“Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin, Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
şəxsi heyəti üçün ərzaq
payı normalarının və xidməti heyvanlarının
yemləmə normalarının təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 173 Bakı
şəhəri, 6 may 2015-ci il
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 451 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 566; 2014, ¹ 2, maddə 217, ¹ 5, maddə 592) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin uçuş heyəti üçün ərzaq payı Normaları”nın “Qeydlər”inin 1.3-cü bəndində “təyyarəçilər və şturmanlar” sözləri “təyyarəçi və şturman ixtisasları üzrə hərbi qulluqçu” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin kursantları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müdavimləri və dinləyiciləri üçün ərzaq payı Normaları”nın “Qeydlər”inin 1.1-ci bəndində “ali hərbi təhsil” sözləri “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 17 may.- S.6.