Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədrini qəbul edib

 

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayeri qəbul edib.

Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer Azərbaycanda gedən ümumi inkişaf proseslərinin maraqla izlənildiyini, Bakıda gördüklərinin onda dərin təəssürat yaratdığını bildirdi. O, Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində rəhbərlik etdiyi təşkilatın maraqlı olduğunu diqqətə çatdırdı.

Söhbət zamanı Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada multikulturalizm ənənələrinin yaşadılmasına mühüm töhfə olduğu bildirildi, onun mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyəti vurğulandı. Bu tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığın güncləndirilməsi işinə töhfəsi kimi qiymətləndirildi.

 

Azərbaycan.-2015.- 18 may.- S.5.