Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi (bundan sonra - Komitə) dövlət əmlakının
idarə edilməsi, onun özəlləşdirilməsi, bu
sahəyə investisiyaların cəlb olunması,
daşınmaz əmlakın dövlət reyestrinin
aparılması, daşınmaz əmlakın vahid dövlət
kadastrının aparılması, ünvan reyestrinin
aparılması, dövlət torpaq kadastrı, yerquruluşu,
torpaqların dövlət idarəetməsinin təşkili,
torpaqlardan istifadəyə və onların mühafizəsinə
nəzarət, torpaq bazarının təşkili sahəsində
(bundan sonra - müvafiq sahədə) dövlət siyasətini
və tənzimlənməsini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanıdır.
1.2. Komitə
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının
qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri
və bu Əsasnaməni rəhbər tutur.
1.3. Komitə
öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən Azərbaycan
Respublikasının mərkəzi və yerli icra hakimiyyəti
orqanları, yerli özünüidarəetmə orqanları,
habelə beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə, digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4. Komitə
müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında
olan dövlət əmlakına, xəzinə və bank
hesablarına, üzərində Azərbaycan Respublikası
Dövlət gerbinin təsviri və öz adı həkk
olunmuş möhürə, müvafiq ştamplara və
blanklara malikdir.
1.5. Komitənin
saxlanma xərcləri və fəaliyyəti Azərbaycan
Respublikasının dövlət büdcəsi və
qanunvericilikdə nəzərdə tutulan digər mənbələr
hesabına maliyyələşdirilir.
1.6. Komitə
Bakı şəhərində yerləşir.
2. Komitənin
fəaliyyət istiqamətləri
2.0. Komitənin
fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1.
müvafiq sahədə dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir və bu siyasətin
həyata keçirilməsini təmin edir;
2.0.2.
müvafiq sahənin inkişafını təmin edir;
2.0.3.
müvafiq sahədə normayaratma fəaliyyətini həyata
keçirir;
2.0.4. Azərbaycan
Respublikasının əra
zisində
və xarici ölkələrdə yerləşən dövlət
əmlakını idarə edir və onun barəsində sərəncam
verir, dövlət əmlakının idarə edilməsinin səmərəliliyini
artırmaq məqsədilə tədbirlər görür;
2.0.5.
dövlət əmlakının, o cümlədən dövlət
mənzil fondunun və torpaqlarının özəlləşdirilməsini
həyata keçirir;
2.0.6.
dövlət əmlakının və onun barəsində
bağlanmış əqdlərin qeydiyyatını aparır,
dövlət əmlakının
inventarlaşdırılmasını təşkil edir;
2.0.7.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrinə investisiyaların
cəlb olunmasını təmin edir, özəlləşdiriləcək
dövlət müəssisələrinin dövlətsizləşdirilməyə
hazırlanması və sağlamlaşdırılması sahəsində
tədbirlər görür;
2.0.8.
özəlləşdirilmiş müəssisələrin
inkişafına dəstək verir və onların fəaliyyətinin
stimullaşdırılması sahəsində müvafiq tədbirlərin
həyata keçirilməsini təmin edir, dövlət müəssisələri
özəlləşdirildikdən sonra onların yeni
mülkiyyətçiləri tərəfindən həmin
müəssisələrə investisiya qoyuluşu üzərində
nəzarəti təmin edir;
2.0.9.
daşınmaz əmlakın dövlət reyestrini tərtib
edir və aparır, daşınmaz əmlaka mülkiyyət və
digər əşya hüquqlarının dövlət
qeydiyyatını həyata keçirir;
2.0.10.
daşınmaz əmlakın vahid dövlət
kadastrının, dövlət torpaq kadastrının və
onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini
və aparılmasını həyata keçirir;
2.0.11.
ünvan reyestrinin aparılmasını həyata keçirir,
daşınmaz əmlak obyektlərinə ünvan verilməsini
təmin edir;
2.0.12.
daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin
inventarlaşdırılmasının aparılmasını və
texniki sənədlərin, torpaq sahələrinin planı və
ölçüsünün tərtib edilməsini təmin
edir;
2.0.13.
daşınmaz əmlakın, o cümlədən
torpaqların, tikililərin, binaların, qurğuların,
yaşayış və qeyri-yaşayış sahələrinin,
yaşayış və bağ evlərinin, habelə müəssisələrin
qiymətləndirilməsini təşkil edir;
2.0.14.
dövlət torpaq kadastrı, torpaqların monitorinqi və
yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və
onların mühafizəsinə dövlət nəzarətini
həyata keçirir, torpaqların münbitliyinin təmin
olunmasına (münbitliyin bərpasına və
artırılmasına nəzarət istisna olmaqla) dövlət
nəzarətinin həyata keçirilməsində iştirak
edir;
2.0.15.
torpaq bazarının təşkili istiqamətində tədbirlər
görür;
2.0.16.
torpaq münasibətlərinin nizama salınması və
torpaqdan səmərəli istifadə olunması məsələlərinin
həlli məqsədilə yerquruluşu işlərini təşkil
edir və həyata keçirir;
2.0.17.
daşınmaz əmlak üzərində hüquqların
dövlət qeydiyyatının və daşınmaz əmlakın
dövlət reyestrinin, daşınmaz əmlakın vahid
dövlət kadastrının və torpaq kadastrının,
yerquruluşu işlərinin aparılması məqsədləri
üçün xüsusi (sahəvi) təyinatlı geodeziya
işlərini təşkil edir, yerinə yetirir və bu sahədə
dövlət nəzarətini həyata keçirir;
2.0.18. ərazi
vahidlərinin, inzibati ərazi dairələrinin və sahə
inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən
edilməsi işlərini yerinə yetirir və xəritələrini
hazırlayır;
2.0.19. bələdiyyələrin
elektron daşıyıcıda və kağız üzərində
hazırlanmış xəritələrini, habelə rübdə
bir dəfə bələdiyyələrin hüdudları
daxilində dövlət, bələdiyyə və xüsusi
mülkiyyətdə olan torpaq sahələrində baş
vermiş dəyişikliklər barədə
arayışı Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına təqdim edir.
3. Komitənin
vəzifələri
3.0. Komitə
bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq aşağıdakı
vəzifələri yerinə yetirir:
3.0.1.
müvafiq sahədə normayaratma fəaliyyətindən irəli
gələn vəzifələri həyata keçirmək;
3.0.2.
müvafiq sahədə dövlət proqramlarının və
inkişaf konsepsiyalarının həyata keçirilməsini
təmin etmək;
3.0.3.
dövlət əmlakının idarə edilməsi və
özəlləşdirilməsi ilə bağlı icra
hakimiyyəti orqanlarının, dövlət müəssisə
və təşkilatlarının fəaliyyətini əlaqələndirmək;
3.0.4.
strukturuna daxil olan qurum vasitəsilə dövlət, bələdiyyə
və xüsusi mülkiyyətdə olan bütün
kateqoriyalı torpaqların elektron uçotunun
aparılması və xəritələşdirilməsi yolu
ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya
sistemini və məlumat bankını yaratmaq;
3.0.5.
dövlət əmlakının özəlləşdirilməsini
həyata keçirmək və dövlət əmlakının
alıcıları ilə bağlanmış alqı-satqı
müqavilələrinin şərtlərinə riayət edilməsinə
nəzarət etmək;
3.0.6.
aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə
birlikdə fəaliyyət istiqamətləri üzrə məqsədli
proqramların hazırlanmasını və həyata
keçirilməsini təşkil etmək;
3.0.7. qiymətli
kağızlar bazarının formalaşdırılması
üzrə təkliflərin hazırlanmasında iştirak etmək;
3.0.8.
sosial sahələrin inkişafına dövlət köməyi
mexanizmlərinin hazırlanmasında, mənzil-kommunal təsərrüfatında
islahatların, infrastruktur layihələrinin istiqamətlərinin
müəyyənləşdirilməsində və həyata
keçirilməsində iştirak etmək;
3.0.9.
dövlət əmlakı barəsində sərəncam vermək,
dövlət əmlakının idarə edilməsinə və
ondan səmərəli istifadə olunmasına nəzarət
etmək, bu məqsədlə tabeliyindən və sahə mənsubiyyətindən
asılı olmayaraq dövlət müəssisələrində,
nizamnamə kapitalında dövlətin payı olan hüquqi
şəxslərdə monitorinq və araşdırmalar
aparmaq;
3.0.10. əsas
fondların təzələnməsi, yenidən qiymətləndirilməsi,
amortizasiya normalarının hazırlanması ilə əlaqədar
təkliflər vermək və onların tətbiq edilməsində
iştirak etmək;
3.0.11.
dövlət əmlakının mühafizəsinə və
qorunub saxlanılmasına nəzarəti həyata keçirmək,
dövlət müəssisə və təşkilatları tərəfindən
dövlət əmlakının inventar siyahılarının
tərtib olunmasını təşkil etmək,
daşınmaz dövlət əmlakının təyinatının
dəyişdirilməsinə razılıq vermək;
3.0.12.
dövlət əmlakından istifadə olunması barədə
aidiyyəti dövlət orqanları ilə birlikdə statistik
hesabat formalarını hazırlamaq, əmlakın inventar
siyahıları, habelə əmlakdan istifadə barədə
hesabatlar əsasında dövlət əmlakından təyinatı
üzrə səmərəli istifadə olunması vəziyyətini
təhlil etmək, bu sahədə müvafiq qanunvericiliyi pozan
müəssisə və təşkilatların rəhbərliyinin
hərəkətləri barədə məlumatları aidiyyəti
dövlət orqanlarına təqdim etmək;
3.0.13.
dövlət əmlakının registrinin
aparılmasını təşkil etmək, bu məqsədlə
mərkəzi və yerli icra hakimiyyəti orqanlarından,
dövlət təşkilatlarından zəruri məlumatlar
almaq, bu sahədə qanunvericiliyi pozan vəzifəli şəxsləri
müəyyən edilmiş qaydada məsuliyyətə cəlb
etmək;
3.0.14.
daşınmaz dövlət əmlakını icarəyə və
istifadəyə vermək, bu məqsədlə
bağlanmış əqdlərin qeydiyyatını aparmaq,
icarə haqlarının müəyyən edilməsi ilə
bağlı təkliflər hazırlayıb aidiyyəti
üzrə təqdim etmək, daşınar dövlət əmlakının
icarəyə və istifadəyə verilməsinə dair
razılıq vermək və bu sahədə nəzarəti həyata
keçirmək;
3.0.15.
strukturuna daxil olan qurum vasitəsilə dövlət müəssisə,
idarə və təşkilatlarının istifadəsində
olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi
və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş,
özəlləşdirilən dövlət müəssisə
və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər
tərəfindən inşa edilmiş müəssisə və
obyektlərin yerləşdiyi dövlət torpaqlarını
icarəyə və istifadəyə vermək, bu məqsədlə
bağlanmış əqdlərin qeydiyyatını aparmaq,
icarə haqlarının müəyyən edilməsi ilə bağlı
təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim
etmək, digər dövlət torpaqlarının icarəyə
və istifadəyə verilməsinə rəy vermək;
3.0.16.
dövlət mülkiyyətində olan qeyri-yaşayış
sahələrindən səmərəli istifadə
olunmasına nəzarət etmək və dövlət təşkilatlarının
yerləşdirilməsi barədə təkliflər vermək;
3.0.17.
dövlət əmlakının girov qoyulmasına
razılıq vermək və bu barədə əqdlərin
qeydiyyatını aparmaq, habelə nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərə məxsus
obyektlərin (əsas vəsaitlərin) girov qoyulmasına
razılıq vermək;
3.0.18.
dövlət əmlakının satıcısı səlahiyyətlərini
həyata keçirmək, nizamnamə kapitalında dövlətin
payı olan hüquqi şəxslərə məxsus obyektlərin
(əsas vəsaitlərin) satılmasına razılıq vermək;
3.0.19.
tabeliyindən və sahə mənsubiyyətindən
asılı olmayaraq, dövlət mülkiyyətində olan,
habelə nizamnamə kapitalında dövlətin payı olan
hüquqi şəxslərə məxsus obyektlərin (əsas
vəsaitlərin) balansdan balansa verilməsinə
razılıq və silinməsinə dair rəy vermək;
3.0.20.
dövlət müəssisələrinin və nizamnamə
kapitalında dövlətin payı olan hüquqi şəxslərin
təsisçisi və iştirakçısı kimi
çıxış etmək, dövlət təşkilatları
tərəfindən dövlət müəssisələrinin
(o cümlədən onların filial və nümayəndəliklərinin)
yaradılmasına, yenidən təşkilinə, ləğv
olunmasına və təşkilati-hüquqi formasından
asılı olmayaraq, hüquqi şəxslərin
yaradılmasında dövlət əmlakının pay şəklində
qoyuluşuna razılıq vermək;
3.0.21. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən
edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyəti əsasında
yaradılan və ya səhmləri (payları) dövlətə
məxsus olan müəssisələrin idarə edilməsini təşkil
etmək, fəaliyyət istiqamətləri üzrə həmin
müəssisələrin rəhbərlərini təyin etmək
və ya təyin edilməsi ilə bağlı təqdimat vermək,
onlarla əmək müqavilələri bağlamaq;
3.0.22.
dövlət müəssisələrinin nizamnamələrini
təsdiq etmək və nizamnamə kapitalında dövlətə
məxsus payın (səhmlərin) miqdarı 20 faiz və ondan
artıq olan hüquqi şəxslərin nizamnamələrinin
təsdiq edilməsinə razılıq vermək;
3.0.23.
birgə müəssisələrdə dövlətə məxsus
payın (səhmlərin) miqdarının dəyişdirilməsinə
razılıq vermək və həmin paydan səmərəli
istifadə edilməsinə nəzarəti həyata keçirmək;
3.0.24. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən
edilmiş hallar istisna olmaqla, müəssisələrin nizamnamə
kapitalında dövlətə məxsus payların (səhmlərin)
saxlanılmasını və idarə olunmasını təmin
etmək, onlardan səmərəli istifadəyə nəzarəti
həyata keçirmək, o cümlədən idarəetmə
məqsədilə payları (səhmləri) hüquqi və
ya fiziki şəxslərə vermək;
3.0.25.
dövlət müəssisələrinin, dövlət əmlakının
(obyektlərinin) və hüquqi şəxslərin nizamnamə
kapitalında dövlətə məxsus səhmlərin
(payların) idarəetməyə verilməsi barədə təkliflər
vermək, bununla bağlı müsabiqələr təşkil
etmək, müqavilələr bağlamaq və həmin
müqavilələrin icrasına nəzarəti həyata
keçirmək;
3.0.26.
dövlət müəssisələrinin və nizamnamə
kapitalında dövlətin payı olan ödəniş
qabiliyyəti olmayan müəssisələrin fəaliyyətini,
maliyyə vəziyyətini təhlil edib rəy vermək,
özəlləşdirilən müəssisə və obyektlərin
müflisləşmə prosedurunu həyata keçirmək;
3.0.27.
müflis elan olunmuş dövlət müəssisələrinin
əmlakının və nizamnamə kapitalında dövlətin
payı olan hüquqi şəxslərin dövlətə məxsus
əmlakının satışını təşkil etmək;
3.0.28.
dövlət əmlakının bələdiyyə mülkiyyətinə
verilməsi barədə təqdimat vermək və qəbul
olunmuş qərar əsasında əmlakın bələdiyyə
mülkiyyətinə verilməsini həyata keçirmək;
3.0.29. Azərbaycan
Respublikasının adından əmlakın
alınmasını və satılmasını təşkil
etmək;
3.0.30.
dövlət əmlakı barəsində bağlanmış əqdlər
Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə,
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müəyyən edilmiş hallar istisna olmaqla, həmin əqdlərlə
bağlı məhkəmədə iddia qaldırmaq, dövlət
mülkiyyətində olan, habelə nizamnamə kapitalında
dövlətin payı olan hüquqi şəxslərlə
bağlı məhkəmə mübahisələrində
dövlətin mənafeyini təmsil etmək;
3.0.31.
dövlət və özəlləşdirilən müəssisələrə
məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin
zəbt olunması və qanunazidd formada istifadə olunması
hallarının qarşısını almaq üçün
tədbirlər görmək, bu məqsədlə aidiyyəti
orqanlara məlumat vermək, o cümlədən məhkəmə
qarşısında iddia qaldırmaq;
3.0.32.
mülkiyyət hüquqlarının qorunması məqsədilə
Azərbaycan Respublikasını xarici ölkələrin
müvafiq orqanlarında təmsil etmək;
3.0.33.
dövlət əmlakının idarə olunması və
özəlləşdirilməsi ilə əlaqədar
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafının təhlilində,
proqnozlaşdırılmasında və perspektiv inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsində,
müvafiq inkişaf proqramlarının hazırlanmasında və
həyata keçirilməsində iştirak etmək;
3.0.34.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrində və özəlləşdirmə
prosesində olan müəssisələrdə rəqabətədavamlı
malların istehsalı üçün lazımi tədbirlər
həyata keçirmək, dövlət müəssisələrinin
mövcud vəziyyətini, inkişaf meyillərini və
özəlləşdirilməsi imkanlarını təhlil etmək
və təkliflər hazırlayıb aidiyyəti üzrə
təqdim etmək;
3.0.35.
dövlət əmlakının müvafiq üsullarla özəlləşdirilməsi
barədə qərar qəbul etmək və özəlləşdirilməsini
həyata keçirmək;
3.0.36.
dövlət əmlakının özəlləşdirilməsi
prosesini ictimai nəzarət və şəffaflıq prinsipləri
əsasında həyata keçirmək;
3.0.37.
özəlləşdirilməsi barədə qərar qəbul
edilmiş dövlət müəssisələrinin
restrukturizasiyasını və özəlləşdirməqabağı
sağlamlaşdırılması tədbirlərini həyata
keçirmək;
3.0.38.
özəlləşdirilməsi barədə qərar qəbul
edilmiş dövlət müəssisə və obyektlərinin
əmlakının, birgə müəssisələrin nizamnamə
kapitalındakı dövlətin payının, dövlət əmlakının
ilkin (start) satış qiymətini müəyyən etmək,
bu məqsədlə məsləhətçilər və
müstəqil qiymətləndiricilər cəlb etmək;
3.0.39.
strukturuna daxil olan qurum vasitəsilə özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin, fiziki və
hüquqi şəxslər tərəfindən inşa
edilmiş müəssisə və obyektlərin yerləşdiyi
dövlət torpaq sahələrinin qiymətləndirilməsini
və satışını həyata keçirmək;
3.0.40.
dövlət müəssisə və təşkilatlarının
tərkibindən onların hər hansı bölməsinin
(bina, tikili, qurğu və digər əmlakın)
çıxarılmasını və ayrıca özəlləşdirilməsini
həyata keçirmək, habelə dövlət
orqanlarının, dövlət büdcəsindən maliyyələşən
təşkilatların, dövlət müəssisələrinin
və dövlət təsərrüfat cəmiyyətlərinin
fəaliyyəti üçün lazım olmayan və
yararsız olan əmlakını onların müraciətləri
əsasında sərəncama götürmək;
3.0.41.
özəlləşdirilən müəssisə və obyektlərə,
habelə ləğv olunan dövlət təşkilatlarına
və müəssisələrinə məxsus olmuş sosial-mədəni,
kommunal-məişət, mülki müdafiə, səfərbərlik
təyinatlı obyektlərin və özəlləşdirilməsi
nəzərdə tutulmayan digər əmlakın aidiyyəti
üzrə balansdan balansa verilməsi barədə təkliflər
vermək və qəbul olunmuş qərar əsasında əmlakın
balansdan balansa verilməsinə nəzarəti həyata
keçirmək;
3.0.42.
dövlət əmlakının özəlləşdirilməsinə
dair alqı-satqı və girov müqavilələri
bağlamaq, onların qeydiyyatını aparmaq və
icrasını təmin etmək;
3.0.43.
dövlət müəssisə və obyektlərinin investisiya
müsabiqələri vasitəsilə özəlləşdirilməsini
təşkil etmək, bu barədə müqavilələr
bağlamaq və həmin müqavilələrin icrasına nəzarəti
həyata keçirmək;
3.0.44.
dövlət əmlakının özəlləşdirilməyə
hazırlanması, qiymətləndirilməsi və
satışı prosesinə maliyyə məsləhətçilərini
cəlb etmək və onlarla müqavilələr bağlamaq;
3.0.45.
dövlət müəssisələrinin səhmdar cəmiyyətinə
çevrilməsi barədə qərar qəbul etmək və
təsisçi qismində çıxış etmək,
onların dövlət qeydiyyatına alınmasını və
özəlləşdirilməsini təmin etmək, səhmdar
cəmiyyətlərinin və nizamnamə kapitalında
dövlətin payı olan birgə müəssisələrin
idarəetmə orqanlarında dövlətin nümayəndəsini
təyin etmək;
3.0.46.
dövlət əmlakının özəlləşdirilməsi
prosesində təsis olunmuş və tam özəlləşdirilməmiş
səhmdar cəmiyyətlərinə məxsus daşınar və
daşınmaz əmlakın satılmasına, icarəyə
verilməsinə, digər qaydada özgəninkiləşdirilməsinə
razılıq vermək;
3.0.47. səhmlərinin
tamamilə və ya nəzarət zərfinin dövlət
mülkiyyətində saxlanılması barədə qərar
qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus
daşınmaz əmlakı icarəyə vermək,
daşınar əmlakın icarəyə verilməsinə
razılıq vermək və bu sahədə nəzarəti həyata
keçirmək;
3.0.48.
birgə müəssisələrin nizamnamə
kapitalındakı dövlətin payının özəlləşdirilməsinə
dair əqdlər bağlamaq və alıcılara həmin
payın satılmasına dair şəhadətnamələr
vermək;
3.0.49.
dövlət əmlakının özəlləşdirilməsindən,
icarəyə verilməsindən və onun barəsində həyata
keçirilən digər əməliyyatlardan əldə edilən
vəsaitin statistik və mühasibat hesabatlarını aparmaq,
həmin vəsaitin dövlət büdcəsinə daxil
olmasını təmin etmək;
3.0.50.
dövlət əmlakının özəlləşdirilməsindən
daxil olan vəsaitdən ayırmaları dövlət əmlakının
özəlləşdirilməsində müstəqil maliyyə
məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə
ilə bağlı informasiya təminatının təşkili
və müəssisələrin özəlləşdirmə
qabağı sağlamlaşdırılması, özəlləşdirmədən
sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi
tədbirlərinin maliyyələşdirilməsi, dövlət
əmlakının qorunub saxlanılması və mühafizəsi,
mülkiyyət hüquqlarının qorunması ilə
bağlı Azərbaycan Respublikasını xarici ölkələrin
müvafiq orqanlarında, habelə məhkəmə
orqanlarında təmsiletmə xərclərinin ödənilməsi
məqsədilə istifadə etmək;
3.0.51. fəaliyyət
istiqamətlərinə aid sahələrdə təsdiq
edilmiş dövlət proqramlarının icrası barədə
müəyyən olunmuş qaydada hesabat vermək;
3.0.52. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin həyata keçirilməsini
fəaliyyət istiqamətləri üzrə təmin etmək;
3.0.53.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələri və onların özəlləşdirilməsi
ilə bağlı məsələlərin icrası ilə əlaqədar
beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq
etmək, onların, habelə xarici ölkələrin
müvafiq qurumlarının keçirdiyi tədbirlərdə
iştirak etmək;
3.0.54.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrinə, habelə
onların özəlləşdirilməsi ilə bağlı
həmin müəssisələrə xarici investisiyaların cəlb
olunması strategiyasını müəyyənləşdirmək
və həyata keçirmək;
3.0.55.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrinə, o cümlədən
onların özəlləşdirilməsi ilə bağlı
həmin müəssisələrə investisiyaların cəlb
edilməsi məqsədilə tədbirlər həyata
keçirmək, bu məsələlərlə əlaqədar
investisiya layihələrinin (proqramlarının) iqtisadi səmərəliliyi
və məqsədəuyğunluğu barədə rəy
vermək, özəlləşdirməyə açıq elan
edilmiş dövlət müəssisələrinə və
onların özəlləşdirilməsi ilə bağlı
həmin müəssisələrə investisiyaların cəlb
edilməsi sahəsində bağlanılmış müqavilələrin
icrası zamanı dövlət mənafelərinin
qorunmasına nəzarəti həyata keçirmək;
3.0.56.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrinə, o cümlədən
onların özəlləşdirilməsi ilə bağlı
beynəlxalq maliyyə-iqtisadi təşkilatlar və xarici
dövlətlər tərəfindən həmin müəssisələrə
verilən kreditlərdən istifadə məqsədilə
aidiyyəti nazirlik, komitə və təşkilatlar cəlb
olunmaqla investisiya layihələrinin müsabiqələrini təşkil
etmək;
3.0.57.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrinə, o cümlədən
onların özəlləşdirilməsi ilə bağlı
həmin müəssisələrə verilən maliyyə və
texniki yardımların əlaqələndirilməsində, həmin
məsələlərlə əlaqədar verilmiş xarici
kreditlərdən (yardımlardan) məqsədli və səmərəli
istifadə olunmasına nəzarəti həyata keçirmək;
3.0.58.
dövlət müəssisələrinin özəlləşdirməqabağı
və özəlləşdirilmiş müəssisələrin
investisiya qoyuluşu imkanları haqqında məlumat bankı
yaratmaq, potensial investorlar arasında həmin müəssisələrin
imkanları ilə bağlı zəruri məlumatların
yayılmasını təşkil etmək;
3.0.59.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələri üzrə, o cümlədən
onların özəlləşdirilməsi ilə bağlı
investisiya layihələrinin hazırlanması və həyata
keçirilməsi sahəsində tədbirlər həyata
keçirmək, dövlət əmlakının özəlləşdirilməsinin,
özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin
dəstəklənməsi məqsədilə xüsusi əhəmiyyət
kəsb edən investisiya layihələrinin icrasını təmin
etmək üçün təkliflər hazırlamaq və təqdim
etmək;
3.0.60.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrinə, o cümlədən
onların özəlləşdirilməsi ilə bağlı
investisiya qoyuluşuna dair təkliflərin ekspertizasını
həyata keçirmək;
3.0.61.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrinə investisiya
qoyuluşu və onların özəlləşdirilməsi ilə
bağlı xarici investorlarla danışıqlarda dövləti
təmsil etmək, dövlət və özəlləşdirilmiş
müəssisələrin investisiya qoyuluşu sahəsində
qanuni mənafelərini müdafiə etmək;
3.0.62. Azərbaycan
Respublikasında xarici investisiyalı müəssisələrin
uçotunu aparmaq, bu sahədə mövcud olan problemlərin
aşkar edilməsini və onların aradan
qaldırılmasını təmin etmək məqsədilə
təhlil aparmaq və tədbirlər həyata keçirmək;
3.0.63.
özəlləşdirilmiş dövlət müəssisələrinin
səmərəli fəaliyyət göstərməsi
üçün əlverişli mühitin yaradılması,
investisiya mühitinin yaxşılaşdırılması və
investisiyaların stimullaşdırılması ilə
bağlı təkliflər hazırlamaq və tədbirlər
həyata keçirmək;
3.0.64.
özəlləşdirilmiş müəssisələrin yeni
mülkiyyətçiləri tərəfindən özəlləşdirmə
barədə bağlanılmış əqdlərdə nəzərdə
tutulmuş öhdəlik və şərtlərin, o cümlədən
investisiya qoyuluşu (onun istiqamətləri, həcmi və
müddətləri), sosial, iqtisadi və digər tələblərin
yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
3.0.65.
dövlət müəssisələrinin özəlləşdirmədən
sonrakı fəaliyyətinin dəstəklənməsi və
investisiya qoyuluşunun səmərəliliyinin təmin
olunması məqsədilə mütəmadi olaraq onların fəaliyyət
göstəricilərini araşdırmaq və monitorinqini
aparmaq;
3.0.66.
özəlləşdirilən müəssisə və obyektlərin
yenidən təşkilinin və ləğvinin
qanunauyğunluğunu təhlil etmək və bu sahədə
qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar
qarşısında məsələ qaldırmaq;
3.0.67.
özəlləşdirilən müəssisələrin
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi,
daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi,
rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə
onlara investisiya qoyuluşu, maliyyə, kredit, vergi,
informasiya-metodiki, kadrların hazırlanması və digər
sahələrdə kömək göstərilməsi
üçün təhlillər aparmaq, müasir
texnologiyaların tətbiqi üzrə təkliflər
hazırlamaq, innovasiya prosesinin sürətləndirilməsi tədbirlərinin
həyata keçirilməsini təmin etmək;
3.0.68.
strukturuna daxil olan qurum vasitəsilə dövlət, habelə
özəlləşdirilən müəssisə və obyektlərin
yerləşdiyi dövlət mülkiyyətində olan torpaq
sahələrində tikinti, yenidənqurma və
quraşdırma işlərinin aparılmasına, onların təyinatının
dəyişdirilməsinə razılıq vermək, dövlət
və özəlləşdirilən müəssisə və
obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı
üzrə istifadəsi vəziyyətinin
araşdırılması məqsədilə monitorinq aparmaq;
3.0.69.
strukturuna daxil olan qurum vasitəsilə dövlət, habelə
özəlləşdirilən müəssisə və obyektlərin
yerləşdiyi dövlət mülkiyyətində olan torpaq
sahələrində tikinti, yenidənqurma və
quraşdırma işlərinin aparılması
hallarını araşdırmaq və aşkar edilmiş
pozuntu hallarının aradan qaldırılması
üçün fəaliyyət istiqamətləri üzrə
tədbirləri həyata keçirmək, o cümlədən
belə hallar barədə səlahiyyətli dövlət
orqanlarına məlumat vermək;
3.0.70.
dövlətin payı olan hüquqi şəxslərdə
dövlət büdcəsinə çatacaq dividendlərin
hesablanmasını və verilməsini araşdırmaq, bu sahədə
qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar
qarşısında məsələ qaldırmaq;
3.0.71.
özəlləşdirmə prosesində əmək kollektivi
üzvlərinin hüquqlarının və sosial ədalət
prinsipinin qorunmasını təmin etmək;
3.0.72.
dövlət, özəlləşdirilən müəssisə
və obyektlərin vergi və digər borclarının
vaxtında ödənilməməsi səbəbindən
yaranan borclarla əlaqədar ödəmənin əmlaka
yönəldilməsinə razılıq vermək;
3.0.73.
özəlləşdirilən müəssisələrin fəaliyyətinin
dəstəklənməsi məqsədilə özəlləşdirilən
müəssisə və obyektlərin dövlət müəssisələri
ilə qarşılıqlı münasibətlərini tənzimləmək
və onların fəaliyyətini əlaqələndirmək,
dövlət ehtiyaclarının təmin edilməsi
üçün özəlləşdirilən müəssisə
və obyektlərə dövlət sifarişlərinin verilməsi
işinin təşkilində iştirak etmək;
3.0.74.
dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi
məqsədilə istehsalın səmərəliliyinin
artırılması ilə bağlı dövlət müəssisələrinin
uzunmüddətli inkişaf planlarını
razılaşdırmaq, dövlət müəssisələrinin,
habelə özəlləşdirilən müəssisə və
obyektlərin perspektiv inkişaf və biznes planlarına dair rəy
vermək, investisiya qoyuluşunun genişləndirilməsi ilə
bağlı tövsiyələr vermək;
3.0.75.
dövlət əmlakının idarə edilməsi
ni və
özəlləşdirilməsini, onun barəsində sərəncam
verilməsini və qeydiyyatının aparılmasını,
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrinə, o cümlədən
onların özəlləşdirilməsi ilə bağlı
həmin müəssisələrə investisiyaların cəlb
olunmasını, dövlət müəssisələri özəlləşdirildikdən
sonra onların yeni mülkiyyətçiləri tərəfindən
həmin müəssisələrə investisiya qoyuluşu
üzərində nəzarəti təmin etmək;
3.0.76.
özəlləşdirməyə açıq elan edilmiş
dövlət müəssisələrinin və onların
özəlləşdirilməsi ilə bağlı həmin
müəssisələrin investisiya fəaliyyətini
pozmuş hüquqi və fiziki şəxslər barədə
tədbirlər görmək;
3.0.77.
dövlət əmlakından istifadə vəziyyətinin
müəyyənləşdirilməsi, müəssisələrin
özəlləşdirmə qabağı
sağlamlaşdırılması üçün təhlillərin
aparılması, özəlləşdirməyə
açıq elan edilmiş dövlət müəssisələrinə
və həmin müəssisələrin özəlləşdirilməsi
ilə bağlı onlara investisiya qoyuluşlarının səmərəliliyinin
yüksəldilməsi və özəlləşdirilən
müəssisələrin fəaliyyətinin dəstəklənməsi
sahəsində tədbirlərin müəyyən edilməsi
məqsədilə dövlət mülkiyyətində olan və
özəlləşdirilən müəssisələrdə
araşdırmalar təşkil etmək,
araşdırmaların nəticələri barədə məlumatları
aidiyyəti orqanlara təqdim etmək;
3.0.78.
dövlət material ehtiyatlarının saxlanılması və
istifadə olunmasına dair təkliflərin
hazırlanmasında iştirak etmək;
3.0.79.
mülkiyyət növündən asılı olmayaraq
daşınmaz əmlakın qiymətləndirilməsini təşkil
etmək, daşınmaz əmlakın qiymətləndirilməsini
və bu sahədə nəzarəti həyata keçirmək,
daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində
qiymətləndiricilərin fəaliyyətinə nəzarət
etmək,
3.0.80.
kadastr uçotuna alınması məqsədi ilə
daşınmaz əmlakın kütləvi
inventarlaşdırılmasını və qiymətləndirilməsini
həyata keçirmək;
3.0.81.
strukturuna daxil olan qurum vasitəsilə dövlət əmlakının,
o cümlədən dövlət mülkiyyətinə
keçməklə müsadirə olunmuş əmlakın və
müəyyən olunmuş hallarda borclara görə üzərinə
həbs qoyulmuş dövlət əmlakının hərraclarda
satışını təşkil etmək;
3.0.82.
dövlət və bələdiyyə mülkiyyətində
olan torpaqların mülkiyyətə və ya icarəyə
verilməsi ilə bağlı torpaq müsabiqələrinin və
hərracların keçirilməsini tənzimləyən sənədlərin
nümunələrini təsdiq etmək, strukturuna daxil olan
qurum vasitəsilə müsabiqələri və hərracları
keçirmək;
3.0.83.
strukturuna daxil olan qurum vasitəsilə dövlət mənzil
fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini
rəsmiləşdirmək;
3.0.84.
strukturuna daxil olan qurumlar vasitəsilə vətəndaşların
qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı
sahələrinin, fərdi, kollektiv və kooperativ
bağlarının, dövlət bağçılıq təsərrüfatlarının
idarəçiliyində olmuş bağların yerləşdiyi
torpaqların yerquruluşu işləri aparılmaqla və
normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada
torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar
aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini
rəsmiləşdirmək;
3.0.85.
strukturuna daxil olan qurum vasitəsilə daşınmaz əmlakın
dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində
mülkiyyət və digər əşya
hüquqlarının qeydiyyatını həyata keçirmək;
3.0.86.
strukturuna daxil olan qurum vasitəsilə daşınmaz əmlakın
kadastr uçotuna alınmasını təmin etmək,
daşınmaz əmlakın vahid dövlət
kadastrını, dövlət torpaq kadastrını və onun
tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və
aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən
edilməsi sahəsində tədbirlər görmək;
3.0.87.
dövlət torpaq kadastrının aparılmasını təmin
etmək məqsədilə strukturuna daxil olan qurum vasitəsilə
geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı
işlərini həyata keçirmək, müvafiq dövlət
və bələdiyyə orqanları ilə birlikdə torpaq,
aqrokimya, geobotanika və digər axtarış işlərinin
aparılmasını təşkil etmək;
3.0.88.
daşınmaz əmlakla, o cümlədən torpaq sahələri
ilə bağlı inventarlaşdırma işlərini aparmaq
və texniki sənədləri, torpaq sahələrinin
planını və ölçüsünü tərtib etmək,
daşınmaz əmlak obyektlərinin və torpaqların
yerquruluşu məqsədləri üçün kadastr
planlarını hazırlamaq;
3.0.89.
strukturuna daxil olan qurumlar vasitəsilə mərzçəkmə
işlərini aparmaq və mərz nişanları qoymaq;
3.0.90.
strukturuna daxil olan qurum vasitəsilə daşınmaz əmlakla
bağlı inventarlaşdırma işlərinin
aparılmasının və texniki sənədlərin tərtibinin,
daşınmaz əmlak üzərində hüquqların
qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri
üçün mərzçəkmə işlərinin
özəl hüquqi və fiziki şəxslər tərəfindən
həyata keçirilməsini təşkil etmək və
akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti
həyata keçirən özəl hüquqi və fiziki
şəxslərin (kadastr mühəndislərinin)
uyğunluğunun qiymətləndirilməsini həyata
keçirmək;
3.0.91.
strukturuna daxil olan qurum vasitəsilə ünvan reyestrini tərtib
etmək və aparmaq, daşınmaz əmlak obyektlərinə
ünvan vermək, ünvan reyestrində saxlanılan və
açıq hesab edilən məlumatları internet saytında
yerləşdirmək;
3.0.92.
strukturuna daxil olan qurum vasitəsilə ünvan reyestrinin məlumatlarını
Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və
onun aparılmasını təmin etmək;
3.0.93.
strukturuna daxil olan qurum vasitəsilə ünvan reyestrinə
daxil edilmiş ünvan rekvizitləri hesab edilən nəqliyyat
infrastrukturu obyektlərinin adlarını və daşınmaz
əmlak obyektlərinin nömrələrini əks etdirən
lövhələri hazırlamaq və daşınmaz əmlak
obyektlərində yerləşdirmək;
3.0.94.
strukturuna daxil olan qurum vasitəsilə dövlət və
yerli özünüidarəetmə orqanlarının, fiziki və
hüquqi şəxslərin müraciətləri əsasında
onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın
vahid dövlət kadastrının məlumatlarının,
torpaq sahələrinin yerquruluşu planından və torpaq
kadastrı məlumatlarından çıxarışların
verilməsini təmin etmək;
3.0.95.
strukturuna daxil olan qurumlar vasitəsilə dövlət torpaq
kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə,
torpaqlardan istifadəyə və onların mühafizəsinə,
xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə
dövlət nəzarətini həyata keçirmək,
torpaqların münbitliyinin təmin olunmasına
(münbitliyin bərpasına və artırılmasına nəzarət
istisna olmaqla) dövlət nəzarətinin həyata
keçirilməsində iştirak etmək;
3.0.96.
strukturuna daxil olan qurum vasitəsilə mülkiyyət
növündən asılı olmayaraq torpaq sahələrinin
kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi,
torpaq sahələrində baş verən dəyişikliklərin
vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi,
torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə
tədqiqat və monitorinq aparmaq;
3.0.97.
strukturuna daxil olan qurum vasitəsilə sahəvi kadastrların
məlumatlarını daşınmaz əmlakın vahid
dövlət kadastrına daxil etmək, daşınmaz əmlakın
ayrı-ayrı növləri üzrə sahəvi kadastr aparan
dövlət orqanları ilə işləri əlaqələndirmək,
dövlət torpaq kadastrı, yerquruluşu, xüsusi (sahəvi)
təyinatlı geodeziya işləri nəticəsində əldə
olunan məlumatların və sənədlərin
saxlanılmasını və istifadəsini təmin edən tədbirləri
həyata keçirmək;
3.0.98.
daşınmaz əmlakın idarə olunmasının,
daşınmaz əmlakın dövlət reyestrinin,
daşınmaz əmlakın vahid dövlət
kadastrının, dövlət torpaq kadastrının elektron
variantda vahid informasiya sistemində aparılmasını təmin
etmək;
3.0.99.
daşınmaz əmlak üzərində hüquqların
dövlət qeydiyyatının və dövlət reyestrinin
aparılması, ünvan reyestri, daşınmaz əmlakın
vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq
kadastrı, torpaqların dövlət idarəetməsinin və
torpaq bazarının təşkili sahəsində
funksiyaların icrası və digər aidiyyəti dövlət
orqanları ilə əlaqələndirilməklə məkan
məlumatları infrastrukturunun
formalaşdırılmasını təmin etmək;
3.0.100. bələdiyyə
mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini
aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və
torpaqları müvafiq bələdiyyələrə təhvil
vermək, bələdiyyə mülkiyyətində olan torpaq
sahələrinin xüsusiyyətinə və torpağın
ayrılma məqsədinə, mövcud texniki normalara,
yerquruluşu və şəhərsalma sənədlərinə
uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə
verilməsinə dair rəy vermək;
3.0.101.
strukturuna daxil olan qurum vasitəsilə Azərbaycan
Respublikasının inzibati ərazi bölgüsünə
uyğun olaraq rayon, şəhər və digər
yaşayış məntəqələrinin və bələdiyyələrin
sərhədlərini naturada müəyyən etmək,
elektron daşıyıcıda və kağız üzərində
xəritələşdirilməsini həyata keçirmək;
3.0.102.
strukturuna daxil olan qurum vasitəsilə inzibati ərazi vahidlərinin
və inzibati ərazi dairələrinin xəritələrinin
hazırlanması məqsədilə sərhədlərinin
müəyyən edilməsi üçün çöl tədqiqat
və mərzçəkmə işlərini yerinə yetirmək,
yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri
hazırlamaq və təsdiq etmək;
3.0.103.
strukturuna daxil olan qurum vasitəsilə “Dövlət torpaq
kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq inzibati ərazi vahidlərində dövlət torpaq
kadastrının aparılması məqsədilə
kadastr-planaalma işlərini həyata keçirmək;
3.0.104. bələdiyyələrin
elektron daşıyıcıda və kağız üzərində
hazırlanmış xəritələrini, habelə rübdə
bir dəfə bələdiyyələrin hüdudları
daxilində dövlət, bələdiyyə və xüsusi
mülkiyyətdə olan torpaq sahələrində baş
vermiş dəyişikliklər barədə
arayışı Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına təqdim etmək;
3.0.105.
torpaqların kateqoriyalara aid edilməsi və onların bir
kateqoriyadan digərinə keçirilməsi barədə vəsatətlərə
baxmaq və aidiyyəti orqanlarla
razılaşdırılmış təklifləri əsaslandırmaqla
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etmək;
3.0.106. bələdiyyə
mülkiyyətinə torpaq alınması barədə vəsatətlərə
baxmaq və aidiyyəti orqanlarla
razılaşdırılmış təklifləri əsaslandırmaqla
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etmək;
3.0.107.
torpaqların şorlaşma, şorakətləşmə və
müxtəlif antropogen və texnogen çirklənmələrdən
mühafizəsi, torpaqların münbitliyinin qorunması layihələrinin
tərtibində və həyata keçirilməsində
iştirak etmək, dövlət torpaq kadastrının
aparılması ilə bağlı həmin layihələrin
yerinə yetirilməsinə nəzarət etmək;
3.0.108.
torpaqların kənd təsərrüfatı və meşə
təsərrüfatı dövriyyəsindən
çıxarılması ilə əlaqədar olaraq kənd
təsərrüfatı və meşə təsərrüfatı
itkilərinin miqdarının müəyyən edilməsi barədə
təkliflərin verilməsində iştirak etmək;
3.0.109. təsərrüfat
fəaliyyətinin torpağa olan zərərli nəticələrinin
təhlil edilməsində, torpaqda baş verən hər
hansı mənfi proseslərin əmələ gəlməsinin
öncədən müəyyənləşdirilməsində
və onlara qarşı mübarizə tədbirlərinin
hazırlanmasında digər dövlət orqanları ilə
qarşılıqlı fəaliyyət göstərmək;
3.0.110. hər
il 1 yanvar vəziyyətinə əvvəlki il
üçün torpaq fondunun növlərinə,
torpaqların rekultivasiyasına, mülkiyyətçilər və
istifadəçilər üzrə torpaq bölgüsünə,
hər 5 ildən bir isə torpaqların keyfiyyətinə
(bonitirovka, iqtisadi qiymətləndirmə) dair hesabatları tərtib
etmək və aidiyyəti üzrə təqdim etmək;
3.0.111.
kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar
üzrə kənd təsərrüfatı
torpaqlarının təyinatı, coğrafi yerləşməsi
və keyfiyyəti nəzərə alınmaqla şərti
balları müəyyənləşdirmək, habelə
torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə
və torpaqlardan səmərəli istifadə olunması və
onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə
tədbirlərinə dair təkliflər hazırlamaq;
3.0.112.
torpaqların zonalaşdırılması barədə təkliflər
vermək;
3.0.113.
münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti
əkin dövriyyəsindən çıxarılmasına
(konservasiyasına) dair təkliflər verilməsində,
torpaqların münbitliyinin bərpası,
artırılması və onların mühafizəsi üzrə
investisiya proqramlarının ekspertizasının həyata
keçirilməsində, gələcəkdə həmin sahələrin
kənd təsərrüfatı dövriyyəsinə cəlb
edilməsi barədə təkliflər verilməsində
iştirak etmək;
3.0.114.
çirklənmiş, öz keyfiyyətini itirmiş və
yararsız hala düşmüş (tənəzzülə
uğramış) torpaqların konservasiya edilməsinə dair
təkliflərin hazırlanmasında iştirak etmək;
3.0.115.
torpaq ehtiyatlarından istifadə olunmasında proqramların,
sxemlərin və yerquruluşu layihələrinin dövlət
ekspertizasını aparmaq, şəhərsalma və tikinti
qanunvericiliyinə uyğun olaraq ərazi planlarına və
baş planlara müvafiq rəy vermək;
3.0.116.
dövlət torpaq kadastrının aparılması və
yerquruluşu işlərinin həyata keçirilməsi ilə
bağlı layihə-axtarış və təcrübi-eksperimental
işlərin aparılmasını təşkil etmək;
3.0.117.
torpaq bazarını təşkil etmək, torpaq bazarı
subyektlərinin hüquq və vəzifələrini əhali
arasında təbliğ etmək, torpaq bazarını tənzimləyən
rəsmi məlumatların müntəzəm
toplanmasını, xüsusi bülletenlər və kütləvi
informasiya vasitələri ilə açıqlanmasını təmin
etmək;
3.0.118.
torpaq, su, meşə, şəhər və digər kadastr
işlərinin aparılması üçün geodeziya
istinad şəbəkəsinin yaradılmasında,
topogeodeziya, kartoqrafiya və kadastr plan və xəritələrinin
tərtibatında, yeniləşdirilməsində və təminatı
işlərinin həyata keçirilməsində iştirak
etmək və onlardan istifadə etmək, fəaliyyət
istiqamətləri üzrə plan və xəritələri
hazırlamaq;
3.0.119.
yerquruluşu və kadastr məqsədləri
üçün daimi fəaliyyət göstərən
geodeziya istinad məntəqələri şəbəkəsinin
yaradılmasını, istismarını təşkil etmək
və şəbəkə xidmətinin fasiləsizliyini təmin
etmək;
3.0.120.
müasir geodeziya alətlərinin və cihazlarının tətbiqi
üçün şərait yaratmaq və tədbirlər
görmək;
3.0.121.
vahid koordinat və hündürlük sistemində obyekt və
sənaye komplekslərinin, şəhər və başqa yaşayış
məntəqələrinin ərazisinin 1:2000 və daha
böyük, tikilməmiş (açıq) ərazilərdə
isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin
təzələnməsində və çoxməqsədli
topoqrafik planaalmasında iştirak etmək;
3.0.122.
müəyyən edilmiş qaydada razılaşdırılmaqla
aerofotoplanaalma işlərinin həyata keçirilməsində
və digər təşkilatların həmin məlumatlarla
müəyyən olunmuş qaydada təmin edilməsində
iştirak etmək;
3.0.123.
torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata
keçirilən faydalı qazıntıların hasilatı,
aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat,
axtarış işlərində aşkar olunmuş qanun
pozuntularının aradan qaldırılması sahəsində
tədbirlər görmək;
3.0.124. fəaliyyət
istiqamətləri üzrə qanunvericiliyin tələblərini
pozan şəxsləri inzibati məsuliyyətə cəlb etmək,
inzibati işlərə baxmaq və həmin şəxslər
barəsində inzibati tənbeh tədbirləri görmək;
3.0.125. fəaliyyət
istiqamətləri üzrə dövlət
rüsumlarının məbləği və xidmət
haqlarının tarifləri barədə aidiyyəti üzrə
təkliflər vermək, müvafiq sahələrdə
göstəricilərin ümumiləşdirilməsini təmin
etmək, statistikasını aparmaq, məlumat bankını
yaratmaq;
3.0.126.
müvafiq sahədə işlərin maliyyələşdirilməsinə
dair təkliflər hazırlamaq, büdcədən ayrılan
vəsait əsasında dövlət sifarişlərini həyata
keçirmək, ayrılan büdcə vəsaitindən,
tabeliyində olan qurumların göstərdiyi xidmətlərə
görə xidmət haqları üzrə daxilolmalardan, kreditlərdən,
qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə olunmasını,
habelə ödənilən dövlət
rüsumlarının dövlət büdcəsinə
köçürülməsini təmin etmək;
3.0.127.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı qanunvericiliklə müəyyən edilmiş
açıqlanmalı informasiyanın həmin saytda yerləşdirilməsini
və bu informasiyanın daimi yeniləşdirilməsini təmin
etmək, habelə konfransların, seminarların, treninq
kurslarının keçirilməsini təşkil etmək;
3.0.128.
müvafiq sahədə kadr hazırlığını təmin
etmək, həmçinin mütəxəssislərin
hazırlanması və əlavə təhsili üçün
tədbirlər görmək;
3.0.129.
Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər
görmək;
3.0.130.
Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə
və şikayətlərə baxmaq və müəyyən
edilmiş qaydada tədbirlər görmək.
4. Komitənin
hüquqları
4.0. Komitə
öz vəzifələrini yerinə yetirmək
üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1.
müvafiq sahəni tənzimləyən qanunvericilik
aktlarının layihəsini hazırlamaq və ya onların
hazırlanmasında iştirak etmək;
4.0.2.
dövlət müəssisələrinə onların fəaliyyətinin
tənzimlənməsi üçün icrası məcburi
olan göstərişlər vermək;
4.0.3. mərkəzi
və yerli icra hakimiyyəti orqanlarından, yerli
özünüidarəetmə orqanlarından, hüquqi və
fiziki şəxslərdən fəaliyyət istiqamətləri
üzrə məlumatlar (sənədlər) almaq;
4.0.4.
müvafiq sahəyə aid Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təşəbbüslə
çıxış etmək;
4.0.5. fəaliyyət
istiqamətləri üzrə monitorinqlər və
müşahidələr aparmaq, monitorinqlər və
müşahidələr zamanı qanun pozuntuları aşkar
edildikdə hüquq-mühafizə və digər dövlət
orqanları ilə əlaqəli fəaliyyət göstərmək;
4.0.6. Azərbaycan
Respublikasında sahəvi kadastrları tərtib edən və
aparan digər dövlət orqanları ilə əməkdaşlıq
etmək və məlumat mübadiləsi həyata keçirmək;
4.0.7.
torpaq ehtiyatlarından səmərəli istifadə və
onların mühafizəsi məsələləri üzrə
yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin
qanunvericiliyin tələblərinə uyğun gəlməyən
qərarlarının icrasının dayandırılması və
ya ləğv edilməsi barədə aidiyyəti orqanlar
qarşısında məsələ qaldırmaq və ya məhkəmə
qarşısında iddia qaldırmaq;
4.0.8.
torpaq istifadəçiləri tərəfindən torpaq
qanunvericiliyinin tələbləri müntəzəm olaraq
pozulduqda, ayrılmış torpaq sahəsindən təyinatı
üzrə istifadə edilmədikdə və ya qanunvericiliklə
müəyyən edilmiş digər hallarda, həmin sahənin
torpaq istifadəçisindən geri alınması barədə
tədbirlər görmək, rayon, şəhər icra hakimiyyəti
orqanı və ya bələdiyyə qarşısında vəsatət
qaldırmaq, məhkəmədə iddiaçı qismində
çıxış etmək;
4.0.9.
torpaq sahələrinin istifadəyə verilməsi barədə
vəsatət vermək;
4.0.10.
ölkə ərazisində həyata keçirilən
aerofotoplanaalma işlərinin nəticələri olan məlumatlardan
istifadə etmək;
4.0.11. fəaliyyət
istiqamətləri üzrə beynəlxalq təşkilatlarla,
xarici dövlətlərin aidiyyəti dövlət
orqanları ilə əməkdaşlıq etmək, xarici
dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.0.12. fəaliyyət
istiqamətləri üzrə rəy vermək, təhlillər,
ümumiləşdirmələr və tədqiqatlar aparmaq,
analitik materiallar hazırlamaq, təkliflər vermək;
4.0.13. səlahiyyətlərinə
aid edilmiş məsələlərin işlənib
hazırlanması və yerinə yetirilməsi
üçün xarici və yerli ekspertləri və məsləhətçiləri,
məsləhətçi şirkətləri cəlb etmək,
onlarla müqavilələr bağlamaq;
4.0.14.
müqavilələr bağlamaq, tabeliyində olan qurumların
fəaliyyət istiqamətləri üzrə göstərdiyi
xidmətlərə görə alınan xidmət
haqlarından daxil olan vəsaitdən istifadəni təmin etmək;
4.0.15.
öz adından məhkəmələrdə iştirak etmək;
4.0.16.
tabeliyində hüquqi şəxs statuslu qurumlar yaratmaq,
onları yenidən təşkil etmək və ləğv etmək;
4.0.17.
dövri mətbuat orqanı təsis etmək, xüsusi
bülletenlər və digər nəşrlər buraxmaq.
5. Komitənin
fəaliyyətinin təşkili
5.1. Komitənin
aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan
tabeliyində olan digər qurumlar (hüquqi şəxslər,
təşkilatlar və sair) Komitənin vahid sistemini təşkil
edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin
qurumlar vasitəsilə həyata keçirir.
5.2. Komitənin
strukturu, Komitənin aparatının və onun strukturuna daxil
olan qurumların işçilərinin ümumi say tərkibi
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müəyyən edilir.
5.3. Komitənin
fəaliyyətinə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və
vəzifədən azad edilən Komitənin sədri rəhbərlik
edir. Komitənin sədri Komitəyə həvalə
olunmuş vəzifələrin yerinə yetirilməsi və
hüquqların həyata keçirilməsi üçün
şəxsən məsuliyyət daşıyır.
5.4. Komitənin
sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
iki müavini vardır. Komitə sədrinin müavinləri
onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri
yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
5.5. Komitənin
sədri vəzifəsinə görə eyni zamanda Azərbaycan
Respublikasının torpaqlardan istifadə və onların
mühafizəsinə dövlət nəzarəti üzrə
Baş dövlət müfəttişidir. Onun aidiyyəti
müavini isə Azərbaycan Respublikasının torpaqlardan
istifadə və onların mühafizəsinə dövlət
nəzarəti üzrə Baş dövlət müfəttişinin
müavinidir.
5.6. Komitənin
müvafiq qurumunun direktoru, onun müavinləri və aidiyyəti
struktur vahidlərinin (şöbələrinin) rəhbərləri
vəzifəsinə görə eyni zamanda torpaqlardan istifadə
və onların mühafizəsinə dövlət nəzarəti
üzrə dövlət müfəttişidir. Komitənin
müvafiq qurumunda dövlət nəzarətinin həyata
keçirilməsi həvalə edilmiş işçilər
isə torpaqlardan istifadə və onların mühafizəsinə
dövlət nəzarəti üzrə müfəttişlərdir.
5.7. Komitənin
yerli qurumlarının rəhbərləri vəzifələrinə
görə müvafiq rayon və şəhər
torpaqlarından istifadə və onların mühafizəsinə
dövlət nəzarəti üzrə rayon, şəhər
dövlət müfəttişləridir. Yerli qurumların
dövlət nəzarətinin həyata keçirilməsi həvalə
edilmiş işçiləri müvafiq rayon və şəhər
torpaqlarından istifadə və onların mühafizəsinə
dövlət nəzarəti üzrə müfəttişlərdir.
5.8. Komitənin
sədri:
5.8.1.
Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik
edir;
5.8.2.
müavinləri arasında vəzifə bölgüsü
aparır, onların, habelə Komitənin digər vəzifəli
şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat
və digər məsələlər üzrə səlahiyyətlərini
müəyyənləşdirir və qarşılıqlı
fəaliyyətini təmin edir;
5.8.3.
Komitənin aparatının struktur bölmələrinin,
strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq edilən
qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrini
təsdiq edir;
5.8.4.
Komitənin strukturuna daxil olmayan tabeliyindəki hüquqi şəxslərin
nizamnamələrini təsdiq edir;
5.8.5.
müəyyən edilmiş struktur, əməkhaqqı fondu,
işçilərin say həddi daxilində Komitənin
aparatının, strukturuna daxil olan qurumların və
strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu,
ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində onların xərclər smetasını təsdiq
edir;
5.8.6.
Komitənin aparatının işçilərini, Komitənin
strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan
tabeliyindəki qurumların rəhbərlərini, onların
struktur bölmələrinin rəhbərlərini vəzifəyə
təyin və vəzifədən azad edir, onların barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görür;
5.8.7. əmr
və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul
edir və onların, habelə Komitə tərəfindən qəbul
edilmiş normativ hüquqi aktların icrasını təşkil
edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.8.8.
Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə
zidd olan qərarlarını ləğv edir;
5.8.9. səlahiyyətləri
daxilində korrupsiyaya qarşı tədbir görür;
5.8.10. Azərbaycan
Respublikasının və xarici ölkələrin dövlət
orqanları, idarə, müəssisə və təşkilatları,
hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq
təşkilatlarla münasibətlərdə Komitəni təmsil
edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər
daxilində müvafiq beynəlxalq sənədləri
imzalayır;
5.8.11.
Komitəyə aid edilmiş məsələlər üzrə
müvafiq il üçün dövlət büdcəsinin və
büdcədənkənar vəsaitlərin
formalaşdırılması ilə bağlı təkliflər
verir;
5.8.12.
dövlət büdcəsindən ayrılmış vəsaitin
təyinatı üzrə xərclənməsini təmin edir;
5.8.13.
Komitənin dövlət qulluqçusu olan işçilərinə
dövlət qulluğunun baş müşaviri və ondan
aşağı olan ixtisas dərəcələri verir;
5.8.14.
özəlləşdirilmək məqsədilə Komitənin
sərəncamına verilmiş qurumların rəhbərlərini
vəzifəyə təyin və vəzifədən azad edir,
onların barəsində qanunvericiliklə müəyyən
edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi
tədbirləri görür;
5.8.15. dövlət müəssisələrinin çevrilməsi nəticəsində təsis olunmuş səhmdar cəmiyyətlərinin idarə heyəti sədrlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir.
5.9. Komitənin sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə tapşıra bilər.
5.10. Komitədə Komitə sədrindən (kollegiyanın sədri), onun müavinlərindən və Komitənin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilər.
5.11. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.12. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
5.13. Komitənin kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
5.13.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
5.13.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komitəyə tapşırılmış konkret normativ hüquqi aktları;
5.13.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
5.13.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
5.13.5. Komitə sədrinin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan aktları;
5.13.6. bu Əsasnamənin 5.13.1-ci - 5.13.5-ci yarımbəndlərinə uyğun olaraq, Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.
5.14. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
5.15. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.
5.16. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Komitənin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.17. Komitənin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
5.18. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin
və qabaqcıl təcrübənin öyrənilməsi və
həyata keçirilməsi üçün Komitədə
ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki
şura yaradılır. Elmi-texniki şuranın tərkibi
Komitə sədri tərəfindən təsdiq edilir.
Azərbaycan.-2015.- 16 may.- S.11-12.