Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 181                                     Bakı şəhəri, 12 may 2015-ci il

 

 

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1046-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 817 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 6, maddə 381; 2002, ¹ 11, maddə 675; 2004, ¹ 9, maddə 750, ¹ 12, maddə 1077; 2006, ¹ 9, maddə 822; 2007, ¹ 2, maddə 185; 2008, ¹ 5, maddələr 430, 432; 2009, ¹ 9, maddələr 738, 757, ¹ 10, maddə 857; 2014, ¹ 1, maddə 57, ¹ 6, maddə 747) ilə təsdiq edilmişQaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.1-ci bəndində “insanların həyatını, sağlamlığını və əmlakını” sözləri “insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 17 may.- S.6.