SAAT KİMİ

 

I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi belə işləyir

 

Lap qədimlərdən insanlar vaxtı dəqiq ölçməyə çalışıblar.

Bu, onlar üçün müəyyən mənada həyati əhəmiyyət daşıyırdı.

Gah Günəşin çıxıb-batması ilə vaxtı hesablayır, gahgün saatı” düzəldirdilər, gah daqum saatı”!

Bir işə başlayanda axşamadək onu başa çatdırmaq, meşəyə ova gedəndə qaranlığa düşüb azmamaq üçün vaxtı dəqiq göstərən cihazın mövcudluğu zərurətə çevrilmişdi.

Xeyli zaman keçəndən, axtarışlar aparıb baş işlədəndən sonra mexaniki saat icad olundu.

Bu, bəlkə də bəşəriyyətin ən böyük kəşflərindən biri idi!

Hava şəraitindən asılı olmayaraq, daim işləyən, vaxtı dəqiq göstərən bu cihazın daha sonralar müxtəlif ölçülərdə, hətta cibdə gəzdirməyə imkan verən formaları da düzəldildi.

İnsanlar bu cihazı sevdilər, bir daha ömürləri boyu ondan ayrılmadılar.

Niyə də sevməsinlər? Daha ilboyu sübhünvaxt açılacağını və qaranlığın haçan düşəcəyini dəqiqliklə bilir, gün ərzində vaxtı düzgün bölüşdürür, günləri, ayları, illəri saniyəsinədək hesablayırdılar.

Busirlicihaz işlədikcə ahəngdar şəkildə tıqqıldayır, heç zamanyorulub” dincəlmir, ona diqqət və qayğı göstərəndə dayanıb durmurdu.

Bu minvallaSaat kimi işləyir” ifadəsi meydana gəldi.

Həmişə müsbət mənada səslənən bu ifadə hər işi irəlicədən hesablamaqla nəzərdə tutulan müddətdə görənlər, dəqiqliklə icra edərək vaxtında başa çatdıranlar barədə işlədilir.

Onlar saat kimi işləyir” deyimi ən yüksək tərif anlayışındadır.

İndi isə hörmət dolu bu ifadə I Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin fəaliyyəti barədə söylənilir.

Bəli, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu qurum həm nizamlı saat kimi işləyir, həm də Bakının Azneft meydanında qurulan və geriyə işləyərək I Avropa Oyunlarına qalan müddəti əks etdirən saatın göstəricilərini daim nəzərə alır. Beləliklə, görülən işlərin zamana uyğunluğunu dəqiqliklə təmin edir.

Azərbaycan Prezidenti İlham Əliyev 17 yanvar 2013-cü ildə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayarkən və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, İSESCO və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı həmin quruma rəhbər təyin edərkən heç kimdə zərrə qədər də şübhə yox idi ki, Təşkilat Komitəsi etimadı layiqincə doğruldacaq, çoxsaylı və genişmiqyaslı işləri və tədbirləri dəqiqliklə yerinə yetirəcəkdir. Əslində, bu, belə də oldu!

Təşkilat Komitəsinin işə yüksək məsuliyyət və peşəkarlıqla yanaşması, dəqiq və intizamlı çalışması sayəsində başqalarının 84 aya görə biləcəyi işi üç dəfə az müddətə - 30 aya, həm də keyfiyyətlə icra etdi. Bu uğur Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki tərəfindən də yüksək dəyərləndirildi. “Atəşgah” məbədində “Bakı-2015” I Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimindəki çıxışında Patrik Hikki dedi: “Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir. Mən Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını Prezident İlham Əliyevə və birinci xanıma çatdırmaq istərdim. Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu sözlərində zərrə qədər də şişirtmə yoxdur! Doğrudan da, bu qədər işin cəmi 2 il yarıma görülməsi əsl qəhrəmanlıqdır! Ölkə paytaxtına yüzədək ölkədən dövlət, hökumət və idman ictimaiyyəti nümayəndələrinin, 6 min idmançının, mindən çox jurnalistin və on minlərlə turistin gəlişi gözlənilir. Bu tədbir, ən əvvəl, idman yarışıdır. Odur ki, yarışların müvafiq standartlara uyğun şəraitdə keçirilməsi, yəni idman qurğularının hazırlanması dedikcə vacib və ən çox vaxt aparan məsələ sayılırdı. Təşkilat Komitəsi bu işin öhdəsindən bacarıqla gəldi!

Bakı Olimpiya Stadionu müasirliyi və möhtəşəmliyi ilə qürur doğurur. 50 hektar ərazidə tikilən, 6 mərtəbədən ibarət olmaqla hündürlüyü 62 metrə çatan bu nəhəng qurğu 68 min tamaşaçı tutur. Onun tikintisinə 6 iyun 2011-ci ildə başlanmış, 18 mart 2015-ci ildə isə açılış mərasimi keçirilmişdir. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi bu stadionun sahəsinə 4, tribunaya isə 26 qapıdan giriş var. İyunun 21-22-də atletika yarışları da burada keçiriləcəkdir.

Bakı Su İdman Sarayının ümumi sahəsi 72 min kvadratmetrdir. Burada üç hovuz yaradılıb. Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan hovuzda 800-dən çox idmançının yarışacağı gözlənilir. Su İdman Sarayının açılışı 20 aprel 2015-ci ildə olub.

Milli Gimnastika Arenası Bakıda yeni istifadəyə verilən ən müasir idman qurğularındandır. Ötən ay bu arenada sınaq yarışları da uğurla keçirilmişdir. Kompleksin gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Burada dünya standartlarına uyğun olaraq mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Zalda ən müasir gimnastika avadanlığı quraşdırılmışdır. I Avropa Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına Lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi nəzərdə tutulur.

Ən vacib məsələlərdən biriOlimpiya kəndinin hazırlanması sayılırdı. Bu məkan elə yerdə seçilməli idi ki, əvvəla, idmançıların və komanda rəsmilərinin rahat, təhlükəsiz, səs-küydən uzaq yerdə dincəlmələrinə və yaşamalarına zəruri şərait olsun. Digər tərəfdən, idmançıların yarış ünvanlarına rahattez çatmaları da arzuedilən idi. Problem uğurla həll edildi. Artıq 7 min 878 atletin yerləşə biləcəyi “Atletlər kəndi” qonaqların qəbuluna tam hazırdır. Ümumi sahəsi 383 min kvadratmetr olan yaşayış məntəqəsi otaqların ölçüsünə görə Olimpiya Oyunlarındakından fərqlənir və təqribən iki dəfə böyükdür. 10 və 16 mərtəbəli 13 binadan ibarət olan obyektin hər mərtəbəsində 3, ya 5 mənzil var. Olimpiya stadionu ilə Milli Gimnastika Arenasının yaxınlığında, paytaxtın arteriyasını təşkil edən dairəvi yolların kənarında yerləşdiyindən gediş-gəliş rahat və sürətlidir.

Bakı Atıcılıq Mərkəzi də paytaxtın yeni idman obyektlərindəndir. Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə yarışlar keçiriləcək. Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti mövcuddur. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmalarına hərtərəfli imkan var. Burada eyni vaxtda 40 idmançı yarışa biləcək. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. Güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb.

Avropa Oyunları parkında su polosu, çimərlik voleybolu, çimərlik futbolubasketbol yarışları keçiriləcəkdir. Park üç idman qurğusundandörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektar, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır. İclas və məlumat otaqları, kafe və VIP sahələr də var. Kompleksdə 1836 və 560 tamaşaçı olan iki üzgüçülük hovuzu inşa edilib. Burada təmizləyici su hovuzu da tikilib.

Parkın basketbol yarışları kompleksi də beynəlxalq tələblərə uyğundur. Final yarışları üçün nəzərdə tutulan eni 11, uzunluğu 15 metr olan meydançada 2008 nəfərlik tribuna qurulub. Hər biri 376 tamaşaçı tutan daha üç meydança da buraya daxildir.

Çimərlik voleybolu və çimərlik futbolu üzrə yarışların keçirilməsinə də hər cür şərait yaradılıb. Kompleksdə 2931 tamaşaçı tutumu olan meydançada final yarışları keçiriləcəkdir.

Velopark müasir idman qurğusu olmaqla velosiped idmanı üzrə bütün növ yarışların keçirilməsi tələblərinə tam cavab verir. Onun ərazisində ikimərtəbəli ofis binası, , dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar var. Ərazidə VIP, Olimpiya ailəsi, qonaqlar və nümayəndələr üçün yer, avtodayanacaq, habelə digər xidmət sahələri mövcuddur.

İndiyədək ölkə paytaxtında fəaliyyət göstərən bir sıra tikintilər isə yenidən qurularaq idman yarışlarının yüksək səviyyədə keçirilməsinə uyğunlaşdırılmışdır. BunlardanKristal Hall”, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu və Müvəqqəti Basketbol arenalarını göstərmək olar.

İdmançıları məşqə və yarışlara aparıb-gətirmək də ən vacib məsələlərdəndir. Bakıda yaradılan yeni yol infrastrukturu bu işi xeyli asanlaşdırır. Üstəlik, yollarda “Bakı-2015” tədbiri ilə əlaqədar yeni zolaqlar ayrılmış, idman yarışlarına gedənlərin sürətli hərəkətinə hər cür şərait yaradılmışdır. Bütövlükdə paytaxtın bütün növ nəqliyyat sistemi çoxsaylı insanların qəbuluna və daşınmasına uyğunlaşdırılmışdır.

Yarışlara qatılacaq qonaqlar və turistlər də unudulmamışdır. Onların qarşılanması, hotellərdə yerləşdirilməsi, yarışlara aparılıb-gətirilməsi, asudə vaxtlarının maraqlı təşkili ilə bağlı bütün məqamlar nəzərə alınmış, öncədən planlaşdırılmışdır.

I Avropa Oyunlarına təqribən 1000-1500 KİV nümayəndəsinin gəlişi gözlənilir. Onların qarşılanıb yerləşdirilməsilə bağlı heç bir problem yoxdur. Jurnalistlərin baş verənlərdən anındaca xəbər tutmaları, müxtəlif yarışları əyani şəkildə izləmələri, topladıqları informasiyaları və yazdıqları yazıları çalışdıqları quruma dərhal çatdırmaları, rahat işləmələri və dincəlmələri üçün bütün şərait yaradılmışdır. Bu məqsədlə inşa olunanMedia mərkəzi” də yenimüasirdir.

I Avropa Oyunlarının rəmzi kimi Narın və Ceyranın seçimison dərəcə uğurludur. Nar Qurani-Kərimdə adıçəkilən 5 meyvədən biridir. Ceyran isə zərifliyi və gözəlliyi, dincliyi ilə fərqlənən varlıqdır.

Təşkilat Komitəsinin yüksək zövqlə hazırladığı “alov avadanlığı” da maraqlı dizaynı və milli elementləri ilə diqqət çəkir. Həm də özündən əvvəlkilərə bənzəmir. Məsələn, nar ağacı şəklində hazırlanan, hündürlüyü 660 millimetr olan məşəlin başlığı da nar formasındadır. Onun 50 guşəsi Oyunlarda iştirak edən ölkələrin sayını ifadə edir. “Durna çırağı” formasında hazırlanan son dərəcə maraqlı və orijinal görünüşlü lampalar milliliyi ilə diqqət çəkir. “Atəşgah” məbədindən götürülərək məşəllərlə Azərbaycanın bölgələrinə çatdırılan alov həmin lampalara “köçürülərək” görünən yerlərdə qoyulacaqOlimpiya kasası (bu da çox maraqlı və özəl quruluşdadır) ilə birlikdə 28 iyunda başa çatacaq yekun mərasiminin sonuna qədər şölələnəcəkdir.

I Avropa Oyunlarının məşəli artıq “Atəşgah” məbədindən başlayan və respublikanın 60 rayonunu əhatə edəcək 47 günlük səyahətə çıxmışdır. Təşkilat Komitəsi məşəlin gəzdirilmə mərasimini də çox maraqlı və yaddaqalan şəkildə təşkil etmişdir. 1000-dən çox məşəlçinin iştirakı ilə bu mərasimdə təqribən 5500 kilometr məsafənin qət ediləcəyi gözlənilir. Öz inkişafına görə paytaxt Bakıdan geri qalmayan Azərbaycanın rayonlarında Alov festivalları keçirilir, insanlar böyük ruh yüksəkliyi, iftixar hissi ilə mərasimlərə qatılır, sevinir, gülür, alqışlayır və ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsindən böyük qürur duyduqlarını bildirirlər. Bu məşəl özü ilə regionlara bir hərarət, işıq və sevinc də aparır!

Qısa müddətdə görülən işlərin həcmi və keyfiyyəti, dəvət olunmuş təcrübəli və səriştəli mütəxəssislərin iştirakı ilə hazırlanan tədbirlər, irəlicədən müəyyən edilmiş işlərin dəqiqliklə icrası göstərir ki, ilk Avropa Oyunları Azərbaycanda yüksək səviyyədə keçiriləcək, ölkəmiz dünya idman tarixinə parlaq və şərəfli bir səhifə yazacaqdır!

 

 Bəxtiyar SADIQOV

Azərbaycan.-2015.- 17 may.-  S.1.