Bakıda II Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilib

 

Mayın 15-də Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə II Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, turizm, konsaltinq, neft- kimya, səhiyyə sahələrində fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrimizin müxtəlif sahələrdə uğurla davam etdiyini vurğulayıb. Biznes forumun adamları arasında maraqla qarşılandığını qeyd edən Şahin Mustafayev belə tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə və ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib. Qeyd olunub ki, növbəti biznes forum noyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək. İkitərəfli əlaqələrimizin möhkəm müqavilə-hüquq bazası mövcuddur və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş, ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya və digər sənədlər iqtisadi sahədə əlaqələrin inkişafında əhəmiyyətlidir. Hüquqi bazanın genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İkitərəfli ticarət əlaqələri iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olduğunu qeyd edən Şahin Mustafayev ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensialın olduğunu, bu sahədə əlaqələrin daha da inkişafı üçün hər iki tərəfin səylərini artırmalı olduğunu bildirib. Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarına toxunaraq, sənaye, kənd təsərrüfatı, investisiya, İKT sahəsində əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin siyasimakroiqtisadi baxımdan sabit ölkə, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, etibarlı tərəfdaş olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiə Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, səfər zamanı ölkəmizdəki sosial-iqtisadi inkişafın şahidi olduqlarını vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Səudiyyə Ərəbistanına səfərinin, Müştərək Komissiyanın fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verdiyi bildirilib. Qeyd olunub ki, hər iki ölkə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən Tofiq Bin Fauzan Ər-Rəbiə adamlarını fəal əməkdaşlığa dəvət edib.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühitibiznes imkanlarına, Səudiyyə Ərəbistanı Palatalar Şurasının sədri Abdul Rahman Al-Zamil, Sənaye qruplarının təkmilləşdirilməsi haqqında Səudiyyə Ərəbistanı Milli Sənaye Qrupunun vitse-prezidenti Abdulmajeed Al Maymoon ölkəsinin iqtisadiyyatına, investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf qurumun fəaliyyətinə, “Saudi Export” təşkilatının biznes inkişafı üzrə direktoru Bassam Alauja təşkilatın fəaliyyətinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyətinə, Səudiyyə İnkişaf Fondunun nümayəndəsi Saleh Abdullah Aladdad fondun işinə, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələri üzrə baş direktoru Samir Tağıyev korporasiyanın fəaliyyətinə dair çıxış ediblər.

Biznes forum adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin rəhbərlik etdiyi rəsmi şəxslərdən və adamlarından ibarət nümayəndə heyəti səfər çərçivəsində bir sıra müəssisələrdə də olacaqdır.

 

Azərbaycan.-2015.- 16 may.-  S.9.