva müəyyən məsafədən bayrağı bir-birinə ötürə-ötürə mərkəzi meydana doğru gedirlər.
Yürüş karvanı alman kilsəsinin qabağında ayaq saxlayır. Yaşı 160-dan çox olan bir məbəddir. Xalqımızın tolerantlığından xəbər
verir. Qırx ildən çox
rayonun baş memarı işləmiş
Fikrət İsmayılovla
da söhbətimiz bu barədə oldu. O dedi ki, 1819-cu ildə alman
koloniyaları bu yerlərə pənah gətirib. O zaman bu yerlər xırda kəndlərdən,
obalardan ibarət idi. Uzaq elli qonaqlar həmin vaxtlarda yığcam bir şəhərin, indiki Göygölün təməlini
qoydular. 1854-cü ildə isə gördüyünüz bu
məbədin - Lüteran
kilsəsinin inşasına
başlayıblar. Almanlar illər
boyu burada yaşayıblar. Bir sıra məhsulların istehsalı ilə, xüsusən
üzümçülük və şərabçılıqla
məşğul olublar.
Onlar bizim adət-ənənələrə
də hörmətlə,
ehtiramla yanaşıblar.
Meliorator
İlqar Məhərrəmov
isə başqa bir faktı yada salıb dedi ki, 1928-ci ildə dağların qoynunda “Zurges” elektrik stansiyası tikilmişdi. O vaxtı adı dillərdə gəzən “Zurges” ətraf kəndləri işıqla, elektrik enerjisi ilə təmin edirdi. Göygöl həmişə
bu cür yeniliklərə, uğurlu
işlərə can atıb.
Tarixən belə olub,
indi də belədir. Prezident İlham Əliyevin
tapşırığı ilə Murovdağdan rayona içməli su xətti çəkilib.
İctimaiyyətin nümayəndələri ilə görüşdəki
çıxışı da
mənim yaxşı yadımdadır. Dövlət başçısı demişdi
ki, Göygöl rayonunda su təchizatı
həmişə böyük
problem olub. Bu problem artıq aradan qaldırılıb. İndi ölkəmizdə
ən təmiz və keyfiyyətli sulardan biri Göygölə
verilir. Şəhər içməli su
ilə təmin edilib. Bu su
kəmər boyu yerləşən yeddi kəndə verilir. Gələcəkdə başqa kəndlərin
su problemi də həll ediləcək. Bu, tarixi layihədir, tarixi nailiyyətdir.
Rayon ağsaqqallar şurasının
sədri Abdulla Qasımovun
da ürəyi dolu idi. O da həvəslə söhbətə
qoşulur: - Prezident İlham Əliyevin qayğısı və köməyi ilə Göygöl rayonu başdan-başa yenidən
qurulub. Küçələr abadlaşıb, səkilər
salınıb, işıq
sistemi təzələnib.
Yeddi yüz binanın dam örtüyü dəyişilib,
fasadları müasir üslubda təmir edilib. Aşıq Şəmşir, Hüseyn Cavid, Nəsimi, Məmməd Araz, Hacı Zeynalabdin Tağıyev küçələrinə və
başqa yerlərə
asfalt döşənib.
Bir neçə müəssisə
üçün inzibati
bina tikilib. Yüzlərlə fərdi
ev, məktəb,
uşaq bağçası
və mədəniyyət
evi inşa olunub. Şəhər aybaay, ilbəil
böyüyür, gözəlləşir,
qol-qanad açır.
Təkcə bir neçə
ay ərzində dörd
mühüm obyekt istifadəyə verilib.
Gənclər sarayı, uşaq
əyləncə mərkəzi,
yay kino teatrı, açıq idman meydançası.
Hansı
birini deyim. Hamısı
bir-birindən gözəl,
bir-birindən gərəkli.
Bütün bu uğurlar, eləcə də I Avropa Oyunlarının məhz
Azərbaycanda keçirilməsinin
özü də Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin
bəhrəsidir.
Mərkəzi meydana doğru yürüş başlanır. Yollar boyu rayon mərkəzinin, qəsəbə
və kəndlərin
sakinləri ilə yanaşı, gənc oğlan və qızlar, idmançılar,
ifaçılar düzülüblər.
Hamı sanki I Avropa Oyunlarına raport verməyə gəlib.
Təcrübəli idmançı Ruslan
Məhərrəmovla da
söhbətimiz oldu.
O, idman sahəsində
görülən işlərdən
danışdı. Qeyd etdi
ki, respublikanın hər yerində olduğu kimi, bu rayonda da
dövlətin qayğısı
və köməyi ilə idmanın inkişafı üçün
hər şərait yaradılıb. Gənclərin həvəsi böyük,
bazamız möhkəmdir.
Olimpiya idman kompleksi, mərkəzi şəhər
stadionu, Gənclər
sarayı, uşaq-gənclər
idman məktəbi, ayrı-ayrı qəsəbə
və kəndlərdə
yüzə yaxın sadə idman qurğusu gənclərin ixtiyarındadır.
Rayonda üç
min nəfərdən çox
oğlan və qız idmanın müxtəlif növləri
ilə məşğul
olur. Bədən tərbiyəsinin kütləviliyinə, bu işə qadınların-qızların
cəlb edilməsinə
xüsusi diqqət yetirilir. Qızlardan ibarət basketbol
komandası, taekvonda qrupu, atletiklər bölməsi fəaliyyət
göstərir. Göygölün basketbolçu qızları
bu yaxınlarda Sumqayıtda keçirilən
ölkə birinciliyində
üçüncü yerə
çıxıblar. I
Avropa Oyunları ölkənin hər yerində, eləcə də Göygöl rayonunda da idmanın
inkişafına güclü
təkan verəcəkdir.
Tələbə Bənövşə İbrahimova isə sevincini bizimlə belə bölüşdü:
- Çox şadam ki, mən bu
möhtəşəm tədbirlərdə
iştirak edirəm.
Biz hamımız tarixi
günlər yaşayırıq.
Avropa Oyunlarının rəmzi məşəli hamının
qəlbini iftixarla, qürur hissi ilə doldurur. Belə möhtəşəm Avropa
Oyunlarının ilk dəfə
məhz Azərbaycanda
keçirilməsinə yol
açan Prezident İlham Əliyevə ürəkdən minnətdarıq.
Müstəqil ölkəmiz
iqtisadiyyatın, tərəqqinin,
təhsilin, musiqinin hər
sahəsində dünya
miqyasında öz sözünü deyir. Əminik ki, Avropa Oyunları bu
yüksəliş, bu
tərəqqi yolunda yeni səhifələr açacaq.
Bayraqdarlar mərkəzi meydana daxil oldular. Tədbirə
yığılanlar məşəl
daşıyanları dönə-dönə
alqışladılar, idmançı
Novruz Rəhimov müqəddəs alovdan yandırılan çırağı
Avropa Oyunları başa çatana kimi saxlanılması üçün Heydər
Əliyev Muzeyinə verdi.
Əhməd
İSAYEV,
Azərbaycan.-2015.- 16 may.- S.7.