Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin yanında Torpaqların
Dövlət İdarəetməsinin
Təşkili üzrə Dövlət Agentliyi haqqında
Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1.
Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin
Təşkili üzrə Dövlət Agentliyi (bundan sonra -
Agentlik) torpaqların dövlət idarəetməsinin və
torpaq bazarının təşkilinin, torpaqlardan istifadəyə
və onların mühafizəsinə dövlət nəzarətinin
həyata keçirilməsini təmin edən icra hakimiyyəti
orqanıdır.
1.2.
Agentlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsi sədrinin əmr və sərəncamlarını
və bu Əsasnaməni rəhbər tutur.
1.3.
Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini
və hüquqlarını həyata keçirərkən mərkəzi
və yerli icra hakimiyyəti orqanları, yerli
özünüidarəetmə orqanları, habelə beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4.
Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında
olan dövlət əmlakına, xəzinə və bank
hesablarına, üzərində Azərbaycan Respublikası
Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası
Əmlak Məsələləri Dövlət Komitəsinin
adı və Agentliyin öz adı həkk olunmuş
möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.5.
Agentliyin saxlanma xərcləri Azərbaycan
Respublikasının dövlət büdcəsi və
qanunvericilikdə nəzərdə tutulan digər mənbələr
hesabına maliyyələşdirilir.
1.6. Agentlik Bakı şəhərində yerləşir.
2.
Agentliyin fəaliyyət istiqamətləri
2.0.
Agentliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1. torpaq bazarının təşkil edilməsi,
inzibati ərazi vahidi daxilində xüsusi mülkiyyətçilərin
torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi
üçün tədbirlər görür;
2.0.2. bütün torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçiləri tərəfindən
torpaq sahələrindən səmərəli istifadə edilməsində,
torpaqların mühafizəsinin və keyfiyyətinin
yaxşılaşdırılmasında, torpaq sahəsi üzərində
öhdəlik, məhdudiyyət və servitutların yerinə
yetirilməsində torpaq qanunvericiliyinin tələblərinə
riayət edilməsini təmin edir.
3.
Agentliyin vəzifələri
3.0.
Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq aşağıdakı
vəzifələri yerinə yetirir:
3.0.1. torpaq bazarını təşkil etmək, torpaq
bazarı subyektlərinin hüquq və vəzifələrini əhali
arasında təbliğ etmək, torpaq bazarını tənzimləyən
rəsmi məlumatların müntəzəm
toplanmasını, xüsusi bülletenlər və kütləvi
informasiya vasitələri ilə açıqlanmasını təmin
etmək;
3.0.2. özəlləşdirilən dövlət
müəssisə və obyektlərinin, hüquqi və fiziki
şəxslər tərəfindən inşa edilmiş müəssisə
və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin
qiymətləndirilməsini və satışını həyata
keçirmək;
3.0.3.
dövlət müəssisə, idarə və təşkilatlarının
istifadəsində olan dövlət mülkiyyətində olan
obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin
tikintisi layihələşdirilmiş, özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin, habelə
hüquqi və fiziki şəxslər tərəfindən
inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi
dövlət torpaqlarını icarəyə və istifadəyə
vermək, bu məqsədlə bağlanmış əqdlərin
qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən
edilməsi ilə bağlı təkliflər hazırlayıb
təqdim etmək, digər dövlət torpaqlarının
icarəyə və istifadəyə verilməsinə rəy
vermək;
3.0.4. torpaqların dövlət idarəetməsinin təşkili
ilə bağlı icra hakimiyyəti orqanlarının,
dövlət müəssisə və təşkilatlarının
fəaliyyətini əlaqələndirmək;
3.0.5. torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsi barədə
vəsatətlərə baxmaq, aidiyyəti orqanlarla
razılaşdırılması, əsaslandırılması
istiqamətində tədbirlər görmək və təkliflər
vermək;
3.0.6. bələdiyyə mülkiyyətinə torpaq
alınması barədə vəsatətlərə baxmaq,
aidiyyəti orqanlarla razılaşdırılması, əsaslandırılması
istiqamətində tədbirlər görmək və təkliflər
vermək;
3.0.7. dövlət və bələdiyyə
mülkiyyətində olan torpaqların mülkiyyətə və
ya icarəyə verilməsi ilə bağlı torpaq
müsabiqələrinin və hərraclarının
keçirilməsi ilə bağlı işləri təşkil
etmək, müsabiqə və ya hərrac vasitəsilə
mülkiyyətə və ya icarəyə verilən dövlət
mülkiyyətində olan torpaqlara dair hərrac və ya
müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki
şəxslə mülki və torpaq qanunvericiliyinə
uyğun müqavilə bağlamaq;
3.0.8. dövlət və özəlləşdirilən
müəssisələrə məxsus torpaq sahələrinin
zəbt olunması və qanunazidd formada istifadə olunması
hallarının qarşısını almaq üçün
tədbirlər görmək, bu məqsədlə aidiyyəti
orqanlara məlumat vermək, o cümlədən məhkəmə
qarşısında iddia qaldırmaq;
3.0.9.
dövlət, habelə özəlləşdirilən müəssisə
və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində
olan torpaq sahələrində tikinti, yenidənqurma və
quraşdırma işlərinin aparılmasına, onların təyinatının
dəyişdirilməsinə razılıq vermək, dövlət
və özəlləşdirilən müəssisə və
obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı
üzrə istifadəsinin vəziyyətini araşdırmaq məqsədi
ilə monitorinq aparmaq;
3.0.10. dövlət, habelə özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi dövlət
mülkiyyətində olan torpaq sahələrində tikinti,
yenidənqurma və quraşdırma işlərinin
aparılması hallarını araşdırmaq və
aşkar edilmiş pozuntu hallarının aradan
qaldırılması üçün tədbirlər görmək,
o cümlədən belə hallar barədə səlahiyyətli
dövlət orqanlarına məlumat vermək;
3.0.11. torpaq mülkiyyətçiləri, istifadəçiləri
və icarəçiləri tərəfindən torpaqların
hüquqi rejiminə, kateqoriyasına və məqsədli təyinatına
uyğun istifadə edilməsinə nəzarət etmək;
3.0.12. torpaqlardan istifadəyə və onların
mühafizəsinə dövlət nəzarətini həyata
keçirmək;
3.0.13. fəaliyyət istiqamətləri üzrə
torpaq haqqında qanunvericiliyin tələblərini pozan şəxsləri
inzibati məsuliyyətə cəlb etmək, inzibati işlərə
baxmaq və həmin şəxslər barəsində inzibati tənbeh
tədbirləri görmək;
3.0.14. torpaq qanunvericiliyinin tələblərinin
pozulması ilə həyata keçirilən faydalı
qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya,
geoloji kəşfiyyat, axtarış işlərində
aşkar olunmuş qanun pozuntularının aradan
qaldırılması sahəsində tədbirlər görmək;
3.0.15. torpaq qanunvericiliyinin pozulması ilə əlaqədar
torpaq mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin, habelə digər fiziki və
hüquqi şəxslərin vurduqları ziyanın ödənilməsindən
imtina edildikdə, məhkəmə qarşısında iddia
qaldırmaq;
3.0.16. torpaqlardan səmərəli istifadə,
onların mühafizəsi məsələləri, torpaq
islahatı, torpaqla bağlı digər məsələlərin
həlli ilə əlaqədar dövlət orqanlarının
və bələdiyyələrin torpaq qanunvericiliyinin tələblərinə
uyğun gəlməyən inzibati aktlarının ləğv
edilməsi barədə müvafiq orqanlar və ya məhkəmə
qarşısında iddia qaldırmaq;
3.0.17. qanunla müəyyən edilmiş əsaslar
olduqda, mülkiyyətə, istifadəyə və icarəyə
verilmiş torpaqlar üzərində mülkiyyət, istifadə
və icarə hüquqlarına xitam verilməsi
üçün tədbirlər görmək;
3.0.18.
Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə təklif vermək;
3.0.19.
Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə
və şikayətlərə baxmaq və tədbirlər
görmək;
3.0.20. bu Əsasnamə ilə müəyyən edilən
vəzifə və hüquqlarını Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi tərəfindən yaradılan vahid informasiya
sistemini tətbiq etməklə həyata keçirmək.
4.
Agentliyin hüquqları
4.0.
Agentlik öz vəzifələrini yerinə yetirmək
üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. torpaqlardan istifadəyə və onların
mühafizəsinə dövlət nəzarətinin təmin
edilməsi məqsədi ilə tədbirlər həyata
keçirmək;
4.0.2. fəaliyyət istiqamətləri üzrə
monitorinqlər və müşahidələr aparmaq, monitorinqlər
və müşahidələr zamanı qanun pozuntuları
aşkar edildikdə, hüquq mühafizə və digər
dövlət orqanları ilə əlaqəli fəaliyyət
göstərmək;
4.0.3. torpaq sahələrinin istifadəyə verilməsi
barədə təkliflər vermək;
4.0.4. dövlət əmlakının özəlləşdirilməsinin
dövlət proqramının icrası barədə müəyyən
olunmuş qaydada hesabatın hazırlanmasında iştirak etmək;
4.0.5. dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
4.0.6. fəaliyyət istiqamətlərinə
uyğun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr
aparmaq, analitik materiallar hazırlamaq və Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə təkliflər vermək;
4.0.7. fəaliyyət istiqamətləri üzrə
qanunvericilik aktlarının layihəsini hazırlamaq və Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə təqdim etmək;
4.0.8. fəaliyyət istiqamətləri üzrə təlimat, qayda və digər normativ aktların layihələrini hazırlamaq və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;
4.0.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.0.10. torpaqların idarə olunması sahəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək.
5.
Agentliyin fəaliyyətinin təşkili
5.1.
Agentliyin strukturuna onun aparatı daxildir.
5.2. Agentliyə Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən direktor rəhbərlik
edir.
5.3. Direktor Agentliyə həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsinə görə şəxsən məsuliyyət
daşıyır.
5.4.
Agentliyin direktorunun Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən iki müavini
vardır.
5.5.
Agentliyin direktoru:
5.5.1.
Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik
edir;
5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi
fondu və işçilərin say həddi daxilində
Agentliyin strukturunu, ştat cədvəlini və xərclər
smetasını təsdiq edilmək üçün Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə təqdim edir;
5.5.3.
Agentliyin direktorunun müavinləri və Agentliyin struktur
bölmələrinin rəhbərləri istisna olmaqla,
Agentliyin digər işçilərini vəzifəyə təyin
və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri görür;
5.5.4.
Agentliyin xərclər smetasına uyğun olaraq ona
ayrılmış vəsaitin istifadəsinə sərəncam
verir;
5.5.5. işçilərin ixtisasının
artırılması və onların peşə
hazırlığının təmin edilməsi
üçün tədbirlər görür;
5.5.6. bütün dövlət və yerli
özünüidarəetmə orqanları, hüquqi və
fiziki şəxslər ilə münasibətlərdə
Agentliyi təmsil edir;
5.5.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir.
5.6. Agentliyin direktoru, onun müavinləri və
aidiyyəti struktur vahidlərinin (şöbələrin) rəhbərləri
vəzifələrinə görə eyni zamanda torpaqlardan
istifadə və onların mühafizəsinə dövlət
nəzarəti üzrə dövlət müfəttişləridir.
Agentliyin dövlət nəzarətinin həyata keçirilməsi
həvalə edilmiş işçiləri isə torpaqlardan
istifadə və onların mühafizəsinə dövlət
nəzarəti üzrə müfəttişlərdir.
Azərbaycan.-2015.- 16 may.- S.13.