“Azərbaycan
Respublikasında mədəniyyət sahəsində dövlət
monitorinqinin həyata
keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 128 Bakı
şəhəri, 1 may 2015-ci il
“Mədəniyyət
haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr
tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli
Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasında mədəniyyət sahəsində
dövlət monitorinqinin həyata keçirilməsi
Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin 2015-ci il 1 may
tarixli
128 nömrəli qərarı ilə
təsdiq
edilmişdir
Azərbaycan
Respublikasında mədəniyyət sahəsində
dövlət monitorinqinin həyata keçirilməsi
QAYDASI
1.
Ümumi müddəalar
1.1. Bu
Qayda “Mədəniyyət haqqında” Azərbaycan
Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən
hazırlanmışdır və mədəniyyət sahəsində
dövlət monitorinqinin həyata keçirilməsi
qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasında mədəniyyət
müəssisələrindən və mədəni sərvətlərdən
istifadə etmək hüququ dövlət tərəfindən
təmin edilir.
Bu məqsədlə dövlət tərəfindən
“Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq mədəniyyət
sahəsində dövlət monitorinqi aparılır.
2. Mədəniyyət
sahəsində dövlət monitorinqinin məqsədi
2.1. Mədəniyyət
sahəsində dövlət monitorinqinin məqsədi mədəniyyət
sahəsində dövlət siyasətinin həyata
keçirilməsinin cari vəziyyətinin öyrənilməsi,
çatışmazlıqların və həyata keçiriləcək
dövlət mədəniyyət siyasəti istiqamətlərinin
və mədəniyyət siyasəti tədbirlərinin müəyyən
edilməsidir.
3. Mədəniyyət
sahəsində dövlət monitorinqini həyata keçirən subyektlər
3.1. Azərbaycan
Respublikasında mədəniyyət sahəsində dövlət
monitorinqi Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi (bundan sonra – Nazirlik), “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan
sonra – İdarə) tərəfindən həyata keçirilir.
3.2. Azərbaycan Respublikasında mədəniyyət sahəsində
dövlət monitorinqinin həyata keçirilməsi məqsədi
ilə Nazirliyin əməkdaşlarından ibarət daimi fəaliyyət
göstərən komissiyalar yaradılır. “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə dövlət
monitorinqinin həyata keçirilməsi məqsədi ilə
İdarənin əməkdaşlarından ibarət daimi fəaliyyət
göstərən komissiya yaradılır. Mədəniyyət sahəsində dövlət
monitorinqinin müşahidələrindən asılı olaraq
komissiyanın tərkibində zərurət yarandıqda
müvafiq mütəxəssislər, qeyri-hökumət təşkilatlarının,
o cümlədən yaradıcılıq birliklərinin
nümayəndələrindən ibarət
yardımçı işçi qrupu yaradıla bilər.
Yardımçı işçi qrupunun üzvlərinin
əmək fəaliyyəti Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə tənzimlənir.
4. Mədəniyyət
sahəsində dövlət monitorinqinin müşahidələri
4.1. Mədəniyyət
sahəsində dövlət monitorinqi mədəni sərvətlərin
istifadəsinin və cari vəziyyətinin, mədəniyyət
sənayesinin vəziyyətinin, mədəniyyət məhsullarının
və xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin,
maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə
və istifadə qaydalarına riayət olunmasının, milli
azlıqların, mədəni müxtəlifliklərinin vəziyyətinin,
mədəniyyət sahələrində idarəetmə, kadr,
maddi və texniki təchizatın cari vəziyyətinin, mədəniyyət
sahəsində elm və təhsil müəssisələrində
təhsil prosesinin və tədris proqramlarının
müşahidələrindən ibarətdir.
5. Mədəni
sərvətlərin istifadəsinin və mövcud vəziyyətinin
müşahidəsi
5.1. Mədəni
sərvətlərin istifadəsinin və mövcud vəziyyətinin
müşahidəsi zamanı aşağıdakı hallar qiymətləndirilir:
5.1.1. daşınar mədəni sərvətlərin
qorunması və ya nümayişini həyata keçirən
bina və tikililər, muzeylər, kitabxanalar və arxivlər,
müharibə şəraitində mədəni sərvətlərin
mühafizəsini təmin edən sığınacaqlar;
5.1.2. mədəni sərvətlərin
toplandığı yerlər;
5.1.3. daşınmaz mədəni irs abidələrinin
Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının
Dövlət Siyahısına və mədəni sərvətlərin
mühafizə siyahısına daxil edilməsi,
çıxarılması;
5.1.4. dövlətin, bələdiyyələrin,
hüquqi və fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının,
o cümlədən ictimai və yaradıcılıq birliklərinin
mülkiyyətində və ya istifadəsində olan mədəni
sərvətlərin vəziyyəti, saxlanılması, istifadə
proqramına riayət olunması və mühafizəsi;
5.1.5. mühafizə məqsədi ilə mədəni
sərvətlərə qabaqlayıcı, konservasiya, bərpa
və xüsusi mühafizə dərəcələrinin tətbiq
edilməsi;
5.1.6. “Mədəniyyət
haqqında” Azərbaycan Respublikası Qanununun 43.0.7-ci və
43.0.8-ci maddələrinin tələblərinə riayət
olunması.
6. Mədəniyyət
sənayesinin vəziyyətinin müşahidəsi
6.1. Mədəniyyət
sənayesinin vəziyyətinin müşahidəsi zamanı
aşağıdakı hallar qiymətləndirilir:
6.1.1. mədəniyyət, o cümlədən əyləncə
sənayesinin inkişaf etdirilməsi, mədəniyyətin
müxtəlif formalarının rəqabətədavamlılığının
dəstəklənməsi;
6.1.2. mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin
inkişafının təmin edilməsi;
6.1.3. mədəniyyət sənayesinin
inkişafına yönəldilmiş investisiya layihələrinin
həyata keçirilməsi və ya investisiya mühitinin
yaxşılaşdırılması məqsədi ilə həmin
investisiyaların qoyuluşuna əlverişli mühitin
yaradılması;
6.1.4. kinematoqrafiya, nəşriyyat, o cümlədən
elektron nəşriyyat işi, memarlıq və dizayn,
multimedia, kulinariya və reklam.
7. Mədəniyyət məhsullarının
və xidmətlərinin kəmiyyəti və keyfiyyətinin
müşahidəsi
7.1. Mədəniyyət
məhsullarının və xidmətlərinin kəmiyyəti
və keyfiyyətinin müşahidəsi zamanı
aşağıdakı hallar qiymətləndirilir:
7.1.1. mədəniyyət sahəsində məhsulların
və xidmətlərin uyğunluğunun təmin olunması;
7.1.2. mədəniyyət məhsullarının və
xidmətlərinin əldə edilməsi, istifadəsi və
barəsində sərəncam verilməsinin “Mədəniyyət
haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə
uyğun olaraq tənzimlənməsi;
7.1.3. milli mədəniyyətin müasir dünya mədəniyyətindən
bəhrələnməsinə, milli ənənələrin
inkişafına, əhalinin mənəvi tələbatının
ödənilməsinə xidmət edən mədəniyyət
əsərlərinin yaradılması;
7.1.4. muzeylərin, muzey tipli müəssisələrin,
sərgi salonlarının, tarix və mədəniyyət əhəmiyyətli
parkların və qoruqların fəaliyyəti.
8. Maddi və
qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə
və istifadə qaydalarına riayət olunmasının
müşahidəsi
8.1. Maddi
və qeyri-maddi mədəni irs obyektlərinin
vəziyyətinə və istifadə qaydalarına riayət
olunmasının müşahidəsi zamanı
aşağıdakı hallar qiymətləndirilir:
8.1.1. maddi və qeyri-maddi mədəni irs obyektlərinin
sahiblərinə həmin obyektlərin mühafizəsini təmin
etmək məqsədi ilə təminatların verilməsi;
8.1.2. maddi və qeyri-maddi mədəni irs obyektlərinin
mühafizəsinin mədəniyyət sahəsində dövlət
reyestri sistemi vasitəsilə təmin edilməsi;
8.1.3. nadir tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə
malik olan və Azərbaycan xalqı üçün xüsusi
əhəmiyyət daşıyan maddi və qeyri-maddi mədəni
irs obyektlərinin müəyyən edilməsi və
qorunması.
9. Mədəniyyət sahələrində
idarəetmə, kadr, maddi və texniki təchizatın cari vəziyyətinin
müşahidəsi
9.1. Mədəniyyət
sahələrində idarəetmə, kadr, maddi və texniki təchizatın
cari vəziyyətinin müşahidəsi zamanı
aşağıdakı hallar qiymətləndirilir:
9.1.1. mədəniyyət sahəsində ixtisaslı
kadrların hazırlanması və onların peşəkarlıq
səviyyəsinin artırılması;
9.1.2. mədəniyyət müəssisələrinin
bərpası, maddi-texniki bazasının gücləndirilməsi,
kadr potensialının bilik və bacarıqlarının
artırılması məqsədi ilə layihələrin
maliyyələşdirilməsinin həyata keçirilməsi;
9.1.3. mədəniyyət sahəsinin
inkişafında xidmətlərə və töhfələrə
görə mədəniyyət işçilərinin və
yaradıcı şəxslərin həvəsləndirilməsi
tədbirlərinin təşkili;
9.1.4. mədəniyyət sahəsinin idarə
olunmasında yerli özünüidarəetmə orqanları,
qeyri-hökumət təşkilatları və özəl
sektorla əməkdaşlığın həyata keçirilməsi;
9.1.5. mədəniyyət sahəsində
çalışan kadrların ixtisasının tutduğu vəzifəyə
uyğunluğunun araşdırılması.
10. Mədəniyyət
sahəsində elm və təhsil müəssisələrində
tədqiqat işinin təşkili, təhsil prosesinin və tədris
proqramlarının müşahidəsi
10.1. Mədəniyyət
sahəsində elm və təhsil müəssisələrində
təhsil prosesinin və tədris proqramlarının müşahidəsi
zamanı aşağıdakılar qiymətləndirilir:
10.1.1. mədəniyyət sahəsində təhsil və
elmi araşdırmalar üzrə layihələrin həyata
keçirilməsində dövlət maliyyələşdirilməsi;
10.1.2.
elmi-texniki, müasir texnologiya vasitəsilə uşaq və gənclərin
mədəniyyət fəaliyyətini və mədəni sərvətlərdən
istifadə edilməsini stimullaşdıran layihələrin həyata
keçirilməsi;
10.1.3. şəxslərin mədəniyyət sahəsində
təhsil almaq və elmi fəaliyyətlə məşğul
olmaq hüququna malik olması;
10.1.4. mədəniyyət sahəsində elmi tədqiqatların
aparılmasına dövlət tərəfindən şəraitin
yaradılması;
10.1.5. mədəniyyət sahəsində elmi tədqiqat
fəaliyyətinin həyata keçirilməsi və elmi tədqiqat
işlərinin yerinə yetirilməsi dərəcəsi;
10.1.6. mədəniyyət sahəsində ümumi
estetik tərbiyənin, təhsilin, o cümlədən əlavə
təhsilin gücləndirilməsi məqsədi ilə
müvafiq layihələrin həyata keçirilməsi;
10.1.7. tədris prosesinin təşkilinin keyfiyyət
göstəriciləri və tədris prosesinin təkmilləşdirilməsi
sahəsində təşəbbüskarlıq.
11. Mədəniyyət
sahəsində dövlət monitorinqinin həyata keçirilməsi
11.1.
Nazirlik, “İçərişəhər” Dövlət
Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqları ərazilərində isə İdarə tərəfindən
növbəti ilin başlanmasına ən geci 3(üç) ay
qalmış bu Qaydanın 4-10-cu hissələrində nəzərdə
tutulan müşahidələrdən birinin və ya bir
neçəsinin aparılması barədə mədəniyyət
sahəsində dövlət monitorinqinin növbəti il üçün tədbirlər planı
hazırlanıb təsdiq edilir.
11.2. Təsdiq
edilmiş tədbirlər planına uyğun olaraq bu
Qaydanın 3.2-ci bəndində göstərilən komissiya
yaradılır.
11.3. Tədbirlər
planında aşağıdakı məlumatlar qeyd edilir:
11.3.1. tədbirlər planını təsdiq edən
dövlət orqanının adı;
11.3.2. tədbirlər
planı üzrə növbəti il
üçün həyata keçiriləcək bu Qaydanın
4-10-cu hissələrində nəzərdə tutulan
müşahidələrdən biri və ya bir neçəsi;
11.3.3. mədəniyyət sahəsində dövlət
monitorinqinin həyata keçirilməsinin başlanma və
bitmə tarixləri;
11.3.4. müşahidələr zamanı
aparılmalı olan qiymətləndirmələr;
11.3.5. müşahidələrin həyata
keçirilmə üsulları;
11.3.6. müşahidələrin aparılması məqsədi
ilə yaradılacaq komissiyanın tərkibi.
11.4. Tədbirlər
planı təsdiq edildikdən sonra növbəti ilin
başlanmasına ən geci 2(iki) ay qalmış ictimaiyyətin
etiraz və təklifləri üçün bu Qaydanın
3.1-ci bəndində göstərilən orqanların internet
saytlarında yerləşdirilir, rəsmi dövlət qəzetlərində
dərc etdirilir.
12. Mədəniyyət
sahəsində dövlət monitorinqinin həyata keçirilmə
müddəti
12.1. Mədəniyyət
sahəsində dövlət monitorinqi planlı (növbəti) və plandankənar
(növbədənkənar)
qaydada həyata keçirilir.
12.2. Mədəniyyət
sahəsində dövlət monitorinqi planlı (növbəti)
qaydada həyata keçirildikdə, bu Qaydanın 11-ci hissəsinə
uyğun olaraq tədbirlər planı hazırlanıb təsdiq
edilməlidir.
12.3. Mədəniyyət
sahəsində dövlət monitorinqinin plandankənar
(növbədənkənar) qaydada həyata keçirilməsi
zərurəti olduqda, bu Qaydanın 11-ci hissəsinə
uyğun olaraq tədbirlər planı hazırlanmır və
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə
uyğun olaraq plandankənar (növbədənkənar) yoxlama
aparılır.
12.4. Bu Qaydanın 12.2-ci bəndinə əsasən mədəniyyət
sahəsində dövlət monitorinqi ildə 1(bir) dəfə
həyata keçirilir. Mədəniyyət sahəsində
dövlət monitorinqi başlandığı tarixdən
etibarən 1(bir) aydan çox davam edə bilməz.
12.5.
Dövlət orqanlarının, təşkilatlarının,
habelə fiziki və hüquqi şəxslərin müraciətlərinə
əsasən təcili və təxirəsalınmaz tədbirlərin
görülməsi zərurəti müəyyən edildikdə,
mədəniyyət sahəsində dövlət monitorinqi
plandankənar (növbədənkənar) qaydada həyata
keçirilir.
13. Mədəniyyət
sahəsində dövlət monitorinqinin həyata keçirilmə
üsulları
13.1. Mədəniyyət
sahəsində dövlət monitorinqi aşağıdakı
üsullarla həyata keçirilir:
13.1.1. mədəniyyət sahəsində dövlət
monitorinqinin məqsədləri üçün sənəd
və məlumatların yoxlanılması;
13.1.2. mədəniyyət sahəsində dövlət
monitorinqinin məqsədləri üçün mədəni
sərvətlərə, abidələrə, mühafizə
zonalarına, qoruqlara, binalara, tikililərə və
avadanlıqlara baxışın keçirilməsi;
13.1.3. mədəniyyət nümunələrinin
ekspertizasının həyata keçirilməsi.
13.2. Bu Qaydanın 3.2-ci bəndinə əsasən yaradılmış komissiya mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq hüququna malikdirlər.
13.3. Bu Qaydanın 3.2-ci bəndinə əsasən yaradılmış komissiya mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi və müşahidələrin aparılması məqsədi ilə bütün ərazilərdə, tikililərdə və digər yerlərdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq yoxlama aparmaq hüququna malikdir.
13.4. Bu Qaydanın 3.2-ci bəndinə əsasən yaradılmış komissiya tərəfindən mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi zərurəti müəyyən edildikdə, həmin nümunələr Nazirliyə ekspertiza üçün təqdim edilir.
14. Mədəniyyət
sahəsində dövlət monitorinqinin elektron məlumat
sistemi
14.1. Mədəniyyət
sahəsində dövlət monitorinqinin aparılması məqsədi
ilə Nazirlik
tərəfindən mədəniyyət sahəsində
elektron məlumat sistemi yaradılır.
14.2.
Elektron məlumat sistemində aşağıdakı məlumatlar
qeyd edilir:
14.2.1. il ərzində mədəniyyət sahəsində
həyata keçirilməsi nəzərdə tutulan dövlət
monitorinqinin başlanma və bitmə tarixləri;
14.2.2. mədəniyyət sahəsində dövlət
monitorinqinin aparılması məqsədi ilə
yaradılmış komissiyanın tərkibi;
14.2.3. mədəniyyət sahəsində dövlət
monitorinqinin müşahidələri zamanı həyata
keçirilən qiymətləndirmələr;
14.2.4. mədəniyyət sahəsində dövlət
monitorinqinin nəticələri.
14.3.
Elektron məlumat sistemində göstərilən məlumatlar
ictimaiyyətin irad və təklifləri üçün
açıq olmalıdır.
15. Mədəniyyət
sahəsində həyata keçirilmiş dövlət
monitorinqinin nəticələri
15.1. Mədəniyyət
sahəsində həyata keçirilən dövlət
monitorinqinin nəticələri əsasında komissiya tərəfindən
hesabat tərtib olunur.
15.2. Tərtib
olunmuş hesabat komissiya tərəfindən Nazirliyə,
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları
ərazilərində
İdarəyə müvafiq tədbirlərin
görülməsi üçün təqdim edilir.
15.3.
Nazirliyə və İdarəyə təqdim olunmuş hesabat əsasında
hər hansı bir dəyişiklik aparılmasına ehtiyac
olarsa, o zaman Nazirlik və İdarə tərəfindən təkliflər
hazırlanaraq ictimaiyyətin rəy
və təklifləri nəzərə alınmaqla, eləcə
də aidiyyəti dövlət orqanları ilə
razılaşdırılmaqla, müvafiq qərar qəbul
olunması üçün Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim edilir.
Azərbaycan.-2015.- 17 may.- S.5.