Prezident İlham
Əliyev UNESCO-nun baş
direktoru xanım İrina
Bokovanı qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun
baş direktoru xanım İrina Bokovanı qəbul ediblər.
Görüşdə UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək dəyərləndirildi. Forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı məmnunluqla qeyd edildi. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Forumun əhəmiyyəti xüsusi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə UNESCO
arasında uğurlu əməkdaşlığın
bundan sonra daha da genişləndiriləcəyinə
əminlik ifadə olundu.
Azərbaycan.-2015.- 18 may.- S.4.