Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmişBağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişikliklər edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 174                                     Bakı şəhəri, 6 may 2015-ci il

 

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 451 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 2, maddə 211)  ilə təsdiq edilmişBağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.10.2-ci yarımbənddə “19” rəqəmi “20” rəqəmi ilə əvəz edilsin və həmin yarımbəndə “hərbi qulluqçular” sözlərindən sonra “və hərbi vəzifəlilər” sözləri əlavə edilsin.

2. 2.10.2-ci yarımbəndə (birinci halda), 3.2-ci və 3.22-ci bəndlərə “xüsusi təyinatlı” sözlərindən əvvəl “hərbi qulluqçu hazırlayan” sözləri əlavə edilsin.

3. 3.19-cu bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həmin şəxslər hərbi qeydiyyatdan çıxarıldıqdan sonra xidmət etdikləri bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında xüsusi qeydiyyata alınırlar.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 17 may.- S.6.