“Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində dəyişikliklərin
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 122
Bakı şəhəri,
28 aprel 2015-ci il
“Azərbaycan Respublikasının
Ailə Məcəlləsində
dəyişikliklərin edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2014-cü il 17 oktyabr tarixli
1080-IVQD nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
15 dekabr tarixli 389 nömrəli Fərmanının
1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Nikaha daxil olmaq
istəyən şəxslərin
tibbi müayinədən
keçməli olduğu
xəstəliklərin Siyahısı”
təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Nikaha daxil olmaq
istəyən şəxslərin
tibbi müayinədən
keçmə Qaydası”
təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Nikaha daxil olmaq
istəyən şəxslərin
tibbi müayinədən
keçdiklərini təsdiq
edən arayışın
forması” təsdiq edilsin (3 nömrəli əlavə).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin 2015-ci il 28 aprel
tarixli 122 nömrəli
qərarı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
Nikaha daxil olmaq istəyən
şəxslərin tibbi
müayinədən
keçməli olduğu
xəstəliklərin
SİYAHISI
1. Nikaha daxil olmaq
istəyən şəxslər
aşağıdakı xəstəliklər
üzrə tibbi müayinədən keçməlidirlər:
1.1. hemoqlobinopatiyalar:
1.1.1. böyük
beta-talassemiya;
1.1.2. aralıq
beta-talassemiya;
1.1.3. drepanotalassemiya;
1.1.4. oraqvari
hüceyrəli anemiya;
1.2. İİV/QİÇS;
1.3. sifilis.
___________________
Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin 2015-ci il 28 aprel
tarixli 122 nömrəli
qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə
Nikaha daxil olmaq istəyən
şəxslərin tibbi
müayinədən keçmə
QAYDASl
1. Ümumi
müddəalar
1.1. Bu Qayda sağlam ailənin formalaşması
üçün şəraitin
yaradılması, irsi
xəstəliklə və
anadangəlmə inkişaf
qüsuru ilə uşaqların doğulmasının
qarşısının alınması
məqsədi ilə Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin 13-cü maddəsinə
əsasən hazırlanmışdır
və nikaha daxil olmaq istəyən
şəxslərin tibbi
müayinədən keçməsi
qaydasını müəyyən
edir.
1.2. Nikaha daxil olmaq
istəyən şəxslərin
tibbi müayinəsi Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən
təsdiq edilmiş xəstəliklərin siyahısı
üzrə aparılan
klinik və laborator müayinələrdən,
habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması
məsələləri üzrə
məsləhətlərin verilməsindən
ibarətdir.
1.3. Bu Qayda nikaha
daxil olmaq istəyən Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərə
və əcnəbilərə
də şamil edilir.
2. Tibbi
müayinələrin təşkili
2.1. Tibbi müayinə və məsləhətlər
nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin
yaşayış yeri
üzrə Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi tərəfindən
müəyyən edilmiş
dövlət və (və ya) bələdiyyə
tibb müəssisəsində,
tərəflərdən biri
azadlıqdan məhrum
edilmiş şəxs
olduqda isə həmin şəxsin olduğu cəzaçəkmə
müəssisəsinin tibb
xidməti tərəfindən
həyata keçirilir.
2.2. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
2.3. Tibbi müayinənin keçirilməsinə, habelə
məsləhətlərin verilməsinə
və qeydiyyatın aparılmasına nəzarət
tibb müəssisəsinin
rəhbəri tərəfindən
həyata keçirilir.
3. Tibbi müayinələrin
keçirilməsi və
məsləhətlərin verilməsi
3.1. Nikaha daxil olmaq
istəyən şəxslərin hər biri tibbi müayinədən
keçirilir.
3.2. Tibbi müayinədən sonra nikaha daxil
olmaq istəyən şəxslərə müayinənin
nəticəsi barədə
ayrı-ayrılıqda məlumat
verilir və buna uyğun olaraq onlara tibbi-genetik,
tibbi-psixoloji və ailənin planlaşdırılması
məsələləri üzrə
məsləhətlər verilir.
3.3. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən
şəxslərə yazılı
formada təqdim edilməklə rəsmiləşdirilir.
3.4. Nikaha daxil olmaq
istəyən şəxslərə
Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində
Naxçıvan Muxtar
Respublikası Ədliyyə
Nazirliyinin rayon (şəhər)
qeydiyyat şöbələrinə,
Azərbaycan
Respublikası Xarici
İşlər Nazirliyinin
xaricdəki konsulluq idarələrinə, rayon tabeli
şəhərlərdə, qəsəbələrdə və
kəndlərdə rayon, şəhər,
şəhər rayonu
icra hakimiyyətlərinin
nümayəndəliklərinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini
təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri
əks olunmur.
3.5. Arayış tibb müəssisəsinin rəhbəri
və tibbi müayinənin aparılmasına
məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir.
3.6. Nikaha daxil olmaq
istəyən şəxslərin
tibbi müayinəsinin
nəticələri həkim
sirridir.
3.7. Nikaha daxil olmaq
istəyən tərəf
tibbi müayinənin nəticəsi barədə
digər tərəfi
məlumatlandırır və
yazılı razılıqlarına
əsasən cütlüyə
həkim məsləhəti
verilir.
3.8. Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq
istəyən şəxslərin
tibb müəssisəsinə
müraciət etdiyi gündən sonra 2 (iki) həftədən çox olmamalıdır.
3.9. Tibbi arayışın etibarlılıq müddəti
1 (bir) aydır.
Azərbaycan.-2015.- 17 may.- S.5.