“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”

 Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə  qərara alır:

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 477; 2008, ¹ 10, maddə 886; 2009, ¹ 12, maddə 966; 2010, ¹ 10, maddə 837; 2011, ¹ 3, maddə 162; 2013, ¹ 5, maddə 475, ¹ 12, maddə 1505; 2014, ¹ 11, maddə 1347) 8.7-ci maddəsinin birinci cümləsində “Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda” sözləri “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 3 aprel 2015-ci il

Azərbaycan.-2015.- 17 may.- S. 2.