“Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret
sahələr üzrə elektron xidmətlər
göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin
Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli
191 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
№ 120 Bakı
şəhəri, 27 aprel 2015-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırıl- mış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 19 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
3.9.
Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
2. Aşağıdakı məzmunda 3.9-1 - 3.9-6-cı və 3.19-cu bəndlər əlavə edilsin:
3.9-1.
Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-2.
Nikah haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-3.
Nikahın pozulması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-4.
Övladlığa götürmə haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-5.
Atalığın müəyyən edilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.9-6.
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
3.19.
Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 17 may.- S.5.