Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 123                                    Bakı şəhəri, 1may 2015-ci il

 

 

“Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturunda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1012 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153, ¹ 4, maddə 282, ¹ 7, maddə 605, ¹ 8, maddələr 674, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr 146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr 856, 862; 2012, ¹ 5, maddə 479, ¹ 8, maddə 818, ¹ 10, maddə 1027, ¹ 11, maddə 1205; 2013, ¹ 1, maddə 74, ¹ 8, maddələr 1014, 1037; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 313, ¹ 6, maddə 736, ¹ 7, maddə 919, ¹ 10, maddə 1308; 2015, ¹ 2, maddə 227) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda “Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Bakı Şəhəri Vergilər Departamenti” sözləri “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlər” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 17 may.- S.5.