“Yeyinti məhsullarına
verilən uyğunluq, gigiyenik
sertifikatlarının və baytarlıq şəhadətnaməsinin
formasının və uyğunluq, gigiyenik sertifikatlarının və
baytarlıq şəhadətnaməsinin verilməsi
qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 183 Bakı şəhəri,
12 may 2015-ci il
“Standartlaşdırma
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2014-cü il 30 sentyabr tarixli 1046-IVQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
31 oktyabr tarixli 817 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
“Yeyinti
məhsullarına verilən uyğunluq, gigiyenik
sertifikatlarının və baytarlıq şəhadətnaməsinin
formasının və uyğunluq, gigiyenik
sertifikatlarının və baytarlıq şəhadətnaməsinin
verilməsi qaydalarının təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25
sentyabr tarixli 142 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 918;
2009, ¹ 1, maddələr 32, 34, ¹ 6, maddə 491; 2010, ¹ 12, maddə
1122; 2013, ¹ 5, maddə 583; 2015, ¹ 2, maddələr 227, 237) aşağıdakı
dəyişikliklər edilsin:
1. Həmin
qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına
uyğunluq sertifikatının verilməsi Qaydası” üzrə:
1.1.
1.4-cü bənddə “insan həyatının,
sağlamlığının, əmlakının və”
sözləri “insan həyatı və ya
sağlamlığının,” sözləri ilə əvəz
edilsin və həmin bəndə “ətraf mühitin” sözlərindən
sonra “və dövlətin əmlak maraqlarının” sözləri
əlavə edilsin;
1.2.
4.1.3-cü yarımbənddə “insanların həyatı,
sağlamlığı və əmlakına təhlükə
törədə biləcək” sözləri “insan həyatı
və ya sağlamlığına, ətraf mühitə və
dövlətin əmlak maraqlarına birbaşa və
mühüm təhlükə yaradan və ya mühüm zərər
vuran” sözləri ilə əvəz edilsin.
2. Həmin
qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına gigiyenik
sertifikatın verilməsi Qaydası”nın 3.1.4-cü
yarımbəndində “insanların həyatı,
sağlamlığı və əmlakına təhlükə
törədə biləcək” sözləri “insan həyatı
və ya sağlamlığına, ətraf mühitə və
dövlətin əmlak maraqlarına birbaşa və
mühüm təhlükə yaradan və ya mühüm zərər
vuran” sözləri ilə əvəz edilsin.
3. Həmin
qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına
baytarlıq şəhadətnaməsinin verilməsi
Qaydası”nın 3.1.4-cü yarımbəndində
“insanların həyatı, sağlamlığı və əmlakına
təhlükə törədə biləcək” sözləri
“insan həyatı və ya sağlamlığına, ətraf
mühitə və dövlətin əmlak maraqlarına
birbaşa və mühüm təhlükə yaradan və ya
mühüm zərər vuran” sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2015.- 17 may.- S.6.