“Yanacağın,
texniki qurğuların,
texnoloji proseslərin,
mühərriklərin, nəqliyyat
və digər səyyar vasitələrin,
avadanlıqların atmosfer
havasının mühafizəsinə
dair tələblərə
uyğun olmasını
təsdiq edən sertifikatlaşdırmanın Qaydalarının
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 159 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 182
Bakı şəhəri,
12 may 2015-ci il
“Standartlaşdırma haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2014-cü il 30 sentyabr
tarixli 1046-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 31 oktyabr tarixli 817 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 159 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 10, maddə 642; 2009, ¹ 1, maddə 32) ilə təsdiq edilmiş “Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin,
nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların
atmosfer havasının
mühafizəsinə dair
tələblərə uyğun
olmasını təsdiq
edən sertifikatlaşdırmanın
Qaydaları”nın 1.2-ci bəndində
“əhalinin həyatı,
sağlamlığı, əmlakı
və ətraf mühit üçün təhlükəli olan” sözləri “insan həyatı və ya sağlamlığına,
ətraf mühitə
və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə
yaradan və ya mühüm zərər vuran” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 17 may.- S.6.