Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli
qərarı ilə təsdiq
edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 124
Bakı şəhəri, 1may 2015-ci il
“Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1012 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10, maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr 674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr 146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447, ¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817, ¹ 10, maddə 1028, ¹ 11, maddə 1204, ¹ 12, maddələr 1363, 1388; 2013, ¹ 1, maddə 73, ¹ 8, maddələr 1015, 1038, ¹ 10, maddə 1219; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 312, ¹ 6, maddə 736, ¹ 7, maddə 918, ¹ 10, maddə 1308; 2015, ¹ 2, maddə 227) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 15-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“15. Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi
15.1. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi yanında departamentlər
15.2. Azərbaycan Respublikası
Vergilər Nazirliyinin:
15.2.1. ərazi vergilər
departamentləri
15.2.2. ərazi vergilər
idarələri
15.2.3. rayon vergilər şöbələri
15.3. Naxçıvan Şəhər
Vergilər İdarəsi,
Naxçıvan Muxtar
Respublikasının rayon vergilər
şöbələri.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2015.-
17 may.- S.5.