Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli
qərarı ilə təsdiq edilmiş “Fəaliyyət
növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi
razılıq (lisenziya) verilməsi üçün tələb olunan
əlavə şərtlər”də dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
№ 119
Bakı şəhəri, 23 aprel 2015-ci il
“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 676; 2004, № 2, maddə 115; 2005, № 9, maddə 860, № 12, maddə 1234; 2006, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008, № 1, maddə 37, № 10, maddə 928, № 12, maddələr 1110, 1114; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 156, № 4, maddə 279, № 8, maddə 670, № 9, maddələr 739, 754, № 12, maddə 1078; 2010, № 3, maddə 264; 2011, № 1, maddə 63; 2012, № 9, maddə 931; 2013, № 2, maddə 203, № 6, maddə 735; 2014, № 10, maddə 1290) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə aşağıdakı məzmunda 22.4-cü bənd əlavə edilsin:
“22.4. xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 17 may.- S.5.