“Əmək müqaviləsi bildirişinin forması və onun
elektron informasiya
sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı
işəgötürənə göndərilən məlumat
forması, habelə qeydiyyata
alınmış əmək müqaviləsi bildirişinin
məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı
Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 165 Bakı
şəhəri, 4 may 2015-ci il
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1165-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1031 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 738) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına və ikinci abzasına “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri əlavə edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” üzrə:
2.1. adına, 1.1-ci, 2.1-ci bəndlərinə, 3-cü hissəsinə, 3.1-3.3-cü, 5.3-cü, 6.2-ci və 8.1-ci bəndlərinə “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri əlavə edilsin;
2.2. Qaydalara 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli əlavələrin adına “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 17 may.- S.5.