Nizami yurdu bayram sevincinə büründü

 

Məşəl Göygöl və Gəncədə alovlandı

 

Qədim Nizami yurdunda bütün bayramlar yüksək səviyyədə, özünəməxsus şəkildə qeyd edilir. Son dövrlər daha sürətli inkişaf dövrünü yaşayan qədim Gəncədə abadlıq-quruculuq işlərinin miqyası çox genişdir. Şəhərdə həyata keçirilən tədbirlər, gerçəkləşdirilən layihələr Nizami yurdunun görkəmini daha da müasirləşdirib. Görülən yenidənqurma, tikinti-quruculuq işlərində millilikmüasirlik başlıca meyar kimi götürülür. İnsanların yaşayış səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli sosial-infrastruktur layihələri icra olunur.

Gəncədə yaraşıqlı binalar çoxdur və bunların sırasında Heydər Əliyev Mərkəzinin özünəməxsus yeri var. Bu möhtəşəm bina memarlıq üslubu ilə hər kəsi heyran edir. Oyunların məşəlinin Gəncəyə daxilolma vaxtına qədər olan müddətdə bir daha baş çəkdiyimiz Heydər Əliyev Mərkəzi, Nizami Muzeyi, Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzi və digər möhtəşəm binalar Gəncənin gözəlliyini daha da artırır. Görülən işlərin nəticəsidir ki, Gəncə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edə bilirbu sahədə örnək olası təcrübəsi var. Böyük sənət korifeyləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin beynəlxalq miqyasda keçirilən yubileyləri, həmçinin festivallar, konfranslar bu qədim və müasir şəhərin inkişafından, tərəqqisindən xəbər verir.

Birinci Avropa Oyunlarının məşəlinin qarşılanmasını isə Gəncə özəl bir ovqatcoşqu ilə qeyd edir. Şəhər sakinləri məşəlin keçəcəyi marşrut üzrə yollar boyu düzülüblər. Həqiqətən qürurverici mənzərədir, tarixi məqamların başlanmağına az qalıb.  Tanınmış ziyalı, professor Həsənbala Sadıqovun ürək sözlərini dinləyirik:

-Bir Gəncə sakini kimi mənim də ürəyim qürurla doludur. Bölgələrimizi dolaşıb insanlara sevinc, fərəh duyğuları bəxş edən məşəl Gəncədən keçir. Şəhərimiz bu gözəl günə yüksək səviyyədə hazırlaşıb. Gəncə də daxil olmaqla bütün ölkəmiz bayram içindədir. Əlbəttə, mötəbər tədbirin müstəqil Azərbaycanda keçirilməsi üçün keşməkeşli bir yol qət edilib. İndiyədək Azərbaycanın bir çox beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq səviyyədə uğurlu çıxışı, idman infrastrukturunun müasir standartlara cavab verməsi, eləcə də sülhpərvərliyimiz və qonaqpərvərliyimiz də bu oyunların Bakıda keçirilməsini şərtləndirən amillər sırasındadır. Oyunlara hazırlıq üçün 7-8 il müddət nəzərdə tutulsa da, ölkəmiz iki il yarım müddətə bütün hazırlıq işlərinin öhdəsindən layiqincə gəldi. Buna görə ölkə Prezidenti İlham Əliyevə, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Məhz möhtərəm Prezidentin və ölkənin birinci xanımının qətiyyəti, iradəsi sayəsində Azərbaycan bu böyük sevinci yaşamağa nail ola bildi.

Bu da gözlənilən an: I Avropa Oyunlarının məşəli rəmzi qapıdan Nizami yurduna daxil olur.

Əməkdar məşqçi, “Şöhrət” ordenli Elçin Zeynalov I Avropa Oyunlarının məşəlini təhvil alır. Sonra estafetə uyğun olaraq sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov, cüdo üzrə Olimpiya üçüncüsü Mövlud Mirəliyev, kikboksing üzrə dünya çempionu Azər Aslanov, paraolimpiyaçılar arasında Avropa çempionatının mükafatçısı Əli Babacanov, respublika voleybol yığmasının üzvü Mətanət Lətifova, 2014-cü ildə sambo üzrə Avropadünya çempionu, I Avropa Oyunlarına vəsiqə qazanmış Amil Qasımov və digər məşəlçilər oyunların məşəlini daşıyacaqları 4 kilometr məsafə boyunca başları üzərinə qaldırırlar. Şəhərin mərkəzi meydanının yaxınlığından başlanan məşəl yürüşü Nizami Gəncəvi prospektindən keçərək alqış sədaları altında Heydər Əliyev Mərkəzinin qarşısına gətirilir. Burada isə oyunların sonunadək saxlanılmaq üçün çıraq yandırılır. 

Mərasim iştirakçılarından əməkdar məşqçi, “Şöhrət” ordenli Elçin Zeynalov təəssüratını bizimlə bölüşür. Veteran idmançı deyir: - Bu təntənə, bu sevinc hər bir Azərbaycan vətəndaşına yaraşır. Azərbaycan həm də güclü idman ölkəsidir. Gəncəli idmançılar ölkəmizin idman tarixinə önəmli töhfələr bəxş ediblər. 2015-ci ilin 3 ayı ərzində Gəncə idmançıları müxtəlif səviyyəli respublika, dünya, Avropa, beynəlxalq yarışlarda iştirak edərək 90 müxtəlif əyarlı medal, o  cümlədən 38 qızıl, 30 gümüş, 22 bürünc medal qazanmışlar. Ötən il isə idmançılarımızın qazandığı 142 qızıl, 73 gümüş, 104 bürünc medal Gəncə idmanının tərcümeyi-halına yazılmışdır. 2014-cü ilin yanvar ayının 21-də Prezident İlham Əliyevin Gəncəyə səfəri bir çox açılış mərasimləri ilə yadda qaldı. Elə həmin gün ölkə Prezidenti Gəncə Olimpiya Parkının təməlini qoydu. Gəncə bölgəsi üzrə idman yarışlarının keçirilməsi məqsədilə müasir tələblərə uyğun tikiləcək Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcəkdir. Universal salonda yarışların gedişini 1500 tamaşaçı izləyə biləcəkdir.

Gəncə Olimpiya Parkı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaqdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaqdır. Olimpiya Parkı son illərdə sürətlə inkişaf edən Gəncənin ümumi görünüşünə əlavə yaraşıq verəcəkdir.

Mədəniyyət işçisi Bəxtiyar Muradovun da ürəyi doludur: - I Avropa Oyunlarının keçirilməsi həm də ölkəmizə gələn turistlərin sayını artırır. Əlbəttə, ölkəmizin kifayət qədər füsunkar məkanları, zəngin muzeyləri, tarixə şahidlik edən abidələri var. Bu baxımdan Gəncə də öz təbiəti, yerləşdiyi məkan, eyni zamanda son illər aparılan genişmiqyaslı quruculuğu ilə turistlərin marağına səbəb olur. Təkcə bir il ərzində Prezident İlham Əliyev tərəfindən açılışı edilən muzeylərimiz-Heydər Əliyev Mərkəzi və Park-Kompleksi, Nizami Gəncəvi və Məhsəti Gəncəvi muzeyləri, Müasir İncəsənət Muzeyi, Qala Qapıları ArxeologiyaEtnoqrafiya Abidə-Kompleksi yalnız memarlığına görə deyil, həm də mötəbər və zəngin eksponatları ilə diqqəti cəlb edir. Bu günə kimi həmin muzeyləri 10 minlərlə  tamaşaçı ziyarət edib.

Şəhərimizə gələn turistlər həm də Gəncənin saf ab-havasına da heyranlıqlarını bildirirlər. Təkcə son bir ildə əkilən 1 milyon ağac, bəzək kolu, gül-çiçəklə süslənən Gəncə, sözün həqiqi mənasında, təkrarsız gözəlliyə sahib olub. Bu gün bu gözəl bayrama yığılan hər hansı sakinə yaxınlaşsan, respublikamız, şəhərimiz haqqında o qədər xoş sözlər eşidərsən ki, qəlbin qürur hissi ilə dolar.       

Mərasim iştirakçılarından elm üzrə Prezident mükafatçısı  Elnur Həsənov, təqaüdçü Rum Arıxov və digərləri də I Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyduqlarını, yarışlarda iştirak edəcək təmsilçilərimizdən medallar gözlədiklərini söyləyirlər.  Axşam isə Gəncə alov festivalının işığına bürünür.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2015.- 16 may.-  S.7.