Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

 

Mayın 16-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, birliyin üzvləri iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndikdən sonra birliyin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov 2011-2015-ci illərdə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. O, konfransın birinci Avropa Oyunları ərəfəsində keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib.

Seymur Orucov deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Azərbaycanın dövlət siyasətində gənclərlə prioritet sahələrdəndir. Bu sahədə görülən tədbirlər Azərbaycanın gələcəyinin inkişafına təkan verir. Bu gün qürur hissi ilə deyə bilərik ki, dinamik inkişaf edən Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının əhəmiyyətli rolu var.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə gənclərin inkişafı üçün bütün imkanları yaradıb. Hesabat dövründə YAP Gənclər Birliyinin sıraları daha da genişlənib və qurum daha da güclənib. Bu gün YAP-ın sıralarında 250 mindən çox gənc var. Bu da partiya üzvlərinin 40 faizini təşkil edir.

Diqqətə çatdırılıb ki, hesabat dövründə birliyin müasir tələblərə cavab verən ofisi gənclərin istifadəsinə verilib. Birlik gənclərin ictimai-siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumilikdə ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Seymur Orucov hesabat dövründə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, YAP Gənclər Birliyi ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinə və ideyalarına sadiq qalaraq bütün səylərini Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılması, dövlət müstəqilliyinin, sabitlik və əmin-amanlığın qorunması istiqamətində həyata keçirməyə çalışır.

YAP Gənclər Birliyinin sədr müavinləri Samirə QuliyevaRamin Məmmədov qurumun təşkilati işləri, beynəlxalq əlaqələri barədə hesabat məruzələri ilə çıxış ediblər.

Vurğulanıb ki, hesabat dövründə 70-dək ölkədən 100-dən çox gənclər təşkilatı ilə əlaqələr qurulub. YAP gənclərinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak etdikləri də diqqətə çatdırılıb.

Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub.

Naxçıvan Dövlət Universitetinin tələbəsi Xanım İbrahimova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri ‪‎Şahin İsmayılov, Gəncə Dövlət Universitetinin tələbəsi Rüfanə İbadlı, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, YAP Gənclər Birliyi ofisinin əməkdaşı Ümid Abuzərli çıxış edərək dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, YAP Gənclər Birliyinin fəaliyyətinə uğurlar arzulayıblar.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV deyib:

-1991-ci ildə müstəqilliyini bərpa etmişyeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan dövlətçiliyi 24 illik müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçib. Bu illər ərzində azadlıq ideyalarına sadiq olan Azərbaycan xalqı və dövləti ölkədə mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atıb. Bu müsbət dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, gənclərlə sahəsində də öz bəhrəsini verib. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi.

Xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda yaranan ictimai-siyasi sabitlik və əmin-amanlıq, demokratik mühit, siyasiiqtisadi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə sahəsində də ciddi dönüş yaranmasına, bu sahədə ciddi işlərin görülməsinə səbəb oldu. Gənclər və İdman Nazirliyi yaradıldı, Gənclər forumlarının keçirilməsinə başlanıldı, Gənclər Günü təsis olundus. əhəmiyyətli hadisələr baş verdi.

Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir. Azərbaycan gəncliyi yüksək biliklərə, müasir dünyagörüşünə, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini ulu öndər Heydər Əliyevin tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq.

Son illərdə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, İnkişaf Strategiyasının təsdiq olunması, Gənclər Fondunun yaradılması və digər tədbirlər onu göstərir ki, dövlətimizin başçısı gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər.

1998-ci il fevralın 18-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi nümayəndələrinin Ümumrespublika Toplantısında çıxış edən ulu öndər Heydər Əliyev xüsusi olaraq qeyd edib ki, gənclərin qarşısında duran əsas vəzifə öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaqdır.

Ulu Öndər hər zaman gənclərin hərtərəfli hazırlıqlı olmalarını tövsiyə edərək, XXI əsrdə Azərbaycanın inkişafını təmin edən qüvvənin məhz gənclər olduğunu vurğulayırdı. Qeyd edirdi ki, bunun üçün gənclər biliklənməli, təhsil almalı, sağlam həyat tərzi keçirməli, milli, mənəvi dəyərlərimizə daim söykənməli və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etməlidirlər. Heydər Əliyev əminliklə vurğulayırdı ki, gənclərimiz Azərbaycanın gələcəyini bizdən də yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı və istedadlı gənclərimiz var.

Bu gün dövlətimizin başçısı İlham Əliyevin də gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya onları layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdir. Prezidentin fikrincə, vətənpərvər insan sadəcə olaraq sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün özünün potensialını ortaya qoymağı bacaran insan olmalıdır. Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər. Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir.

Cənab Prezident İlham Əliyev hələ Azərbaycan Gənclərinin IV Forumunun yekun toplantısındakı çıxışında ölkə gənclərinin ictimai-siyasi həyatımızda fəal iştirakını qeyd edərək, bugünkü gəncin sabah ölkəmizi idarə edəcək qüvvəyə çevrildiyini vurğulayıb. Buna görə də gənclərə böyük inam göstərilməsinin, onların müxtəlif vəzifələrdə irəli çəkilməsinin, gözəl təcrübə əldə etməsinin və gələcəyə hazırlıqlı olmasının vacibliyini bildirib.

Bu gün tam əminliklə demək mümkündür ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin görmək istədiyi gənclik formalaşıb. Onlar Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan sağlam gənclərdir. Bu gənclərin əhəmiyyətli hissəsi Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil olunurlar. Gənclər Birliyində təkcə say etibarilə çoxlu gənc birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellektli, vətənpərvərliyi ilə seçilən, bacarıqlı gənclər cəmləşib ki, bugünküdaha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına imkan verir.

Həqiqətən YAP-da təmsil olunan gənclər Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Onları YAP-da ulu öndər Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevə inametibar, dövlətçilik maraqları və Azərbaycanın inkişafı naminə birgə səy göstərmək həvəsi birləşdirir. YAP Gənclər Birliyi sözün həqiqi mənasında özündə böyük siyasi və mənəvi gücü, gənclik enerjisini birləşdirir. Bunlar bizə əsas verir ki, Azərbaycanın gələcəyi çox etibarlı əllərdədir.

Ölkəmizin inkişafında Azərbaycan gəncliyi yaxından iştirak etməli, onların qarşısında duran ən müqəddəs vəzifə dövlətimizin qorunması olmalıdır. Gənclər Azərbaycanın qüdrətinin artmasına öz töhfələrini verməlidirlər. Bu gün YAP-da təmsil olunan gənclərlə yanaşı, digər gənclərimiz də dövlətçiliyimizin qorunmasında səylərini əsirgəməməlidirlər.

Bildiyiniz kimi, son dövrlər ABŞ-ın və Avropanın müxtəlif dairələri, xüsusilə də onların təsiri altında olan beynəlxalq təşkilatlar və şəxslər ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycandakı sabitliyi pozmaq niyyətindədirlər. Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər.

YAP Gənclər Birliyinin sıraları durmadan genişlənir və xeyli sayda gənc öz gələcək talelərini bu partiyanın fəaliyyətinə bağlayırlar. Təbii ki, bunun əsas səbəbi partiyanın qurucusunun ulu öndər Heydər Əliyev olması, onun ideyalarına söykənməsi və partiyanın sədri İlham Əliyevin hazırda apardığı məqsədyönlü siyasətdir. Buna görə gənclər YAP-a arxalanır və ona böyük ümidlər bəsləyirlər.

Bu gün YAP Gənclər Birliyinin növbəti hesabat-seçki konfransıdır. Bu, o deməkdir ki, Birlik ötən fəaliyyət dövrünə yekun vurmaqonu qiymətləndirməklə yanaşı, eyni zamanda, rəhbər strukturlarını yeniləyir. Fürsətdən istifadə edib yeni seçiləcək Birlik rəhbərliyinə uğurlar arzu edirəm.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli ƏHMƏDOV konfransda çıxış edərək YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, YAP-a üzv olan gənclər ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirlər, öz sıralarını daha da genişləndirirlər. Bu gün YAP Gənclər Birliyi böyük bir gücü öz ətrafında birləşdirib. Azərbaycan gəncliyinin ən layiqli nümayəndələri partiyanın sıralarında toplaşıblar.

Əli Əhmədov deyib: “Gənclik hər bir cəmiyyətdə, o cümlədən Azərbaycan cəmiyyətində müasirliyin, yeniliyin daşıyıcısıdır. Azərbaycan gəncliyi də Prezident İlham Əliyevin həyata keçirdiyi müasirləşmə siyasətinə ən böyük dəstək verən ictimai qüvvə kimi özünü göstərib. Hesab edirəm ki, məhz bu gənclik Azərbaycanın gələcəkdə daha firavan həyatının təmin olunmasına böyük töhfələr verəcək. Partiyanın sıralarında olmaqla əldə etdikləri biliklər, təcrübələr gənclərə gələcəkdə daha səmərəli fəaliyyət göstərmək üçün əsas verir.

Gənclik dövründə formalaşmış mənəvi keyfiyyətlər və xarakter insanın gələcək taleyini müəyyənləşdirir. Mən gənclərimizə ulu öndər Heydər Əliyev ideyalarına, partiyamıza sadiq, mübariz olmağı, fədakarlıq göstərməyi bacarmağı arzu edirəm. Əgər bu keyfiyyətlərə sahib olsanız o zaman bunlar sizin gələcəkdə daha çox uğur qazanmağınıza əsas yaradacaq. Bundan əlavə, gənclərimiz yaxşı təhsil almalıdırlar, dərin biliklərə yiyələnməlidirlər, müasir dünyagörüşünə sahib olmalıdırlar. Bunlar müasir dünyamızda ən əsas amillərdir. Eyni zamanda, gənclərimiz Azərbaycanı layiqincə təmsil etməlidirlər. Bu gün dünyada inteqrasiya prosesi gedir. Azərbaycan bu inteqrasiya prosesində iştirak edir. Azərbaycan gəncləri dünyanın ən aparıcı ali təhsil müəssisələrində təhsil alırlar, beynəlxalq elmi konfranslarda, simpoziumlarda iştirak edirlər. Gənclərimiz öz bilikləri, dünyagörüşləri ilə bu cür tədbirlərdə Azərbaycanın nüfuzunu yüksəklərə qaldırmaq imkanlarına sahib olurlar. Düşünürəm ki, onlar bu sahədə də özlərini təsdiq etməyi bacarmalıdırlar. Gənclərimiz öz Vətənini sevməli, onun uğurlarına sevinməli, ona qarşı çıxanlarla mübarizə aparmalıdırlar. Əsl vətənpərvər insanın, xüsusən də gəncin əsas qürur mənbəyi öz xalqı, dövləti olmalıdır. Belə vətənpərvərlərin yaşadığı ölkəyə heç kim təcavüz, təzyiq edə bilməyəcək”.

Əli Əhmədov deyib ki, gənclərimiz həm də Yeni Azərbaycan Partiyasının üzvü olduqlarını heç vaxt unutmamalıdırlar. Onlar gərək ulu öndər Heydər Əliyevin qurub yaratdığı, bizə vəsiyyət etdiyi bu gücü, qüdrəti daim uca tutsunlar. Təsadüfi deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 650 mindən çox Azərbaycan vətəndaşı cəmləşib. Bu, böyük bir qüvvədir. Partiyamızın sıralarında olmaq hər bir üzvümüz üçün qürur mənbəyinə çevrilib. Bu, sadəcə bir statistika deyil, bu, 650 mindən çox Azərbaycan vətəndaşının Ümummilli Liderin ideyalarına dərin məhəbbətinin göstəricisidir, bu ideyaları reallaşdıran Prezident İlham Əliyevin siyasətinə sədaqətin ifadəsidir. Çünki Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətinə sədaqətlə xidmət edib.

Daha sonra təşkilati məsələlərə baxılıb. Birliyin hesabatı səsə qoyularaq qənaətbəxş hesab edilib. YAP Gənclər Birliyinin 63 nəfər Şura üzvü, 15 nəfər İdarə Heyətinin üzvü seçilib.

Konfransda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri və müavinləri də seçilib. Seymur Orucov yenidən YAP Gənclər Birliyinin sədri seçilib. Ramin Məmmədov, Samirə Quliyeva, Aytac Əliyeva və Əli Pənahov qurumun sədr müavinləri seçiliblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

 

Azərbaycan.-2015.- 17 may.- S.7.