Səngəçal neft terminalı ilə tanışlıq

 

Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın 15-də Səngəçal neft terminalı ilə tanış olub.

Əvvəlcə Vyetnamın Prezidenti 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın Baş naziri Antonis Samaras, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Albaniyanın energetika naziri Damian Giknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun Baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən imzalanan və “Cənub” qaz dəhlizinin təməlinə qoyulacaq ilk boru ilə tanış olub. Ali qonağa Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya nəqlini nəzərdə tutan “Cənub” qaz dəhlizi, terminal və Xəzər Enerji Mərkəzi, həmçinin Azərbaycanın neft və qaz hasilatının tarixi barədə ətraflı məlumat verildi.

 

Daha sonra Vyetnamın Prezidenti Səngəçal terminalının ərazisini avtobusla gəzdi. Məlumat verildi ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. “Azəri-Çıraq-Günəşli” yatağından ötürülən neft və “Şahdəniz”dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon barreldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barrel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir.

 

Bundan əlavə, terminal Qazaxıstan Türkmənistan neftini qəbul edir.İlkin Neft LayihəsiSəngəçal Terminalının Genişləndirilməsi Proqramınəticəsində terminalda hər birinin həcmi 25 min 500 kubmetr olan ildə 6 milyon tondan çox xam nefti emal etmək, saxlamaq ixrac etmək iqtidarında olan 4 çən yerləşir. Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir.

 

Qeyd edilib ki, terminalın işçi heyətində milli kadrların daha geniş təmsil olunmaları ilə bağlı da ardıcıl aparılır. Artıqİlkin Neft Layihəsi”ndə çalışanların hamısı azərbaycanlı kadrlardır.

 

Vurğulanıb ki, Səngəçal terminalı öz neft qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirir.

 

Ali qonağa terminaldakı texnoloji proseslər, o cümlədənŞahdəniz Mərhələ 2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri çərçivəsində görülən işlər, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin ilk nefti qəbul edən birinci nasos stansiyası barədə ətraflı məlumat verilib.

 

Azərbaycan.-2015.- 16 may.-  S.9.