Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin
yanında Hərracların Təşkili
üzrə Auksion Mərkəzi
haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası
Əmlak Məsələləri
Dövlət Komitəsinin
yanında Hərracların
Təşkili üzrə
Auksion Mərkəzi (bundan sonra - Mərkəz) özəlləşdirmə
prosesində dövlət
müəssisə və
obyektlərinin, habelə
dövlət müəssisələrinin
bazasında yaradılan
səhmdar cəmiyyətlərinin
səhmlərinin, dövlət
mülkiyyətinə keçməklə
müsadirə olunmuş
əmlakın, müəyyən
olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda
satışını, dövlət
və bələdiyyə
mülkiyyətində olan
torpaqların mülkiyyətə
və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin
və hərraclarının
həyata keçirilməsini
təmin edən icra hakimiyyəti orqanıdır.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının
qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin
fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını,
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələri,
Azərbaycan Respublikası
Əmlak Məsələləri
Dövlət Komitəsinin
Əsasnaməsini, Azərbaycan
Respublikası Əmlak
Məsələləri Dövlət
Komitəsi sədrinin
əmr və sərəncamlarını və
bu Əsasnaməni rəhbər tutur.
1.3. Mərkəz bu Əsasnamədə nəzərdə
tutulan vəzifələrini
və hüquqlarını
həyata keçirərkən
mərkəzi və yerli icra hakimiyyəti
orqanları, yerli özünüidarəetmə orqanları,
habelə beynəlxalq
və qeyri-hökumət
təşkilatları ilə
qarşılıqlı əlaqədə
fəaliyyət göstərir.
1.4. Mərkəz müstəqil
balansa, qanunvericiliyə
uyğun sərəncamında
olan dövlət əmlakına, xəzinə
və bank hesablarına,
üzərində Azərbaycan
Respublikası Dövlət
gerbinin təsviri, Azərbaycan Respublikası
Əmlak Məsələləri
Dövlət Komitəsinin
adı və Mərkəzin öz adı həkk olunmuş möhürə,
müvafiq ştamplara
və blanklara malikdir.
1.5. Mərkəzin saxlanma xərcləri Azərbaycan
Respublikasının dövlət
büdcəsi və qanunvericilikdə nəzərdə
tutulan digər mənbələr hesabına
maliyyələşdirilir.
1.6. Mərkəz Bakı
şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyət
istiqamətləri
2.0. Mərkəzin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
2.0.1. özəlləşdirmə
prosesində dövlət
müəssisə və
obyektlərinin, habelə
dövlət müəssisələrinin
bazasında yaradılan
səhmdar cəmiyyətlərinin
səhmlərinin, dövlət
mülkiyyətinə keçməklə
müsadirə olunmuş
əmlakın, müəyyən
olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda
satışını həyata
keçirir;
2.0.2. dövlət və bələdiyyə mülkiyyətində olan
torpaqların mülkiyyətə
və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrini
və hərraclarını
həyata keçirir.
3. Mərkəzin vəzifələri
3.0. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş
fəaliyyət istiqamətlərinə
uyğun olaraq aşağıdakı vəzifələri
yerinə yetirir:
3.0.1. özəlləşdirmə prosesində
dövlət müəssisə
və obyektlərinin,
habelə dövlət
müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin
səhmlərinin, dövlət
mülkiyyətinə keçməklə
müsadirə olunmuş
əmlakın, müəyyən
olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda
satışı, dövlət
və bələdiyyə
mülkiyyətində olan
torpaqların mülkiyyətə
və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin
və hərraclarının
keçirilməsi sahəsində
normativ tənzimləmənin
həyata keçirilməsi
ilə əlaqədar
Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsinə
təkliflər vermək;
3.0.2. özəlləşdirilən
müəssisə və
obyektlər, habelə
səhmləri satışa
çıxarılan səhmdar
cəmiyyətləri, dövlət
və bələdiyyə
mülkiyyətində olan,
mülkiyyətə və
ya icarəyə verilmək üçün
müsabiqə və hərraclara çıxarılan
torpaq sahələri barəsində fiziki və hüquqi şəxslərə məlumat
vermək;
3.0.3. fiziki və
hüquqi şəxslər
tərəfindən ixtisaslaşdırılmış
pul hərraclarında
iştirak etmək üçün verilən
sifarişləri qəbul
etmək, alıcıların
bərabər, sağlam
rəqabət mühitində,
aşkarlıq şəraitində,
şəffaflıq və
qanunçuluq prinsiplərinə
uyğun olaraq iştirakını təmin
etmək;
3.0.4. fiziki və
hüquqi şəxslər
tərəfindən verilmiş
sifarişlərin hərrac
komissiyasına çatdırılmasını
təmin etmək;
3.0.5. özəlləşdirmə
prosesində əmək
kollektivinin mənafelərinin
qorunmasına nəzarət
etmək, habelə səhmləri satışa
çıxarılacaq səhmdar
cəmiyyətlərinin əmək
kollektivi üzvlərinə
güzəştli satışı
zamanı bərabər,
sağlam rəqabət
mühitini, aşkarlıq
şəraitini, ictimai
nəzarəti, sosial ədalət, şəffaflıq
və qanunçuluq prinsiplərinə uyğunluğu
təmin etmək;
3.0.6. hərracların və müsabiqələrin,
habelə səhmlərin
(payların) əmək
kollektivinə güzəştli
satışının yekunlarını
rəsmiləşdirmək məqsədi ilə sənədləri aidiyyəti
üzrə təqdim etmək;
3.0.7. hərracların və müsabiqələrin yekunları
ilə bağlı, o
cümlədən hərraclarda
səhmlərin (payların)
əmək kollektivinə
güzəştli satışının
yekunlarına dair fiziki və hüquqi şəxslərə,
əmək kollektivi üzvlərinə, habelə
Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsinə
və müvafiq dövlət orqanlarına
məlumat və bildirişlər vermək;
3.0.8. hərraclara və müsabiqələrə,
o cümlədən səhmlərin
(payların) əmək
kollektivinə güzəştli
satışına dair
bütün məlumatların
elektron və kağız daşıyıcılarda
saxlanılmasını təmin
etmək;
3.0.9. sifarişləri ödənilməyən fiziki
və hüquqi şəxslər tərəfindən
verilmiş pulların
geri qaytarılması
barədə Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsinə təqdimat
vermək;
3.0.10. dövlət mülkiyyətinə keçməklə
müsadirə olunmuş
əmlakın hərraclar
vasitəsilə alıcılara
bərabər, sağlam
rəqabət mühitində,
aşkarlıq şəraitində,
şəffaflıq və
qanunçuluq prinsiplərinə
uyğun olaraq satışını təşkil
etmək;
3.0.11. müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclar
vasitəsilə alıcılara
bərabər, sağlam
rəqabət mühitində,
aşkarlıq şəraitində,
şəffaflıq və
qanunçuluq prinsiplərinə
uyğun olaraq satışını təşkil
etmək;
3.0.12. hərrac və
müsabiqə haqqında
və hərracın və müsabiqənin nəticələri barədə
məlumatın “Mülkiyyət”
qəzetində dərc
olunması və Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsinin
internet saytında yerləşdirilməsi
üçün aidiyyəti
üzrə təqdim etmək;
3.0.13. dövlət və bələdiyyə mülkiyyətində olan
torpaqlar müsabiqə
və ya hərrac vasitəsilə mülkiyyətə və
ya icarəyə verildikdə, müsabiqə
və ya hərracın qalibinə şəhadətnamə vermək;
3.0.14. bu Əsasnamə
ilə müəyyən
edilən vəzifə
və hüquqlarını
Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
tərəfindən yaradılan
vahid informasiya sistemini tətbiq etməklə həyata keçirmək.
4. Mərkəzin hüquqları
4.0. Mərkəz öz vəzifələrini yerinə
yetirmək üçün
aşağıdakı hüquqlara
malikdir:
4.0.1. dövlət əmlakının özəlləşdirilməsinin
dövlət proqramının
icrası barədə
müəyyən olunmuş
qaydada hesabatın hazırlanmasında iştirak
etmək;
4.0.2. dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər)
barədə sorğu
vermək və onlardan belə məlumatları (sənədləri)
almaq;
4.0.3. fəaliyyət istiqamətlərinə uyğun
olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr
aparmaq, analitik materiallar hazırlamaq və Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsinə təkliflər
vermək;
4.0.4. müstəqil ekspertləri və mütəxəssisləri öz
fəaliyyətinə cəlb
etmək;
4.0.5. xüsusi bülletenlər
və digər nəşrlər buraxmaq.
5. Mərkəzin fəaliyyətinin
təşkili
5.1. Mərkəzin strukturuna onun aparatı və zona bölmələri
daxildir.
5.2. Mərkəzə Azərbaycan Respublikası
Əmlak Məsələləri
Dövlət Komitəsinin
sədri tərəfindən
vəzifəyə təyin
və vəzifədən
azad edilən direktor rəhbərlik edir.
5.3. Direktor Mərkəzə
həvalə edilmiş
vəzifələrin yerinə
yetirilməsinə görə
şəxsən məsuliyyət
daşıyır.
5.4. Mərkəzin direktorunun Azərbaycan Respublikası
Əmlak Məsələləri
Dövlət Komitəsinin
sədri tərəfindən
vəzifəyə təyin
və vəzifədən
azad edilən iki müavini vardır.
5.5. Mərkəzin direktoru:
5.5.1. Mərkəzin fəaliyyətini
təşkil edir və ona rəhbərlik
edir;
5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin
say həddi daxilində
Mərkəzin strukturunu,
ştat cədvəlini
və xərclər smetasını təsdiq edilmək üçün
Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsinə
təqdim edir;
5.5.3. Mərkəzin direktorunun müavinləri və Mərkəzin struktur bölmələrinin rəhbərləri
istisna olmaqla, Mərkəzin digər işçilərini vəzifəyə
təyin və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri
görür;
5.5.4. Mərkəzin xərclər
smetasına uyğun olaraq ona ayrılmış
vəsaitin istifadəsinə
sərəncam verir;
5.5.5. işçilərin ixtisasının artırılması
və onların peşə hazırlığının
təmin edilməsi üçün tədbirlər
görür;
5.5.6. bütün dövlət və yerli özünüidarəetmə
orqanları, hüquqi
və fiziki şəxslər ilə münasibətlərdə Mərkəzi
təmsil edir;
5.5.7. Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsinə
mütəmadi olaraq hesabat verir.
6. Mərkəzin direktorunun,
direktorun müavinlərinin və
işçilərinin əməyinin ödənilməsi
normaları və digər təminatları, müvafiq
olaraq Azərbaycan Respublikasının mərkəzi
icra hakimiyyəti orqanları yanında olan dövlət agentliklərinin və xidmətlərinin
rəhbərlərinin, rəhbər müavinlərinin və
işçilərinin əməyinin ödənilməsi
normalarına və təminatlarına bərabər tutulur.
Azərbaycan.-2015.- 16 may.- S.14.