Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru ilə görüşüb

 

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edildi, Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyəti yüksək qiymətləndirildi. Bakının artıq mühüm məsələlərin müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilməsinin əhəmiyyəti vurğulandı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2015.- 18 may.- S.5.