Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 29 oktyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanı əməkdaşlarının
attestasiyasının keçirilməsi
qaydası haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 169
Bakı şəhəri,
6 may 2015-ci il
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2014-cü il 30 dekabr tarixli
1160-IVQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 13
yanvar tarixli 438 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 29 oktyabr tarixli 163 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 10, maddə 879; 2007, ¹ 7, maddə 733) ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanı əməkdaşlarının
attestasiyasının keçirilməsi
qaydası haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1. 5-ci hissədə
“konkret müddəti,
habelə cədvəli”
sözləri “müddəti,
cədvəli və bu Əsasnamənin 5-1-ci hissəsində göstərilən
sualların hazırlanmasında
istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin
siyahısı” sözləri
ilə əvəz edilsin.
2. Aşağıdakı
məzmunda 5-1-ci hissə
əlavə edilsin:
“ 5-1. Attestasiya komissiyasının
üzvləri tərəfindən
əməkdaşa yalnız
tutduğu vəzifəyə,
vəzifə təlimatına,
ixtisasına dair, icra etdiyi işlər
və onların nəticələri barədə,
habelə tutduğu vəzifəyə uyğunluğunu
müəyyən etmək
üçün zəruri
olan əmək müqaviləsi ilə müəyyən edilmiş
hüquqları, qulluq
funksiyalarına aid olan
məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan əməkdaşa onun xidməti fəaliyyətinə
bilavasitə aid olmayan
sualların verilməsi,
habelə onun siyasi baxışlarına
və etiqadına görə qiymətləndirilməsi
yolverilməzdir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 17 may.- S.5.