“Hərbi-həkim ekspertizası haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarında
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 175
Bakı şəhəri, 6 may 2015-ci il
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 451 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 134; 2010, ¹ 1, maddə 59; 2012, ¹ 12, maddə 1371; 2013, ¹ 10, maddə 1204, ¹ 12, maddə 1627) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 2.6-cı bəndin altıncı abzasında, 5.6-cı bəndin ikinci abzasında, “Xəstəliklər cədvəli”nin 44-cü hissəsinin “a” bəndinin onuncu abzasının birinci cümləsində, 3 nömrəli cədvəl - “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər”in “b)” bəndinin “Qeydlər”inin 1-ci hissəsində “hərbi uçotdan çıxarılmaqla” sözləri, 8.3-cü bəndin altıncı abzasında “hərbi uçotdan çıxarılmaqla,” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin.
2. 2.9-cu bəndin birinci abzasında “hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 17 may.- S.6.