Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli
qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi,
tikintisi, yenidən qurulması və təmiri
Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 166
Bakı şəhəri, 4 may 2015-ci il
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1136-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1020 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 2, maddə 115; 2002, ¹ 11, maddə 675; 2003, ¹ 8, maddə 460; 2005, ¹ 1, maddə 49; 2006, ¹ 9, maddə 822; 2008, ¹ 2, maddə 130, ¹ 5, maddə 432) ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. II bölmənin 4.2-ci bəndinin ikinci abzasında “və saxlanılması” sözləri “ , saxlanılması və qorunması” sözləri ilə əvəz edilsin.
2. III bölmə üzrə:
2.1. 1.2-ci bənddə “servis” sözü “xidmət” sözü ilə əvəz edilsin;
2.2. 1.3-cü, 2.3-cü və 3.1-ci bəndlərdə “və saxlanılması” sözləri “ , saxlanılması və qorunması” sözləri ilə əvəz edilsin;
2.3. 2.1-ci bəndin dördüncü abzasına “saxlanılması,” sözündən sonra “qorunması,” sözü əlavə edilsin;
4.1-ci bəndə “saxlanılmasında” sözündən sonra “və qorunmasında” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 17 may.- S.5.