Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş

“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət

keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 453, ¹ 12, maddə 731; 2004, ¹ 10, maddə 760; 2005, ¹ 4, maddə 280, ¹ 10, maddələr 871, 872; 2006, ¹ 10, maddə 846, ¹ 11, maddə 927; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1073, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 10, maddə 882; 2009, ¹ 2, maddə 48, ¹ 6, maddə 399; 2010, ¹ 3, maddə 171, ¹ 4, maddə 273, ¹ 12, maddə 1057; 2011, ¹ 1, maddə 13, ¹ 2, maddə 71; 2013, ¹ 5, maddə 462) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 8-ci bəndində “vətəndaşlığından çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 3 aprel 2015-ci il

Azərbaycan.-2015.- 17 may.- S. 2.